Qubad İbadoğlu Müsavat Partiyasındakı maliyyə fırıldaqlarının üstünü açır
10.10.2014 [09:06]
Pərviz Sadayoğlu
Partiya üzvləri isə qurultayda baş verən saxtakarlığın arxasında İsa Qəmbərin dayandığını söyləyirlər
Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayının fəsadları hələ də davam etməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, partiyadaxili qruplaşmaların açıq mübarizəyə qədəm qoyması ilə “tarixə düşən” bu qurultay qurum daxilindəki narazılığın üzə çıxmasında mühüm rol oynadı. Eyni zamanda, illərdir ki, davam edən bu mübarizədən “qalib” çıxan partiyanın yeni başqanı Arif Hacılı və tərəfdarları çoxdan gözlədikləri fürsəti əldən vermək niyyətində deyillər. Bu baxımdan istər sosial şəbəkələrdə, istərsə də KİV-lərdə Qubad İbadoğlunu və tərəfdarlarını hədəfə götürən A.Hacılının “komanda”sının son addımları, öz növbəsində, “Müsavat”ın dağılma ehtimalını daha da gücləndirir.
Məlumat üçün bildirək ki, qurultaydan dərhal sonra Q.İbadoğlu özünün və tərəfdarlarının partiyanın heç bir seçkili orqanında təmsil olunmayacağını bəyan edib. Bundan başqa, Vurğun Əyyub, Ə.Talışxanlı və digərləri partiyada sədr seçkisinin nəticələrinin ləğv olunmasını tələb edib, seçkinin legitimliyini tanımadıqlarını bildiriblər. Qurultaydan sonra bəyanatla çıxış edən Səxavət Əlisoy isə Arif Hacılının qruplaşmasının nizamnaməni pozduğunu iddia edib. O bildirib ki, əksər rayonlarda qurultay nümayəndələri A.Hacılının komandasında olan şəxslərin əli ilə, özü də ciddi nizamnamə pozğunluğu şəraitində seçiliblər. Məqsəd də Arif Hacılının qurultayda sədr seçilməsini təmin etmək olub. Arif Hacılıya dəstək verməyəcəyi bilinən rayonlarda isə nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb.
Bu məqamda onu da vurğulamaq lazımdır ki, “Müsavat”daxili qruplaşmaların birinin başında dayanan Qubad İbadoğlunun ona dəstək olan şəxslərlə keçirdiyi görüş bu partiyada mövcud olan gərginliyi daha da artırıb. KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, Q.İbadoğlu görüşdə “Müsavat”ı “qapalı səhmdar cəmiyyət”ə çevirməyə qoymayacaqlarını bəyan edib.
“Müsavat”ın Divan üzvü Vurğun Əyyub isə çıxışında bildirib ki, Arif Hacılını heç vaxt partiyanın sədri kimi qəbul etməyəcəklər. Onun sözlərinə görə, hələ qurultay başlamamışdan qabaq A.Hacılının partiya sədri seçiləcəyi dəqiqləşibmiş: “Mən heç vaxt düşünə bilməzdim ki, “Müsavat”da bu qədər əxlaqdan və mənəviyyatdan uzaq adam var. Arif Hacılının qardaşı Vaqif Hacıbəyli “Müsavat”da nadzor olmaq fikrindədir. Mən Arif Hacılını başqan kimi qəbul etməmişəm, etmərəm də”.
Yeri gəlmişkən, “Müsavat”dakı gərginlik bununla tamamlanmır. Belə ki, artıq qurultayda baş verən saxtakarlığın başında keçmiş sədr İ.Qəmbərin dayanması faktı da partiya üzvləri tərəfindən etiraf edilir. Məsələn, partiya üzvü Məhəbbət Murad seçkidəki bütün pozuntuların, saxtakarlığın başında İsa Qəmbərin dayandığını deyib. Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əhliman Abbaslı da bildirib ki, Arif Hacılı məhz İsa Qəmbərin dəstəyi ilə bu posta təyin edilib.
Görüşdə o da bildirilib ki, partiyanın Samux rayon təşkilatında qurultaya nümayəndə seçmək üçün konfrans keçirilmədiyi halda Gəncə və Şəmkirdən bu rayon təşkilatları adından nümayəndələr seçilib. Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) üzvü Əlövsət Talışxanlı deyib ki, seçkiyə ən çox müdaxilə edən İsa Qəmbər olub: “İsa bəy öz hərəkətləri ilə Arif Hacılının qələbəsini təmin etdi. İsa bəy pozuntulardan sonra bildirir ki, kim hara gedir getsin. Arif Hacılı qurultaya bir gün qalmış hamının yanında bəyan edir ki, mən bilirəm İsa bəyin namizədi kimdir və onun qərarları heç vaxt məni məyus etmir. Bundan sonra hansı ədalətli seçkidən söhbət gedir?”
Göründüyü kimi, artıq Q.İbadoğlunun başçılıq etdiyi dəstənin Müsavat Partiyasını tərk edəcəyi və ya partiya daxilində fraksiya yaradacağı haqda söz-söhbətlər öz real təsdiqini tapmaqdadır. Daha dəqiq desək, “Müsavat” sədrliyinə seçkilərin saxtakarlıqla keçirildiyini iddia edən Q.İbadoğlu yeni “planlar” cızmaqdadır. Belə ki, o, sosial şəbəkədə “Müsavat”ın fəaliyyəti ilə bağlı bir sıra məqamlara toxunub, həmçinin, partiyanın maliyyə mənbələri, gəlirlər və xərclərə dair hesabat verilməsi tələbi ilə çıxış edib.
Bu iddia isə maraqlı paradoks yaradır. Daha dəqiq desək, Q.İbadoğlu bu tələbi ilə uzun illərdir Müsavat Partiyasının xarici və ya daxili mənbələrdən maliyyələşmədiyini iddia edən köhnə sədr İsa Qəmbərin və yeni sədr Arif Hacılının yalanlarını ifşa edir. O mənada ki, əgər bu cür “qaynaqlar” varsa, həmin qaynaqlar açıqlanmalıdır. Çünki Müsavat Partiyası indiyə qədər bu prosesdə şəffaflığa riayət etməyib. Təbii ki, cəmiyyət bu partiyanın hansı mənbələrdən “qidalandığını” və aldığı pulların qarşılığında hansı öhdəlikləri yerinə yetirdiyini bilir, amma qurumun rəhbərlərinin cidd-cəhdlə bu faktı təkzib etməsi, deyəsən, bundan sonra mümkün olmayacaq.
Digər tərəfdən, Arif Hacılının iddia etdiyi kimi, əgər belə bir maliyyə qaynağı yoxdursa (əlbəttə ki, bu, mümkünsüzdür), o zaman Müsavat Partiyası uzun illərdir necə fəaliyyət göstərir? Bu, olduqca qeyri-real yanaşmadır. Nəzərə almaq gərəkir ki, Q.İbadoğlu xarici fondlarla yaxın əlaqələrə malik şəxsdir. Bu baxımdan partiyanın adı ilə əldə olunan maliyyə vəsaitindən xəbərdardır. Beləliklə, görünən odur ki, qurultayda saxtakarlıq nəticəsində A.Hacılının sədr təyinatı, “Müsavat”a maliyyə maxinasiyasının ifşası bahasına başa gələcək.
Nəhayət, onu da qeyd edək ki, Q.İbadoğlu öz “tələbnamə”sində yeni komandaya 2015-ci il yanvarın 1-nə kimi möhlət verib. Bu isə ondan xəbər verir ki, Q.İbadoğlu partiyadan öz “pay”ını almamış kənara çəkilmək niyyətində deyil. Lakin Arif Hacılının da ona güzəştə gedəcəyi qeyri-mümkündür. Belə olan təqdirdə cəmi iki aydan sonra ya A.Hacılının istefaya göndəriləcəyinin, ya da Müsavat Partiyasının da AXCP-nin aqibətini yaşayıb bir neçə yerə parçalanacağının şahidi ola bilərik...
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39