Ana səhifə »  Müsahibə »  Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
A+   Yenilə  A-
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır

Milli Məclisin deputatı Səbinə Xasayeva www.yap.org.az saytına müsahibə verib:
- Səbinə xanım, bu gün Azərbaycanın qalib dövlət kimi qarşısında yeni hədəflər dayanır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələ haqqında da fikirlərini bildirib. Bu barədə nə deyə bilərsiniz?
- Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.
Üçrəngli bayrağımızın Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək və məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir. Heç şübhəsiz, bu şanlı tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.
Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.
- Hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır...
- 2021-ci il qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il ölkəmizin tarixinə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaq. Artıq Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı Fərman dirçəlişin başlanğıcı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu Fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən dirçəldilməsinə ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanmasına təkan verəcək. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon, şəhər, qəsəbə və kəndlərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması üçün geniş imkanlar açacaq. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
İnanıram ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.
Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin əsas istiqaməti məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.
İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev son çıxışlarında da böyük quruculuq işlərinin anonsunu verdi. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolları ilə bağlı konkret planlar var. Artıq ilin başlanğıcından cənab Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərlər edərək orada gedən quruculuq işləri ilə yaxından tanış olub və bir çox müəssisələrin təməlinin qoyulmasında iştirak ediblər. Bütün bu faktlar işğaldan azad edilən dədə-baba torpaqlarımızda tez bir zamanda irimiqyaslı quruculuq işlərinin aparılması sayəsində insanların oz doğma yurd-yuvalarına qayıdacaqlarını və həmin rayonların dirçəldilməsində yaxından iştirak edəcəklərini aydın şəkildə göstərir.
- Sizcə, işğaldan azad edilmiş rayonlarda yeni idarəetmə sisteminin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” və “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərmanlar imzalayıb. Bu fərmanlara əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri yaradılıb.
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında mülki idarəetmə formasının tətbiq edilməsinə başlanılması həmin ərazilərin bərpası istiqamətində vacib addımdır. Qarşıda duran ən vacib məsələ həmin ərazilərin bərpa edilməsidir. Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası üçün 2,2 milyard manat vəsait ayrılıb. Əlbəttə ki, ərazilərin bərpa edilməsi üçün, ilk növbədə, mülki idarəetmə formasını yaratmaq zəruri idi. Hüquq-mühafizə orqanlarının strukturları artıq işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb. Mülki idarəetmənin başlanması işğaldan azad edilmiş ərazilərimizin bərpa işlərini yüksək səviyyədə həyata keçirməyə imkan verəcək.
Yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik, səmərəli idarəetmə forması hesab edilə bilər, çünki yeni forma birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək. Hazırda Azərbaycanın böyük tarixi qayıdış kimi bir planı var və bu, artıq icra edilməkdədir.

 
  • Oxunub:  4680  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Belarus prezidentlərinin səyləri sayəsində iki ölkə arasında dostluq münasibətləri uğurla inkişaf edir

19 Aprel 19:39
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn formatda təqdimatı keçirilib
19 Aprel 19:29
Avronest PA-nın 9-cu sessiyası çərçivəsində Enerji təhlükəsizliyi komitəsinin iclası keçirilib
19 Aprel 19:04
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib
19 Aprel 19:01
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramının aprelin 20-nə olan cədvəli
19 Aprel 19:00
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
19 Aprel 18:51
Avronest PA-nın 9-cu sessiyasında sosial məsələlər müzakirə olunub
19 Aprel 18:25
Milli Məclisin deputatları Avronest PA-nın 9-cu sessiyasında iştirak ediblər
19 Aprel 18:19
Sevinc Fətəliyeva: AŞPA-ya üzv dövlətlər minaların xəritəsini Azərbaycana verməsi üçün Ermənistana təzyiqlər etməlidirlər
19 Aprel 18:09
Ərəb KİV-lərində Hərbi Qənimətlər Parkı haqqında məqalə dərc olunub
19 Aprel 17:29
Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib
19 Aprel 17:25
Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti təhlil olunub
19 Aprel 17:20
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib
19 Aprel 17:18
Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri dövlət ümumi təhsil müəssisələrində işə qəbul olunub
19 Aprel 17:16
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib
19 Aprel 17:05
Hansı ağrıkəsici dərman təhlükə mənbəyidir?
19 Aprel 17:04
Azərbaycanın əsas məqsədi perspektivdə bütün regionun inkişafına nail olmaqdır
19 Aprel 17:00
Azərbaycanda yeni koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 448 min 148 nəfərdir
19 Aprel 16:56
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
19 Aprel 16:55
Milli Məclisin deputatı Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
19 Aprel 16:40
Azərbaycanda koronavirusa 995 yeni yoluxma faktı qeydə alınıb
19 Aprel 16:11
Milli Məclis sədrinin müavini Vətən müharibəsi dövründə arxa cəbhədə xidmət göstərən şəxslər və fəal gənclər ilə görüşüb
19 Aprel 16:07
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də
19 Aprel 16:01
Yaz bitkiləri və onların insan orqanizminə faydaları...
19 Aprel 15:57
“Modern Diplomacy”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb
19 Aprel 15:42
Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququ əsas götürüb
19 Aprel 15:32
Baş infeksionist: O zaman rahat olacağıq ki, yoluxma hallarının sayı kəskin azalacaq və epidemik proses qırılacaq
19 Aprel 15:22
Azərbaycan əsasən hansı ölkələrə qeyri-neft məhsulları ixrac edir?
19 Aprel 15:15
Üç ayda Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 250,2 milyon dollar olub
19 Aprel 15:06
Paytaxtda və regionlarda dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir
19 Aprel 14:52
Vergi Xidmətinin nümayəndələri IOTA-nın Baş Əlaqələndiricilər Forumunda iştirak ediblər
19 Aprel 14:48
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə piyada əleyhinə 115, tank əleyhinə 63 mina aşkarlanıb
19 Aprel 14:42
Sabah bəzi bölgələrdə 30° isti olacaq
19 Aprel 14:41
ICESCO Beynəlxalq Abidələr Günündə İslam İrsi aylığı elan edib
19 Aprel 14:38
Avropa çempionatı: Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib
19 Aprel 14:33
Prezident İlham Əliyev xalqın xilaskarı kimi adını tarixə yazdı
19 Aprel 14:12
Gündə 3 ədəd xurma yeməyin faydası...
19 Aprel 13:55
AŞPA-nın yaz sessiyası işə başlayıb
19 Aprel 13:54
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
19 Aprel 13:42
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb
19 Aprel 13:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Rüfət Əsgərovun ailəsini ziyarət ediblər
19 Aprel 13:34
YAP Samux rayon təşkilatında “Nizami Gəncəvi ili” adlı tədbir keçirilib
19 Aprel 13:32
Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüsləri tarixi fürsət kimi dəyərləndirilməlidir
19 Aprel 13:12
Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir
19 Aprel 12:56
Bahar Muradova: Azərbaycanda həssas qrupdan olan insanlara xüsusi diqqət və qayğı göstərilir
19 Aprel 12:41
“The Guardian” YAP-la bağlı məqaləsinə müsbət dəyişiklik etdi
19 Aprel 12:41
Ağcabədidə bir neçə yolun yenidən qurulması işləri sonuncu mərhələ üzrə davam edir
19 Aprel 12:30
Bakı Limanının yük dövriyyəsi artıb
19 Aprel 12:29
Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılır
19 Aprel 12:17
Azərbaycan regionun lideri olaraq mühüm təşəbbüslərlə çıxış edir
19 Aprel 12:11
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə ölkəmizin və bütün regionun sürətli inkişafı üçün zəmin yaradıb
19 Aprel 12:09
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
19 Aprel 11:33
Hərbi Qənimətlər Parkı ordumuzun gücünün göstəricisidir
19 Aprel 11:32
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib
19 Aprel 10:35
Müdafiə Nazirliyi Füzuli rayonunun Sərdarlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
19 Aprel 10:16
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib
19 Aprel 10:12
ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötüb
18 Aprel 20:23
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
18 Aprel 18:40
Nərgiz Hacıyeva: Artıq 200 hərbi qulluqçuya və şəhid ailələrinə psixoloji yardım göstərilib
18 Aprel 17:44
Bu gün koronavirus infeksiyasına qarşı 12 min 327 doza vaksin vurulub
18 Aprel 17:23
Azərbaycanda koronavirusa 2 min 144 yeni yoluxma faktı qeydə alınıb
18 Aprel 15:15
İstanbulun Taksim meydanında inşa edilən məscid Ramazan bayramınadək ibadətə açılacaq
18 Aprel 15:04
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin XIX toplantısı keçirilib
18 Aprel 13:25
Azərbaycanın Vətən müharibəsində hərbi-diplomatik və tarixi Qələbəsini reallaşdıran müdrik dövlət xadimi
18 Aprel 12:05
Yaxın gələcəkdə azərbaycanlı hemofiliyalı uşaqların sağlam böyümək şansları daha da artacaq
18 Aprel 12:00
Ağdamda qoyun otaran şəxs minaya düşüb, bir ayağı amputasiya edilib
18 Aprel 11:55
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
18 Aprel 11:49
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Aprel 11:42
Uels milli komandasının nümayəndə heyəti Bakıda səfərdə olub
18 Aprel 11:38
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib
18 Aprel 11:35
Rəcəb Tayyib Ərdoğan: 2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA