Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət öz zəifliyini və ermənipərəst, anti-azərbaycançı dairələrin oyuncağına çevrildiyini təsdiqləyir

Radikal müxalifət öz zəifliyini və ermənipərəst, anti-azərbaycançı dairələrin oyuncağına çevrildiyini təsdiqləyir

10.09.2014 [09:48]

Pərviz Sadayoğlu

Artıq düşərgə təmsilçiləri yalanları ilə xalqı aldada bilmirlər və virtual dünyaya köç etməyə məcbur olublar
Radikal müxalifət düşərgəsinin satqınlığa və xəyanətə köklənən fəaliyyətinin ifşa edilməsi, anti-azərbaycan dairələrin dəstəyi ilə apardıqları antimilli siyasətin ortaya çıxması bu kəsimi sükuta qərq edib. Yalnız qəzet səhifələrində və düşərgə daxilində gündəmə çevrilmək üçün əldən-ayaqdan gedən bu şəxslər artıq uzun müddətdir ki, sosial şəbəkələrin “kölgəsinə” çəkiliblər. Maddiyyat qarşılığında dövlətinə, xalqına qarşı zidd mövqe tutan, antimilli siyasət həyata keçirən düşərgə təmsilçiləri hazırda yalnız “facebook fəallığı” ortaya qoyurlar. Əsl müxalifətçilikdən kənar düşən, yalnız maraqlı qüvvələrin oyuncağına çevrilən radikal müxalifət partiyaları sivil siyasi mübarizədən çəkinirlər və fəaliyyətlərini asılı olduqları dairələrin planları əsasında qururlar. Həmin xarici dairələrin əlində alətə çevrilən və bunu açıq-aşkar büruzə verən, onların maraqlarının vəkili qismində çıxış edən radikal düşərgə cılız, xırda korporativ maraqlarını təmin etmək üçün Azərbaycan xalqının mənafeyinə qarşı mövqe tutmaqdan belə çəkinmir.
Ümumiyyətlə, Azərbaycanın hər hansı bir uğuruna qarşı qısqanclıqla yanaşan beynəlxalq dairələrin əlində oyuncağa çevrilən, maddiyyat qarşılığında hər bir əmələ razılaşan radikal düşərgənin “fəaliyyətinin” haradan tənzimləndiyi onların kimliklərindən, “dostlarının kimliyindən” və niyyətlərindən bəllidir və bu baxımdan, məhz Azərbaycan xalqı və dövləti üçün vacib məqamlarda onların “peyda” olmasının səbəbləri də ortadadır. Ayrı-ayrı ermənipərəst və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan dairələrin əmrlərini yerinə yetirən və Azərbaycanın maraqlarını hər zaman zərbə altında qoyan düşərgə ölkəmizdə gedən iqtisadi inkişafa, sabitliyə kölgə salmaq üçün müəyyən məqamlarda fəallaşdırılırlar.
Siyasi karyeralarını uğursuzluqlara kökləmiş və öz siyasi bitkinliklərini həzm edə bilməyən radikal müxalifət rəhbərləri uğursuzluqlarını Azərbaycan dövlətinin uğurlarına şər-böhtan atmaqla, sağa-sola satılmaqla kompensasiya etmək istəyirlər. Siyasi mübarizə meydanından hər zaman məğlub, üzüqara qayıdan, xalqın etimadını qazana bilməyən və bu səbəbdən də xalqdan qisasını bu yolla çıxanlar hər bir mədəni-siyasi uğura “don” geyindirməklə buna nail olacaqlarını düşünsələr də, zaman göstərir ki, onlar yanılırlar. Hətta özünü “siyasətçi” adlandıranlar xaricdən gələn adi musiqiçinin qarşısında yalvarıb onu inandırmağa çalışırlar. Bu bir daha göstərir ki, əli hər şeydən çıxmış radikallar satqınlığı özlərinə peşəyə çeviriblər.
Onların xəyanətlərinin hər dəfə uğursuzluğa, fiaskoya uğramasının, iflasa düçar olmasının ən əsas səbəbi isə Azərbaycan xalqının bu kəsimə bir dəfəlik yox deməsidir. Xalqımız 1992-93-cü illərdə Azərbaycan dövlətini uçurumun bir addımlığına gətirən, ölkəni xarici maraqların poliqonuna çevirən bu siyasətbazların oyunlarını, pəstahalarını çox görüb. Son 20 ildə ölkəmizin əldə etdiyi inkişaf, qısa zamanda nail olunan uğurlar xalq-hakimiyyət vəhdətini daha da gücləndirib və bu gün Azərbaycan xalqı birmənalı şəkildə ölkə iqtidarının yürütdüyü siyasi kursu dəstəkləyir.

Paylaş:
Baxılıb: 1144 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30