Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla Yunusun puç olan mükafat arzusu...

Leyla Yunusun puç olan mükafat arzusu...

24.10.2014 [09:24]

Mübariz Abdullayev

Və yaxud zamanında ikinci həyat yoldaşı Yelena Bonner-Əlixanyanın təhriki ilə “erməni işi”nə töhfələr vermiş akademikin adına təsis edilən “Saxarov” mükafatına Leyla Yunusun namizədliyinin irəli sürülməsinin arxasında da erməni izi dayanır...
Vətənə xəyanətdə və vergi cinayətlərində ittiham olunaraq həbsə alınan “Sülh və demokratiya institutu”nun rəhbəri Leyla Yunusun və onun “müdafiəsi” və “piarı” ilə məşğul olan beynəlxalq erməni lobbi şəbəkəsinin arzuları növbəti dəfə daşa dəydi. Belə ki, Avropa Parlamenti “Saxarov” mükafatının Konqodan olan həkimə verilməsi qərarını qəbul etdi. Avropa Parlamentinin nədən belə qərar qəbul etməsinin, daha doğrusu, xarici havadarlarının Leyla Yunusun arzusunu gözündə qoymasının səbəbləri barədə ötən yazımızda qeyd etmişdik. Yəni, bildirilmişdi ki, Leyla Yunusun nökərçiliyi, xəyanətkarlığı heç də xaricdəki ağalarını tam qane etməyib. Buna görə də onlar ermənilərə nökərçilik edən bu “hüquq müdafiəçisi”nin mükafat arzusunu gözündə qoydular. Bu yazımızda isə Leyla Yunusun adının “Saxarov” mükafatının potensial nominantları siyahısına necə düşməsi barədə bəzi məqamlara toxunaq.
Daha doğrusu, söhbət Leyla Yunusun həyatının bütün məqamlarında, olduğu kimi, “Saxarov” mükafatına namizədliyinin irəli sürülməsinin arxasından da erməni izinin çıxmasından gedir.
Əslində, “hüquq müdafiəçisi” Leyla Yunusun ermənipərəstliyi Azərbaycan cəmiyyətinə yaxşı bəllidir. O, zaman-zaman Azərbaycanın hərbi sirlərini düşmən tərəfə ötürüb, beynəlxalq miqyasda ölkəmizin imicinə xələl gətirmək üçün əlindən gələni edib, donoslar yazıb, çoxsaylı təxribatlara cəhdlər göstərib. Təbii ki, Leyla Yunusun çörəyini yeyib, havasını udduğu Azərbaycana kəskin nifrəti və ermənilərə sərhəd tanımayan rəğbəti onun ailə şəcərəsindən, genetik bağlılığından qaynaqlanır. Hər halda bir müddət öncə aparılan bir jurnalist araşdırması onun əri Arif Yunusun Barseqyanlar ailəsində böyüdüyünü və erməni tərbiyəsi aldığını üzə çıxartdı. Belə deyilir ki, Leyla Yunus gəlini olduğu erməni ailəsinin çörəyinin “halallığını” Azərbaycana xəyanət etməklə alır.
Eyni zamanda, erməni məsələsində adına mükafat təsis edilən akademik Saxarovla Leyla Yunus arasında mənəvi bağlılıq var. Məlumat üçün bildirək ki, akademik Saxarov keçmiş sovet dönəmində qəfildən aldığı mükafatlardan imtina edib və mövqeyini dəyişib, alimlik yolundan dönərək “hüquq müdafiəçisi”nə çevrilib. Ermənilərin “hüquq”larının müdafiəsi isə onun yeni ampluada fəaliyyətinin ana xəttini təşkil edib. Akademikin həyat yolunun dəyişməsinə, onda ermənilərə qarşı, necə deyərlər, kor sevgi yaranmasına gətirib çıxaran səbəblər isə Leyla Yunusun ermənilərin naminə özünü oda-közə vurmasının motivləri ilə oxşardır. Belə ki, Saxarov ikinci dəfə erməni əsilli Yelena Bonner-Əlixanyanla evləndikdən sonra bu erməni qadını akademiki çox qısa müddətdə öz təsiri altına alaraq nəinki yalnız əvvəlki izdivacından olan övladlarından uzaq salmış, eyni zamanda, onu ermənilərin fəal müdafiəçisinə çevirməyi bacarmışdı.
Beləliklə, Saxarovun hələ sovet dönəmində ermənilərin fəal müdafiəçisi rolunda çıxış etməsinə dair çoxlu faktlar məlumdur. Məsələn, 1977-ci ilin yanvarında Moskva metrosunda dəhşətli terror hadisəsi törədilib. “Hüquq müdafiəçisi” Saxarov isə dağıntılara və insan tələfatına səbəb olan qanlı terrorun erməni baiskarlarının müdafiəsinə qalxıb, keçmiş ittifaq rəhbərliyindən erməni terrorçularına bəraət istəyib.
Yeri gəlmişkən, Saxarovun erməni əsilli arvadı Yelena Bonner-Əlixanyanın və onun vasitəsilə erməni lobbisinin təsiri altında olduğu Dağlıq Qarabağ məsələsində bütün cəhətləri ilə özünü bir daha büruzə verdi. Saxarovun 1988-1989-cu illərdə keçmiş SSRİ-nin Ali Sovetində Ermənistanı dəstəkləyən çıxışları hələ də yaddaşlardan silinməyib. Həmin vaxtlarda erməni arvadı Y.B.Əlixanyandan təlimatlar alan Saxarov Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsini təbliğ edən qdlyanların, starovoytovaların xorunda xüsusi fəallıq nümayiş etdirirdi. Akademik titullu “hüquq müdafiəçisi” keçmiş SSRİ-nin birinci və axırıncı prezidenti M.S.Qorbaçova ünvanladığı məktubda Dağlıq Qarabağla bağlı bunları yazıb: “Mən Qorbaçova açıq məktub yazdım. Məktubda qeyd etdim ki, o, Dağlıq Qarabağ problemi ilə bağlı öz mövqeyini açıqlasın. O, Dağlıq Qarabağda yaşayan ermənilərin DQMV-nin Ermənistana birləşməsi ilə bağlı tələbini müdafiə etsin. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycandan alınsın...”
Beləliklə, istər Leyla Yunusun, istərsə də Saxarovun ailələrindəki erməni nəfəsi onların ruhuna hopub və hər ikisinin gələcək həyat yolunun müəyyənləşməsində dominant rol oynayıb. Buradan da Leyla Yunusun “Saxarov” mükafatı üçün sinoy getməsinin səbəbləri aydınlaşır. Yəni, Leyla Yunus və onun havadarlarının qəlbində vaxtilə “erməni işinə” həyat yoldaşı Y.B.Əlixanyanın təhriki ilə çox “töhfələr” vermiş Saxarovun adını daşıyan mükafatın xüsusi yeri var idi. Onlar bu mükafatın harasa uzaqlara, məsələn, Konqoya göndəriləcəyini, özü də ermənilərlə “üçdə alacağı, beşdə verəcəyi” olmayan bir həkimə qismət olacağını heç xəyallarının qırağından da keçirmirdilər. Düşünürdülər ki, ermənilərə xidmətinə görə “dissident”ə çevrilən birisinin adına olan mükafat elə digər bir erməni maşasına - Leyla Yunusa çatmalıdır.
Ancaq Leyla Yunus və havadarları növbəti dəfə xəyal qırıqlığı yaşadılar. Görünür, bu da leyla yunuslara, arif yunuslara və onların havadarlarına taleyin daha bir ironiyası və xatırlatmasıdır. Haqqı nahaqqa verənlərin, yüz minlərlə insanın taleyinə biganə qalıb ermənilərə havadarlıq edənlərin cəzaları bu dəfə yüngül oldu - əlləri, sadəcə, bir mükafata çatmadı. Onların ən layiqli cəzaları isə qabaqdadır. Heç kəs bu dünyanın öz mizan-tərəzisini pozmaq gücündə deyil.

Paylaş:
Baxılıb: 1146 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30