Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İsa Qəmbər yenidən “qurultay manevri” etməyə çalışır

İsa Qəmbər yenidən “qurultay manevri” etməyə çalışır

22.07.2014 [09:02]

Pərviz Sadayoğlu

Yaxud, qurultayın 2015-ci ilə saxlanılması təklifi Müsavat Partiyasında açıq qarşıdurma yaradıb
Müsavat Partiyasının “qurultay düyünü” hələ də açılmır. Daha doğrusu, artıq illərdir ki, İsa Qəmbərin çeşidli bəhanələri ucbatından bu qurultay baş tutmur: Eyni zamanda, bu partiya daxilində məhz qurultay dilemmasının yaratdığı qruplararası savaş yenidən qızışıb. Daha dəqiq desək, sentyabr ayında qurultayın keçiriləcəyi ilə bağlı açıqlamaların verilməsi illərdir ki, partiya sədri olan İsa Qəmbərin kreslosuna göz dikən şəxsləri hərəkətə gətirib. Partiyada hansı postu tutmasından asılı olmayaraq bu posta iddia edənlər birmənalı şəkildə özünü ən layiqli və şanslı hesab edir.
Onu da deyək ki, partiya funksionerləri bu məsələni fərqli istiqamətlərə yozmağa çalışsa da, qurultayın təxirə düşməsinin əsl səbəbləri bəllidir. Yəni, bu heç də iddia edildiyi kimi yer problemi ilə bağlı deyil. Bilindiyi kimi, qurultayda partiyaya yeni sədr seçkisi baş tutmalı idi və məhz bu məsələ tədbirin təxirə salınmasında əsas motivdir. İsa Qəmbərin öz kürsününü əldən vermək istəməməsi, qarşı tərəfin isə bu məsələdə dirəniş göstərərək onu sədrlikdən uzaqlaşdırmaq istəyi Müsavat Partiyasında əməlli-başlı qalmaqal yaradıb. Sirr deyil ki, bu partiyanın daxilində olan qruplaşmalar birmənalı şəkildə bir-birlərini qəbul etmirlər. Bütün dönəmlərdə bu qarşıdurmalar fərqli müstəvilərdə açıq şəkildə ifadə olunub. Bu gün üz-üzə dayanan qruplaşmalarda təmsil olunanlar vaxtilə bir-birləri ilə açıq təhqir dilində danışan insanlardır. Bu gün ələ düşən fürsətdən istifadə edən qruplaşmalar öz münasibətlərinə sonuncu aydınlığı gətirmək istəyirlər. Yəni, qurultay baş tutacağı təqdirdə məğlub tərəfin partiyadan uzaqlaşdırılacağı hər kəsə bəllidir. Bu səbəbdən də hazırki qarşıdurma öz “amansızlığı” ilə daha çox diqqəti cəlb edir.
Elə bunun nəticəsidir ki, artıq qurultayın yenidən təxirə düşməsi məsələsi gündəmə gəlib. Hələ sentyabr ayı gəlib çatmamış bəzi partiya funksionerləri yeni-yeni təkliflər irəli sürərək partiya üzvlərinin diqqətini cəlb etməyə çalışır. Məsələn, artıq bir qrup partiya funksioneri “Müsavat”ın qurultayının bu il keçirilməsinin tərəfdarı olsa da, digər qrup qurultayın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonraya saxlanmasını istəyir. Hətta bu faktı partiya başqanlığına namizəd olan şəxslər də təsdiqləyib. Belə ki, partiya daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu deyən T.Abbaslının sözlərinə görə, parlament seçkilərinə bir il qaldığı halda, belə fikirlərin səslənməsi qəbulolunmazdır: “Nizamnaməyə görə, qurultay 4 ildən bir keçirilməlidir. Buna görə bizim siyasi, hüquqi baxımdan qurultayın gecikdirilməsinə qərar vermək səlahiyyətimiz yoxdur. Yəni, bu, bir arzu olaraq qala bilər. Bu kimi təkliflərin rəsmiləşdirilməsinin hüquqi qaydası yoxdur”.
İ.Qəmbərin kreslosuna ən real namizəd sayılan partiya funksioneri Arif Hacılı da APA-ya açıqlamasında bildirib ki, partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürülüb. Amma bu təklif partiyada dəstək qazanmayıb: “Bu, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində dəstək tapıb. Çünki qurultayın keçirilməsini Nizamnamə tələb edir”.
Göründüyü kimi, qurultayın sentyabr ayından o tərəfə gecikdirilməsinin mümkünsüzlüyünü dərk edən İ.Qəmbər artıq öz kürsüsünü tərk etməmək üçün yeni manevrə al ataraq bir ildən sonra keçiriləcək parlament seçkilərini bəhanə edir. Artıq İ.Qəmbər min bir manevrlə qurultaydan “yaxa qurtarmaq” istəyir. Bunu, guya “siyasi situasiya” ilə əlaqələndirməyə çalışan Qəmbər qurultayın baş tutacağı təqdirdə nələrə “əlvida” demək məcburiyyətində qalacağını da bilir.
Birincisi, partiyada hansı tərəfin qələbə çalmasından asılı olmayaraq digər qruplaşma “Müsavat” sıralarını tərk edəcək. Bu isə, radikal düşərgədə monopolist iddialar ortaya qoyan Müsavat Partiyasının düşərgədaxili mübarizədə məğlubiyyətini şərtləndirəcək. Bu məğlubiyyət isə maraqlı xarici qüvvələrin verəcəyi pulların əldən çıxması deməkdir. İ.Qəmbər indiki halda bu maliyyənin əldən çıxmaması üçün, hətta kimi desən güdaza verməyə hazırdır. Əslində, mübarizə aparan qrupların da əsas məqsədi məhz bu maliyyəni ələ keçirməkdir. İsa Qəmbər də bu məsələni bildiyi üçün kürsüsünü əldən vermək istəmir. 2015-ci ildə keçiriləcək parlament seçkiləri qabağı kampaniyada xarici maraqlı qüvvələrin pullarını almaq üçün son şansından istifadə etməyə çalışan İ.Qəmbər əmin deyil ki, sədrlikdən getdikdən sonra onu, hətta deputatlığa namizəd formasında düşərgədən və ya partiyasından dəstəkləyən tapılsın.
Bütün bunlar radikal düşərgənin yalnız şəxsi maraqlara hədəflənən bir yolda olduğunu növbəti dəfə ortaya qoyur. Azərbaycanın milli maraqlarını nəzərə almayan, əksinə bu maraqlara zərbə vurmaq üçün növbə gözləyən düşərgə təmsilçiləri yalandan adlarını demokrat qoysalar da, bu gün yalnız korporativ maraqlara xidmət göstərirlər. Öz maraqlarının təmini üçün isə bütün növ yalanları danışmağa hazırdırlar. Necə ki, qurultayın yeri və günü ilə bağlı planlı yalanlar danışırlar...

Paylaş:
Baxılıb: 1036 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30