Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Erməni sevdalıları”nın növbəti ünvanı “İŞİD” oldu

“Erməni sevdalıları”nın növbəti ünvanı “İŞİD” oldu

16.10.2014 [09:20]

Nurlan Qələndərli

Və ya korporativ siyasi maraqlar naminə ekstremizm və terror fəlsəfəsi əsasında hərəkət edən radikal müxalifət yeni “himayədar” axtarışında...
Qondarma “Milli şura”nın mitinq şousunda “İŞİD” bayrağının qaldırılması təəccüblü və təsadüfi deyil
Müxtəlif dönəmlərdə ayrı-ayrı qondarma qurumlar daxilində “birləşdikləri”ni iddia edən, lakin daim qarşıdurma halında olan radikal müxalifət düşərgəsi bu gün də ənənəvi acı taleyini yaşayır. Əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində durduqlarını göstərib.
Radikalların siyasi ambisiyaları ekstremist ideyalardan qaynaqlanır
Radikal düşərgənin antimilli və qondarma qurumu olan “Milli şura”nın 12 oktyabr tarixində düzənlədiyi mitinq şousu bu məqamları əks etdirməklə yanaşı, digər bir sıra nüanslara da aydınlıq gətirmiş oldu. Belə ki, bir daha aşkar oldu ki, siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadıqlarından yenə də xarici qüvvələrə üz tuturlar. Hətta iş o yerə çatıb ki, bu ünsürlər korporativ siyasi maraqlar naminə ekstremizm və terror fəlsəfəsi əsasında hərəkət edirlər. Hər halda, 12 oktyabr mitinqində “İŞİD” adlanan terror qruplaşmasının bayrağının qaldırılması bunun əyani nümunəsidir. Bu həm də onu göstərir ki, radikalların siyasi ambisiyaları ekstremist ideyalardan qaynaqlanır.
Erməni lobbisinin tərəfdaşları
Əslində, “Milli şura”da cəm olmuş radikal düşərgə nümayəndələrinin bu cür ekstremist mövqedən çıxış etmələri təəccüblü deyil. Bundan öncə dəfələrlə məlum olub ki, dağıdıcı düşərgə, xüsusilə də radikal müxalifət partiyalarının təmsilçiləri erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edib və ən ifrat daşnaklardan belə artıq ermənilik edirlər.
Məhz bu hal sonuncu mitinq şousunda da müşahidə olundu. Daha dəqiq desək, mitinqin gedişi, səsləndirilən fikirlər onu göstərdi ki, bu aksiya da ermənilərin sifarişi ilə təşkil edilib. Mitinq çərçivəsində ermənilərin sadiq dostu olan, həmçinin, ermənimənşəli Leyla Yunusova-Barseqyana və Arif Yunusov-Barseqyana “azadlıq” şüarlarının səsləndirilməsi radikal müxalifət düşərgəsini erməni lobbisinin aləti qismində çıxış etdiyini növbəti dəfə təsdiqlədi. Görünən odur ki, erməni lobbisi tərəfindən radikal müxalifətə verilən növbəti direktiv məhz Barseqyanlar ailəsinin müdafiə edilməsidir.
Beləliklə, onların əsl məqsədi Azərbaycanda insan hüquqlarının müdafiəsi məsələlərinə yardım göstərmək və ya konstruktiv siyasi fəaliyyət göstərmək deyil, əksinə, mövcud azadlıqlardan sui-istifadə edərək Azərbaycanın bugünkü uğurlarına kölgə salmaqdır. Xüsusilə də Azərbaycanın müsbət beynəlxalq imicinə qarşı yönəlmiş, ermənilər və Ermənistanın maraqlarına xidmət edən fikirlərin səsləndirilməsi - mövqeyin ortaya qoyulması bütün mətləblərdən xəbər verir...
Dolayısıyla, radikal müxalifətin “erməni sevdalıları”nın növbəti ünvanı “İŞİD” oldu. Bu, əslində, onların yeni “himayədar” axtarışında olduğunu təzahür etdirən bir reallıqdır.
Əli Kərimlinin timsalında dağıdıcı düşərgənin ekstremistlərlə əməkdaşlıq tarixçəsi
Əslində, bu gün qondarma “Milli şura”nı öz siyasi monopoliyasına almağa çalışan Əli Kərimlinin timsalında “İŞİD” məsələsindən öncə də bu cür ekstremist mövqe sərgilənib. Başqa sözlə, sirr deyil ki, AXCP sədrinin antimilli səciyyə daşıyan korporativ maraqlar əsasında əməkdaşlıq etdiyi qruplardan biri də ifrat baxışlara və dağıdıcı əməllərə sahib olan radikal, ekstremist qüvvələrdir. Bu şəxsin illeqal silahlı birləşmələr və terrorist qruplaşmalarla sıx əməkdaşlıq etməsi faktı bir daha sübut edir ki, Əli Kərimli radikal, ekstremist qüvvələrin yardımından istifadə etməklə cəmiyyətdə ideoloji müstəvidə paradoksal situasiya yaratmağa çalışan ünsürlərdəndir və cəmiyyətin parçalanması, xaotik durumun yaranması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin pozulması bu şəxsin marağındadır. Digər tərəfdən, KİV-də də qeyd olunduğu kimi, “Mahmudçu”lar və “Süleymançı”lar kimi təriqətlərlə gizli anlaşmalar imzalayan, həmçinin, onların təbliği üçün xüsusi canfəşanlıq göstərən Əli Kərimli “məqsəd vasitəyə haqq qazandırır” prinsipini əsas tutmaqla cəmiyyətdə sosial qruplar arasında antaqonist əlaqələrin yaranması naminə heç bir xəyanətkar əməldən çəkinmir. Eləcə də, radikal düşərgənin digər nümayəndələri ekstremist qruplaşmaları başlıca tərəfdaş, himayədar kimi qəbul edirlər.
Nəticə etibarilə, bütün bu məsələlər kontekstində qondarma “Milli şura”nın mitinq şousunda “İŞİD” bayrağının qaldırılması təəccüblü və təsadüfi deyil.

Paylaş:
Baxılıb: 1195 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30