“Müsavat”da gənclərlə bağlı növbəti spekulyasiya
18.09.2014 [09:54]
Nurlan Qələndərli
Yaxud əvvəllər bu partiya daxilində gənclərin hüquqlarının ən kobud şəkildə pozulmasına heç bir mövqe bildirməyən Qubad İbadoğlunun birdən-birə bu məsələylə əlaqədar “aktivləşməsi”nin səbəbi nədir?
Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan radikal müxalifət qrupları daim bir-birləri ilə qarşıdurma şəraitində olublar. Bununla yanaşı, dağıdıcı düşərgəni təmsil edən ayrı-ayrı təşkilatlar, siyasi partiyalar daxilində də ən müxtəlif ziddiyyətlər müşahidə edilib. Xüsusilə də, Müsavat Partiyası daxilindəki gərgin situasiya son zamanlar sözügedən qurumun nümayəndələri tərəfindən müntəzəm şəkildə gündəmə gətirilir.
Başqanlıq yarışı “Müsavat”ı xaos meydanına çevirib
Bu kontekstdə növbəti ziddiyyət mövzusu başqanlıq yarışıdır. Şübhəsiz, başqanlıq savaşı “Müsavat” daxilindəki gerçək situasiyanı göstərməklə yanaşı, bu partiyanın hansı maraqlar əsasında fəaliyyət göstərdiyini də aşkara çıxarır. Görünən odur ki, daim “bərabərlik” və “demokratiya” kimi dəyərlərdən bəhs edən “Müsavat” funksionerləri korporativ maraqlar naminə partiya daxilində kəskin mübarizə aparırlar. Bu mübarizə daha çox mətbuat üzərindən ittihamlar əsasında davam etdirilir. Hətta iş o yerə çatıb ki, partiya daxilindəki bəzi şəxslər “mehriban düşmən” olan AXCP-dən də dəstək istəyirlər. Bu yarış çərçivəsində yetişmək bilməyən qurultay, funksionerlərin başqanlıq savaşı, daxili intriqalar “Müsavat”daxili acınacaqlı durumun hazırkı cizgilərini təşkil edir. Hər halda görünən odur ki, “Müsavat” seçkilərə yox, növbəti parçalanma mövsümünə üz tutur.
Q.İbadoğlunun “gənclər planı” onlardan korporativ maraqlar naminə istifadə etməyə hesablanıb
Partiya daxilindəki sədrlik mübarizəsi yeni spekulyasiyaların meydana çıxmasını da şərtləndirib. Başqanlığa namizədlər öz təbliğatları üçün bütün vasitələrdən istifadə edir, demək olar ki, hər bir məsələni manipulyasiya obyektinə çevirirlər. Məlum olduğu kimi, Arif Hacılıdan sonra Qubad İbadoğlu da bu kontekstdə korporativ maraqlar əsasında manevrlər etməyə başlayıb. Öz “platforma”sını açıqlayan Qubad İbadoğlu iddia edib ki, partiyanın idarə edilməsində gənclərdən istifadə edəcək. Bu isə belə bir həqiqəti bir daha aşkar edib ki, “Müsavat” daxilindəki qruplaşmalar yenidən gənclərdən özlərinin korporativ maraqları naminə istifadə etmək niyyətindədirlər.
Sirr deyil ki, indiyədək belə bir tendensiya müşahidə edilib və gənclər ayrı-ayrı qruplaşmaların itaəti altında, sadəcə alət rolunu oynayıblar. Bundan öncə mövcud ziddiyyətlər, həmçinin, daxildəki qruplaşmaların savaşı partiyanın gənclər təşkilatı kimi səciyyələndirilən qurumu da qarşıdurma platformasına çevirib. Xatırlatmaq yerinə düşər ki, bu qurumun üzvləri bir müddət öncə gənclər təşkilatına sədr seçkisi məsələsində qarşı-qarşıya gəlmişdilər. Sonradan nəticəsi ləğv olunan “seçki oyunu”nun ziddiyyətləri artırdığı bir dönəmdə bəzi gənclər qurumdan ayrılmış, bəziləri isə partiyadakı digər qruplaşmalara üz tutmuşdu. O zamandan bəri daha da kəskinləşən münasibətlər isə hazırda virtual savaş mərhələsinə qədəm qoyub. Belə ki, aldığı qrantlardan qane olmayan, partiya daxilindəki digər qruplaşmaların himayəsində olanların mövqeyindən qıcıqlanan gənclər daimi olaraq sosial şəbəkədə bir-birlərini ittiham edirlər. Xüsusilə də, partiya daxilində gənclər təşkilatı adlandırılan kiçik qrup müsavatçılıqdan bəhs etsə də, antimilli mövqe sərgiləməklə, sadəcə müəyyən qruplaşmaların qrant savaşında canfəşanlıq edir. Hazırkı ziddiyyətlərin, “cəbhə döyüşləri”nin əsas səbəbini məhz bu motiv təşkil edir.
Əsas məqam budur ki, gənclərin bu cür korporativ maraqlar naminə istifadə edildiyi, onların antimilli mövqe sərgilədiyi halda, Qubad İbadoğlu bu məsələylə bağlı indiyədək heç bir fikir söyləməyib. Məhz başqanlıq postu uğrunda mübarizə çərçivəsində bu məsələnin gündəmə gətirilməsi Q.İbadoğlunun “gənclər planı”nın onlardan korporativ maraqlar naminə istifadə etməyə hesablandığını bir daha göstərir.
Beləliklə, son hadisələr radikalizm və dağıdıcılıq fəlsəfəsinin, həmçinin, anti-Azərbaycan dairələrin əsirinə çevrilmiş “Müsavat” Partiyasının ənənəvi - köhnə ampluasında olduğu gerçəkliyini bir daha aşkar edir.
Müəllifin digər məqalələri:
Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi
Vaxtilə özünü “siyasi...
20.03.2021 [08:57]
“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”
Azərbaycan Dağlıq Qarabağ...
19.02.2021 [09:30]
Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...
Yaxud qələbənin əhəmiyyətini...
13.01.2021 [09:44]
Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?
Adı işğalçı siyasət və...
01.09.2020 [08:50]
Antimilli şəbəkənin yeni “virtual səfərbərliyi”, yaxud “beşinci kolon” iş başında...
Təcavüzkarlıq ritorikasını və...
28.07.2020 [12:36]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39