Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla və Arif yunuslar bütün fəaliyyəti dövründə xalqımıza düşmən münasibəti göstərib

Leyla və Arif yunuslar bütün fəaliyyəti dövründə xalqımıza düşmən münasibəti göstərib

22.10.2014 [09:29]

Nardar Bayramlı

Azərbaycan ictimaiyyəti bu xəyanətkar ailəni şiddətlə qınayır
Ölkəmizdə bəzi şəxslərin “hüquq müdafiəçisi” adı altında müəyyən xarici qüvvələrin tapşırıq və dəstəyi ilə Azərbaycana qarşı fəaliyyət göstərməsi, antimilli mövqedən çıxış etməsi ictimaiyyətə məlumdur. Xarici anti-azərbaycançı dairələrin, o cümlədən, erməni lobbisinin himayəsində olan həmin şəxslərin fəaliyyəti Azərbaycan haqqında beynəlxalq müstəvidə mənfi rəy yaratmaqdan ibarətdir. Bu baxımdan, Leyla Yunus və Arif Yunus cütlüyünün fəaliyyəti “parlaq” nümunədir. Məlumdur ki, bu ailə cütlüyü uzun illərdir ki, düşmən dəyirmanına su tökməklə məşğul olublar. Cütlüyün fəaliyyətlərini erməni maraqları üzərində qurması, həmçinin, onların erməni mənşəli olmalarından qaynaqlanır.
Bunu təsdiqləmək üçün kifayət qədər faktlar da var. Amma təəccüblü məqam odur ki, L.Yunus bundan utanıb xəcalət çəkməkdənsə, əksinə bu fəaliyyəti ilə “qürur” duymaqdadır. Onun Arif Yunusa yazdığı məktubda “adlarının tarixdə qalacağını” qeyd etməsi bunu təsdiq edir. Amma deyəsən, L.Yunus özünün və həyat yoldaşının tarixdə hansı formada qalmasının fərqində deyil. Təbii ki, bu cütlüyün adı ermənilərin tarixində “qəhrəman” kimi qala bilər. Çünki onlar Azərbaycan xalqının düşmənlərinə xidmət göstəriblər. Azərbaycanın tarixinə isə Leyla və Arif yunusların adı yalnız xain və satqın kimi düşə bilər və belə də olacaq.
Nə üçün bu cütlük xain və satqındırlar? Faktlara diqqət yetirək. Məsələn, L.Yunus adını “insan hüquqları müdafiəçisi” qoysa da, bu günədək bir dəfə də olsun, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən insanların hüquqlarının bərpası haqda heç bir fikir səsləndirməyib, onların öz torpağında yaşamaq kimi fundamental hüquqlarının bərpası yönündə fəaliyyət göstərməyib. Əvəzində L.Yunus ermənilərlə birgə layihələr həyata keçirir və bu əməllərinə də müxtəlif don geyindirir. Xatırlatmaq yerinə düşər ki, ötən ilin əvvəlində L.Yunusun rəhbərlik etdiyi “Sülh və Demokratiya İnstitutu” və Ermənistandakı “Region” araşdırma mərkəzi tərəfindən birgə sayt yaradılıb. Hətta ötən ilin yanvarında İrəvanda bu saytın təqdimatı keçirilib. L.Yunusun şərik olduğu bu layihə elə ilk günündəcə anti-Azərbaycan mahiyyəti daşıyıb və Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəlib. Belə ki, layihənin ilk qonağı olan Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyan öz ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb və separatçı rejimi, işğal altında olan torpaqlarımızı “Dağlıq Qarabağ Respublikası” adlandırıb. Bu, L.Yunusun Azərbaycan xalqına birinci xəyanəti deyil. Onun dövlətimizə qarşı yönəlmiş fəaliyyəti ilə bağlı kifayət qədər faktlar mövcuddur.
Təbii ki, bu adamların ermənilərin maraqlarına qulluq etmələrinin səbəbləri var. Bu səbəblərdən biri L.Yunusun erməni mənşəli olmasıdır. L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında mətbuatda və sosial şəbəkələrdə çoxsaylı materiallar yer alıb, faktlar açıqlanıb. Onların tərcümeyi - halına qısaca nəzər salmaq bu məlumatların nə qədər əsaslı olduğunu göstərir.
Daha sonra L.Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb.
Bundan başqa, Yunus ailəsinin erməni qohumlarının bəziləri Rusiyada yaşayır. Hətta şər duetinin bu qohumları ilə biznes ortaqlıqları olması barədə məlumatlar da mətbuat səhifələrində özünə yer tapıb. Bundan əlavə, yunuslar ermənilərə “ayı” xidmətləri”nə görə dəfələrlə mükafatlandırılıblar. Bu mükafatlar hesabına L.Yunus xaricdə mal-mülk sahibinə də çevrilib. Bütün bu faktlar isə Leyla və Arif Yunusun əslində niyə xalqımıza düşmən kəsildiklərini sübut edir.
Əlbəttə ki, bu faktların sayını artırmaq olar. Çünki Leyla və Arif yunusların bütün fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib. Belə olan təqdirdə, bu cütlük öz adlarını tariximizə yalnız və yalnız satqınlıq simvolları kimi yaza bilər. Azərbaycan ictimaiyyəti Leyla və Arif yunusların əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə haqq qazandırıla bilməz. Cəmiyyətimiz onların əməllərini şiddətlə qınayır və həbsini antimilli və cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edir.

Paylaş:
Baxılıb: 1234 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30