Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla Yunusun və erməni lobbisinin növbəti məyusluğu

Leyla Yunusun və erməni lobbisinin növbəti məyusluğu

28.10.2014 [09:39]

Nurlan Qələndərli

Yaxud ermənipərəst “hüquq müdafiəçisi”nin arzusu gözündə qaldı
Sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təsisatlar, həmçinin, “hüquq müdafiəçisi” adı arxasında pərdələnmiş şəxslər anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirir və ölkəmizin milli maraqlarına zidd mövqe sərgiləyirlər. Qərəzli dairələrdən, erməni lobbisindən aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün həmin qüvvələrin istinad etdiyi vasitələrdən biri də anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyət göstərənlərə dəstək vermək və ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Bu şəxslər sırasında “hüquq müdafiəçisi” adı ilə özünü cəmiyyətə sırımağa çalışan Leyla Yunus xüsusilə fərqlənir.
Məlumdur ki, ermənipərəst xarici dairələrin sifariş və tapşırıqları əsasında fəaliyyət göstərən L.Yunus hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutub, hətta mütəmadi surətdə təhqiramiz fikirlər səsləndirib. Məhz onun bu cür anti-Azərbaycan xidmətləri qərəzli xarici dairələr tərəfindən fərqli dövrlərdə müvafiq qiymətləndirilib. Bu kontekstdə bir müddət öncə Leyla Yunus Teodor Heker adına “Siyasi mərdlik və vicdan” beynəlxalq mükafatına layiq görülmüşdü. Məlumat üçün qeyd edək ki, Teodor Heker (Theodor Haecker) katolik ekzistensializmin nümayəndələrindən və III Reyxin tənqidçilərindən biri olub. Teodor Hekerin adına mükafat onun ölümünün 50 illiyi münasibətilə 1995-ci ildə Almaniyada təsis olunub.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Teodor Heker mükafatı əsasən müxalifət liderlərinə, özünü “hüquq müdafiəçisi” adlandıran, əslində isə, hökumətin, dövlətin əleyhinə fəaliyyət göstərən, etnik, dini konfliktləri dərinləşdirərək öz dövlətinin maraqlarına zərbə vuran insanlara təqdim olunur.
Ümumiyyətlə, L.Yunusun ermənilərlə qohumluğuna, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Sirr deyil ki, AXC - “Müsavat” cütlüyünün hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan L.Yunus casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürərək Vətənə və millətə xəyanət yolunu tutub. Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Hazırda da Leyla Yunusun ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur. Və bu faktlar həmin şəxsin Azərbaycan xalqına qarşı hansı münasibəti bəslədiyini bir daha göstərir.
Təsadüfi deyil ki, erməni mətbuatı daim L.Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır.
Amma bütün bunlara baxmayaraq, ermənipərəst “hüquq müdafiəçisi”nin arzusu növbəti dəfə gözündə qaldı. Belə ki, Avropa Parlamentinin Saxarov adına “Fikir azadlığı” mükafatını ona verməməsi Leyla Yunus və onu himayə edən erməni lobbisi tərəfindən məyusluqla qarşılanıb. Çünki L.Yunus bu zamana qədər sərgilədiyi anti-azərbaycançı, ermənipərəst fəaliyyətinin qarşılığını bu mükafatı alacağını düşünürdü, lakin necə deyərlər, “evdəki hesab bazara uyğun gəlmədi”. Ermənilərin və bütövlükdə, erməni lobbisinin isə məyusluğunun səbəbi bəllidir. Aydındır ki, erməni mənşəli Leyla Yunus özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş ermənilərlə işbirliyini iftixar mənbəyi hesab edir və bundan məmnuniyyətlə söz açır.
Bütövlükdə, “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş bu antimilli ünsürün bu cür mövqe sərgiləməsi onun xalqımıza və dövlətimizə olan münasibətindən xəbər verir. Başqa sözlə, Leyla Yunusun nümayiş etdirdiyi “fəaliyyət”, eyni zamanda, sadalanan məqamlar haqqında bəhs olunan “hüquq müdafiəçi”sinin nəyə və kimlərə xidmət etdiyini növbəti dəfə aşkar surətdə əks etdirir.

Paylaş:
Baxılıb: 1158 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30