Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsavat Partiyasında sədrliyə namizədlər əlbəyaxa oldular

Müsavat Partiyasında sədrliyə namizədlər əlbəyaxa oldular

21.08.2014 [09:41]

Pərviz Sadayoğlu

Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında Arif Hacılı ilə Qubad İbadoğlu bir-birlərini təhqir ediblər
Müsavat Partiyasının sentyabr ayında keçirilməsi nəzərdə tutulan qurultayında bu qurumun parçalanacağı hələ öncədən proqnozlaşdırılırdı. Partiyada baş verənlər isə bu proqnozların reallaşacağını növbəti dəfə təsdiqləyib. Belə ki, avqustun 18-də “Müsavat”ın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Partiya daxilindən verilən məlumata görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.İbadoğlu isə “Sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib.
Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məliki müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə “Bu, mənim səlahiyyətimdə olan məsələdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin” cavabını verib.
Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: “Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o məhv olacaq”. Buna cavabında İ.Qəmbər “Quran” çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.
İclasda ən maraqlı nüans isə Arif Hacılının “başqan olmasam, partiyanı dağıdacam” hədəsi olub ki, bu da yenidən qalmaqala yol açıb.
Əslində, bu baş verənlər illərdir ki, partiyada yığılıb qalan hirs-hikkənin büruzə verilməsidir. Xatırladaq ki, hələ illər öncə bu partiyanın məclisinin iclasında da hazırda özünü başqanlığa real namizəd sayan Arif Hacılı ilə sonradan “Müsavat”ı tərk edən Sülhəddin Əkbər, Qabil Hüseynli və Vurğun Əyyub arasında qalmaqal yaşanmışdı. O zaman A.Hacılı bu şəxsləri xəyanətdə günahlandıraraq onların partiyadan uzaqlaşdırılmasına çalışmışdı.
Bu dəfə də analoji xəttə sadiqlik özünü göstərir. Belə ki, Müsavat Partiyasında post-Qəmbər dövrünə hazırlıq olduqca gərgin başlayıb. İsa Qəmbərlə vidalaşacağını dəqiqləşdirən partiyada yaranan qruplaşmalar qurultayda üstünlük qazanmaq üçün indidən hücuma keçiblər. Təbii ki, baş verənlərə diqqət yetirdikdə bir sıra mühüm məqamlar nəzərə çarpır.
Məsələn, hələ bir müddət öncə qurultayda yalnız Səxavət Əlisoyla mübarizə aparacağını düşünən A.Hacılı ona qədər bütün rəqiblərini sıradan çıxarmışdı. Vurğulandığı kimi, illərdir Müsavat Partiyasında təmsil olunan və başqanlığa real namizəd sayılan şəxslərin təşkilatdan uzaqlaşdırılması məhz A.Hacılının maneəsiz şəkildə başqanlıq kürsüsünə otuzdurulmasına xidmət göstərirdi. Bu gün Vurğun Əyyubun İ.Qəmbərə xitabən “sən əlini onun üstündən çəksən...” fikri isə bir daha təsdiqləyir ki, antihacılı qruplaşmasının önündəki ən böyük sədd məhz İ.Qəmbərin özü imiş. Bəs, görəsən, partiyada baş verən bu biabırçılığın kökündə nə dayanır?
Bu sualın da cavabı elə İ.Qəmbərdədir. Daha doğrusu, partiyasını özünün şəxsi kooperativinə çevirən İ.Qəmbər başqanlıqdan istefa verdikdən sonra da partiya üzərində (ən əsas, xarici antimilli mərkəzlərdən gələn pulların üzərində) nəzarətini saxlamaq üçün A.Hacılı ilə bir anlaşmaya girib. Bu anlaşmaya görə, A.Hacılı heç bir maneə olmadan başqan seçilməlidir, partiyaya gələn pullar isə əvvəlki kimi İ.Qəmbərin rəhbərliyi altında bölünməlidir.
Amma görünür, illərdir ki, elə xaricdən gələn pulların bölüşdürülməsindən narazı qalan ikinci qrup yuxarıda qeyd edilən bu anlaşmaya ciddi “təhdid” yaradıb. Q.İbadoğlunun namizədliyini irəli sürməklə həm A.Hacılıdan, həm də İ.Qəmbərdən qurtulmaq, digər tərəfdən, xaricdən gələn ianələri mənimsəmək üçün hücuma keçməyi planlaşdıran ikinci qrup artıq ilk həmləsini edib.
Amma ortada reallıq var. Hər zaman olduğu kimi, bu dəfə də radikallar öz “sandıq”larını özləri açdılar. Q.İbadoğlunun QHT sektorunda qeyri-şəffaf fəaliyyəti elə onun partiyadaşı tərəfindən dilə gətirildi. Bu mənada “milyonlar qazanmaq” sözü lap yerinə düşüb. Vurğulayaq ki, hələ bir müddət öncə KİV-lərdə gedən məlumatlarda Q.İbadoğlunun da xarici mərkəzlərdən, antimilli fondlardan kifayət qədər maliyyə vəsaiti alması qeyd edilirdi. O zaman Q.İbadoğlu bu məsələyə cavab verməmişdi. Bu faktın təkzib edilməməsi isə Q.İbadoğlunun, həqiqətən də, xarici fondlardan “nəyinsə” qarşılığında (hər halda, xarici fondlar milyonlarla pulu elə-belə vermir, ortada mühüm bir “xidmət” olmalıdır) bu maliyyə vəsaitini əldə etdiyini bir daha təsdiqləyir.
A.Hacılının da “pambığı” ortaya tökülüb. Q.İbadoğlunun öz rəqibinin mülkləri, var-dövləti ilə bağlı sensasion açıqlaması bir daha göstərir ki, bu partiyaya yönələn xarici pullar, xəyanət qarşılığında antimilli dairələrdən əldə olunan milyonlarla ianələr məhz partiyanın “yuxarı strukturlarında” bölüşdürülür. Heç bir yerdə işləməyən, özünün dediyinə görə, partiyada da “ictimai əsaslarla” xidmət göstərən A.Hacılının villaları və ya var-dövləti haradandır? Elə diş dibində qalan bu “şirə” A.Hacılını və İ.Qəmbəri illərdir ki, eyni partiyada təmsil olunduqları “dostları” ilə qanlı-bıçaq edib. A.Hacılı və dolayısı ilə İ.Qəmbər bu pulları əldən çıxartmaq niyyətində deyillər. A.Hacılının iclasda “... partiyanı dağıdacam” fikri isə bir daha sübut edir ki, “Müsavat”ın sonuna lap az qalıb.
O ki qaldı İ.Qəmbərin iclasda “Quran” çıxararaq kimlərisə partiyadan getməməyə məcbur qoymağa çalışmasına, buradakı məqsəd də ortadadır. İ.Qəmbər bilir ki, bir aydan sonra illər öncə AXCP-nin başına gələnlər “Müsavat”ı gözləyir. Parçalanacağı halda isə xarici maliyyənin kəsiləcəyini bildiyi üçün, digər cırtdan partiyalar kimi yalnız “mən də varam” qışqırmaqla məşğul olacaq “Müsavat”ı və oraya axan pulları əldən verməmək üçün İ.Qəmbər bu yola əl atır. Amma o bir reallığı qəbul etməlidir, artıq “qatar gedib”...

Paylaş:
Baxılıb: 1111 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30