Keçmiş müşaviri Əli Kərimlini növbəti dəfə ifşa etdi
22.10.2014 [09:29]
Pərviz Sadayoğlu
“Müsavat” ilə AXCP arasında isə yeni “agent” qalmaqalı başlayır
Radikal müxalifətin xarici dairələrdən pul alaraq xalqının, dövlətinin maraqlarına qarşı çıxdığı, həmin dairələrdən ölkədə qarışıqlıq yaratmaq üçün əmrlər aldığı ilə bağlı yayılan informasiyalar hər zaman öz təsdiqini tapıb. Düşərgə partiyalarının şəxsi mənfəətlərə xidmət göstərməsi, xüsusi şəxslər tərəfindən kooperativlər kimi istifadə olunması faktları dəfələrlə istər KİV-də, istərsə də siyasi kuluarlarda səslənib. Eyni zamanda, bu da hər kəsə bəllidir ki, analoji ittihamlarla daha çox AXCP və onun sədri Əli Kərimli qarşı-qarşıya dayanır. Sonuncu prezident seçkilərindən sonra AXCP-dən bir neçə üzvlə yanaşı, aparıcı şəxslərin - müavinlərin, o cümlədən, müşavirlərin nümayişkaranə şəkildə istefa vermələri istər-istəməz bu məsələni yenidən gündəmə gətirib. Görəsən, illərdir ki, bu partiyanın sıralarında olan şəxslər hansı səbəblə partiyalarını dəyişmək məcburiyyətində qalırlar? Bu suala AXCP sıralarından ən son istefa verən sədrin müşaviri Şakir Abbasov KİV-də cavab verib: “Təəssüf ki, partiyamız gəldi belə adamların əlinə düşdü...”
Onun sözlərinə görə, partiya rəhbərliyindəkilər düz yolda deyillər: “Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşüb”.
Keçmiş müşavir müxalifətçilik yolunun “Əli Kərimlilik olmadığını” dilə gətirib. Onun sözlərinə görə, AXCP-dən istefasının səbəbləri mövcuddur: “Deyirlər ki, Şakir Abbasov qurultaya hazırlıq üzrə konfransdakı səsvermədə uduzduğuna görə istefa verib. Əvvəla, adını konfrans qoysaq, əgər mən ora yarım saat gecikmişdim. Orda 5-10 nəfər idi, bir evə yığışmışdılar. Əmrulla Dadaşzadə var, Elçibəyin dövründən bəri ordadır, 1 ha torpağı var. 67 yaşı var, bir qrup adamlarla əlbir olub, bu işlərlə məşğuldur. Sadəcə, mən gələnə kimi bu məsələlər həll olunmuşdu. Mənim yerimə Ali Məclisə seçilən adama baxdım, Bayram adlı qarovulçudur. Adamın məsələsinə baxanda gərək şəxsin özü orda olsun. Mən ünvanı tanımadığım üçün ora 20 dəqiqə gec gəlmişdim”.
Ş.Abbasov onu da bildirib ki, AXCP-də onunla bağlı sənədlər saxtalaşdırılıb. Onun müşavirlikdən çıxarılması ilə bağlı sənəd yoxdur: “Mənim müşavirlikdən çıxarılmağım haqda heç bir məlumatım yoxdur, çıxarılmamışam da. Varsa da, ortaya sənəd çıxartsınlar. Onlar kimin dalınca danışmayıblar ki? AXCP elə orda oturan bir qrup adamlar tərəfindən özəlləşdirilib”.
Ş.Abbasovun sözlərinə görə, onun “arzuolunmaz şəxs” elan edilməsinin səbəblərindən biri də Müsavat Partiyasının qurultayında iştirak etməsi olub. Belə ki, məhz bu iştirak sonradan ona qarşı partiyada təşkil edilən hücumların intensivləşməsinə gətirib çıxarıb: “Müsavatın qurultayına da getmişdim. Qurultaya gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmisən? Dedim, necə yəni, bəlkə düşmən qapısına getmişəm. Dəvətnamə veriblər, çağırıblar, getmişəm. Məndən başqa da orada adamlar var idi. Məni srağagün İsa Qəmbərin adamı adlandırırdılar”.
Təbii ki, onun bu açıqlaması AXCP ilə “Müsavat” arasında yeni agent qalmaqalının başlamasına işarə edir. Ş.Abbasovun “Müsavat”da hansısa posta təyin ediləcəyi haqqında xəbərləri də nəzərə alsaq, onda bu qalmaqal daha da böyüyəcək.
İstefa vermiş keçmiş müşavir vaxtilə partiyanın sədri olmuş Ə.Elçibəyin partiya daxilində təhqir olunduğunu dilə gətirib. Onun sözlərinə görə, AXCP üzvlərinin əksəriyyəti dildə bir cür, əməldə isə başqa cürdür: “Bu gün Elçibəyin ünvanına ən çox təhqiramiz sözlər AXCP adında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bir təşkilatda gedir. Deyirəm, bu, Əbülfəz Elçibəyin yaratdığı partiyadır, niyə qonaq gələndə şəklini göydən asırsınız, amma öz aranızda nələr danışırsınız. Aramızda belə situasiyalarda çox mübahisə düşüb. Söylədilər ki, biz deyən olmalıdır, mən də dedim ki, elədirsə, mən sizinlə yan-yana getmirəm. Yığışıb bir qrup adam müxalifətdə olan uşaqların üstünə düşüblər. Hərəsini bir cür aldadırlar. Mübarizə aparırıqsa, kişi kimi aparaq. Məndən qabaq 3 müşavir, 2 müavin gedib. Onlar niyə susur? Onların da hərəsinə bir söz qoşublar. Deməli, hamı pisdir, özləri düzdür? Güzgüyə baxsınlar. Sabah bir başqası partiyadan gedəndə onlara nə qoşacaqlar? Şakir Abbasov onlara əyilmədi, sınmadı”.
Bəli, budur radikal müxalifətin “İÇ ÜZÜ”. Xaricdən pul alıb ölkədə qarşıdurma yaratmaq istəyi, xalqın dəstəyindən məhrum olduğunu gizlətmək üçün yalançı aksiyalar keçirmək onların artıq peşəsinə çevrilib. Eyni zamanda, düşərgə rəhbərlərinin əməlləri artıq sıravi üzvləri belə susqunluğunu pozmağa vadar edir. Danışanlar isə, necə deyərlər, açırlar sandığı, tökürlər pambığı...
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39