Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat”da sədrlik uğrunda savaş pik həddə çatıb

“Müsavat”da sədrlik uğrunda savaş pik həddə çatıb

03.09.2014 [10:01]

Mübariz Abdullayev

Qurultay ərəfəsində funksionerlər arasında ziddiyyətlərin bu dərəcədə kəskinləşməsi partiyada parçalanmanın qaçılmaz olacağından xəbər verir
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi gün - 27 sentyabr yaxınlaşdıqca partiyadaxili gərginlik daha da artır. Məlum olduğu kimi, “Müsavat”ın növbəti qurultayında müzakirəyə çıxarılacaq əsas məsələ partiyaya yeni sədr seçkiləri ilə bağlı olacaq. Qurultayqabağı dövrdə partiyadaxili gərginliyin pik həddədək şiddətlənməsi də elə bununla bağlıdır. Belə ki, indiyədək uzun illər nizamnaməni pozmaqla başqan statusunu qorumağa müvəffəq olan İsa Qəmbəri tutduğu postdan yola salmaq uğrunda eyni cəbhədə “birləşərək” ona qarşı açıq və gizli mübarizə aparan “Müsavat” funksionerləri indi öz aralarında çəkişmələrə başlayıblar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, partiyada bir neçə funksioner illərdir ki, post İsa Qəmbər dövründə “Müsavat”a rəhbərlik etməklə bağlı xəyallar qurur və növbəti qurultayda öz istəklərini gerçəkləşdirmək niyyətindədirlər.
“Müsavat” funksionerlərinin sosial şəbəkələrdə yazdıqları statuslardan, öz təsir dairələrində olan mətbuat orqanlarına verdikləri açıqlamalardan bir daha bəlli olur ki, onların sözlərinin çəp gəlməsi ötəri bir hal deyil və antaqonist xarakter daşıyır. Belə ki, sədrliyə iddialı funksionerlərdən hər biri “Müsavat”da birinci şəxs statusuna məhz öz personasını layiq bilir və rəqiblərini sıradan çıxarmaq üçün şantaja, təhqirə əl atmaqdan belə çəkinmir. Qeyd edək ki, “Müsavat” başqanı postunu hər bir vəchlə ələ keçirmək uğrunda start götürən marafona bir neçə funksioner qoşulub ki, onlar arasında da partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, İsa Qəmbərin sabiq müşaviri Səxavət Əlisoy və sabiq divan üzvü Qubad İbadoğlu daha çox canfəşanlıq edirlər.
Məlum olduğu kimi, A.Hacılı partiyadakı mövqeyindən sui-istifadə edərək özünü sədr seçkilərində şəksiz qalib gələcək ən şanslı namizəd kimi təbliğ edir. O, yeri gəldi-gəlmədi “Müsavat”da “can qoyduğunu və hər şeyə hamıdan çox haqqının çatdığını” dilə gətirir. A.Hacılı hər cür təvazökarlıq hədlərini aşaraq bildirib ki, başqanlığa gedən yolda özünə rəqib tanımır.
Təbii ki, A.Hacılının partiyadakı mövqeyindən sui-istifadə etməsi sədr olmağı hədəfləyən digər “Müsavat” funksionerlərində kəskin əks-reaksiyalar doğurur və onlar mərkəzi icra aparatının rəhbərini durdurmaq üçün ən müxtəlif vasitələrə əl atırlar. Bir qədər bundan əvvəl A.Hacılının “mən başqanlığa iddialıların potensialına bələdəm və qurultayda kimin nə qədər səs toplayacağını bəri başdan bilirəm” məzmunlu açıqlama ilə çıxış etməsi isə, necə deyərlər, odun üstünə yağ töküb və iddialı funksionerləri, sözün əsl mənasında, özlərindən çıxarıb. “Müsavat”ın sədrliyinə iddialı funksionerləri o qənaətdədirlər ki, indidən A.Hacılının qarşısına “kötük itələməsələr”, o, partiyadakı mövqeyindən istifadə edərək qurultayda özünün başqan “seçilməsini” təmin edəcək.
Özünü “seçilmiş”, “əlahiddə” və yaxud “rəqib tanımayan” namizəd kimi təqdim edən A.Hacılıya rəqiblərindən ilk cavab digər bir iddialı funksioner Səxavət Əlisoydan gəlib. Sonuncu bildirib ki, o, başqanın müşaviri olsa da, tutduğu postdan istefa verib. S.Əlisoy qurultay ərəfəsində mərkəzi icra aparatının rəhbəri postundan istefa verməyə tələsməyən A.Hacılını da belə bir addım atmağa çağırıb: “Partiyanın icra aparatının rəhbəri Arif Hacılının müsahibəsi ilə tanış oldum. O deyir ki, uzun illərdir təşkilati işlərlə məşğuldur və bu kimi işlərə rəhbərlik edir və bu məqam ona üstünlük verir. Bu, tamamilə absurd fikirdir. Müsavat Partiyasında vəzifədə olan insanlar da mütləq belə addım atmalıdırlar. Bəzən başqanlığa iddialı namizədlər güclü olduqlarını deyirlər. Belədirsə, istefa ver, yarışa qatıl, gücünü ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun”.
S.Əlisoydan sonra A.Hacılıya yönəlik oxşar çağırış sədrliyə digər iddialı funksioner Qubad İbadoğludan səslənib. Radikalların nəzarətində olan KİV-ə verdiyi müsahibəsində Q.İbadoğlu da o qənaəti bölüşüb ki, sədr olmaq naminə iddialar ortaya qoyan “Müsavat”çıların partiyadakı mövqeləri onları başqanlığa daşımaqda vasitə ola bilər, buna görə də seçkilərə qatılan funksionerlər mütləq tutduqları postdan istefa verməlidirlər. Divan üzvlüyündən istefa verdiyini bildirən Q.İbadoğlu digər “dostları”nı da belə addım atmağa çağırıb: “Düşünürəm ki, digərləri də yaxın günlərdə seçkilərdə bərabər şəraitin yaradılması üçün hazırkı statuslarından geri çəkilib fəaliyyətlərini dayandıracaqlar”.
Açıqlamalarına davam edən Q.İbadoğlu bir qədər də qabağa gedərək A.Hacılını küncə sıxışdırmağa hesablanan, necə deyərlər, xoruz səsi eşitməmiş yeni təklif də səsləndirib. O, mərkəzi icra aparatının seçkilərdə iştirak etməsinin əleyhinə çıxaraq bildirib: “Eyni zamanda, informasiyaya çıxış, qurultay nümayəndələri ilə əlaqələrin yaradılması, müəyyən təsirlərin edilməsi baxımından icra aparatı əlavə inzibati resurslar yaradır. Təklif etdim ki, icra aparatı seçki prosesinə qarışmasın... Bilirsiniz ki, “Müsavat” başqanlığına namizədlərdən biri icra aparatına rəhbərlik edir. O status, eyni zamanda, imkan verir ki, qurultay nümayəndələrinə müəyyən dərəcədə təsirlər olsun”.
A.Hacılı isə öz növbəsində onu istefaya təhrik etməklə seçki prosesindən uzaqlaşdırmağa çalışanlara səslənərək onlara istefa barədə düşünmədiyi mesajını çatdırıb. Mərkəzi icra aparatının rəhbəri fikirlərini belə əsaslandırıb: “İcra aparatının rəhbəri, divan üzvü və ya başqan müavini vəzifəsi bu məsələdə (seçkilər nəzərdə tutulur-M.A.) imtiyaz yaratmır və kiminsə vəzifədə olması qurultay nümayəndələrinin öz iradəsini azad surətdə ifadə etməsinə mane ola bilməz”.
Beləliklə, görünən dağa bələdçi lazım deyil. “Müsavat”da da qarşıdurmaların pik həddə çatdığı, hər kəsin közü öz qabağına çəkdiyi ortadadır. Qurultay ərəfəsində funksionerlər və partiyadaxili müxtəlif qruplar arasında ziddiyyətlərin bu dərəcədə kəskinləşməsi “Müsavat”da parçalanmanın qaçılmaz olacağından xəbər verir...

Paylaş:
Baxılıb: 1098 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31