Ana səhifə »  Müsahibə »  Ermənilər azərbaycanlılara qarşı törətdikləri soyqırımını çox amansızlıq və qəddarlıqla həyata keçiriblər
A+   Yenilə  A-
Ermənilər azərbaycanlılara qarşı törətdikləri soyqırımını çox amansızlıq və qəddarlıqla həyata keçiriblər

Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli www.yap.org.az saytına müsahibə verib:
- Əziz müəllim, hər il 31 mart tarixi ölkəmizdə azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri qətliamların kökləri və səbəbləri haqqında fikirlərinizi bilmək istərdik...
- Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə, ən azı dörd dəfə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də heç bir hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı dörd dəfə belə vandalizm hərəkətində olublar: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə qədər.
Buna görə də 1918-ci ilin 31 mart günü tariximizə azərbaycanlıların soyqırımı günü kimi daxil olsa da, bu soyqırımı təkcə həmin tarixlə və təkcə Bakı şəhərində minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən soyqırımına məruz qalması ilə məhdudlaşmır. Xalqımıza qarşı bu soyqırımının ilk mərhələsi hələ 1905-1906-ci illərdə həyata keçirilmişdir, həm də bütün Azərbaycan torpaqlarında - Bakıda, Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda, Gəncədə, Qazaxda və s. Bu barədə Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı xatirələrində və başqa mənbələrdə ətraflı yazılıb.
Eyni fikri 1918-1920-ci illər soyqırımı haqqında da demək olar. 1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də dəhşətli soyqırımına məruz qalmış bölgələrimizdən biri də Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi, bu ərazidəki bütün tarixi mahallarımız - İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar, Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək, Dilican, Qaraqoyunlu və s. mahallar olub.
Hər yerdə ermənilər bu soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata keçiriblər: dinc əhalini böyük damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnını yarıb, qarnındakı körpəni süngüyə keçiriblər və s. Həm də bu soyqırımlar kortəbii yox, planlı şəkildə həyata keçirilib. Belə ki, bütün I Dünya müharibəsi dövründə Çar Rusiyası tərəfindən Osmanlı dövlətinə qarşı vuruşan ermənilər 1917-ci ildə Rusiyadakı fevral inqilabından sonra üzlərini Cənubi Qafqaza çevirirlər. General Nazaryanın komandanlığı və general Dronun müavinliyi ilə 35 min nəfərlik erməni korpusu yaradılır. Bu korpus üç diviziyaya bölünür. Bölgüyə görə general Andronikin başçılığı altında 1-ci diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Dro və Arişyanın başçılığı altında 2-ci diviziya İrəvan, Üçkilsə, Qurdqulu, Zəngibasar, Gərnibasar, Vedibasar, Dərələyəzdə; polkovnik Silikov-Silikyanın başçılığı altında 3-cü diviziya isə Göyçə mahalında azərbaycanlıların soyqırımını həyata keçirməli idi. Və doğrudan da hər üç diviziya hər üç istiqamətdə öz çirkin niyyətlərini son dərəcə qəddarlıqla həyata keçirdi.
- Ermənilərin azərbaycanlılara qarşı qətliamları çox amansız və qəddar olub. Bu barədə nə deyə bilərsiniz?
- Faciələrin miqyasını təsəvvür etmək üçün bir neçə faktı xatırlatmaq istəyirəm. Zəngəzur qəza rəisinin teleqramında deyilirdi: “Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi qırılıb, yandırılıb, kəndlər dağıdılıb, əmlakları talan edilib, qaçıb qurtara bilməyənlər vəhşicəsinə öldürüblər”.
Bir daşnak isə öz xatirələrində yazırdı: “Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları qırıb tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi. Bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurmaq və üstündən də ağır daşlar yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən belə də edirdim”.
O vaxtın arxiv və tarixi sənədlərində belə faktlar istənilən qədərdir. Məsələn, o vaxt ən dəhşətli qırğınlardan biri də İrəvan çuxurundakı Vedibasar mahalında baş vermişdi. Zəngəzurun Tatev monastırında qərargah salan Andronikin quldur dəstələri 1918-ci ilin dekabrında Vedibasar kəndlərinə də gəlib çıxırlar. O vaxt mahalın aran kəndləri Abbasqulu bəy Şadlinski tərəfindən qorunduğundan ermənilər Dərələyəzdən keçərək mahalın Çanaxçı dərəsindəki kəndlərini mühasirəyə alırlar. Yerli əhalini inandırırlar ki, bölgədə əmin-amanlıq yaratmaq məqsədilə hökumət adından gəliblər. Bu adla kəndlərə girən ermənilər az sonra mahalın Çanaxçı dərəsindəki bütün müsəlman kəndlərində soyqırımı törədirlər. Xüsusilə Şahablı, Qədirli, Qaraxaç və başqa kəndlərin dinc müsəlman əhalisi kütləvi şəkildə qırğına məruz qalır. Ermənilər bu kəndlərin əhalisini son nəfərinə qədər qətlə yetirirlər. Həm də tam bir vəhşiliklə. Tam olaraq bir Xocalı soyqırımı kimi! Şahablı Aşıq Cəlil məhz həmin soyqırımı zamanı dili kökündən qopardılaraq, özü gərmə qalağında diri-diri yandırılır. Yeri gəlmişkən, xatırladım ki, elə həmin günlərdə Göyçəli Aşıq Nəcəf də kürəyinə qaynar samovar bağlanaraq öldürülmüşdür.
O vaxt ermənilərin Çanaxçı dərəsi kəndlərində törətdiyi soyqırımı o qədər dəhşətli olub ki, hətta dövrün tarixi sənədlərində də öz izini buraxıb. Məsələn, Naxçıvan Müsəlman Milli Komitəsinin ovaxtkı katibi Mirzə Bağır Əliyev gündəliklərində yazırdı ki, “Vedi qəryəsinin əhli Şəmsəddin bəy Mahmudbəyov Vedibasar müsəlmanlarının barəsində Naxçıvana gəlib böylə məlumat verdi: İran və Naxçıvan nümayəndələri İrəvana azim olandan sonra erməni qoşunu Vedibasar nahiyəsində bulunan müsəlman köylərinə, məsələn, Kərkab, Ağasıbəyli, Keşişdağı, Dəhnəz, Qaraxaç, Qədirli, Şahablı və Çimən kəndlərinə hücum edib 20 mindən ziyad müsəlman əhalisini kəsib, balaca balaları, qadınları və əlil kişiləri evlərə toplayıb, tamamən bıçaq və xəncər ilə kəsib, nizəbuş ediblər... Xülasə, Vedibasar tərəfində müsəlmana olmazın zülmlər və cəfalar ermənilər tərəfindən olundu”.
Bu qırğının əks-sədası uzun müddət eşidildi, çox-çox uzaqlardan dolanıb gəldi. Bu faciə barədə Paris Sülh Konfransının sədrinə ünvanlanmış 16-19 avqust 1919-cu il tarixli məşhur sənəddə də xüsusi bəhs edilmişdir. Həmin sənəddə erməni daşnaklarının Vedibasar mahalında törətdikləri vəhşiliklər barədə oxuyuruq: “...”Van”, “Sasun” adları altında müxtəlif erməni hərbi hissələri müsəlman əhalisini qılıncdan keçirdi, kəndləri toplardan və zirehli qatardan atəşə tutdu, öl-dürülənlərin qarnını yırtıb, gözlərini oydu, bəzi cəsədləri yandırdı, əhalini taladı, ümumiyyətlə, eşidilməmiş vəhşiliklər etdilər. Yeri gəlmişkən, Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə qədər qətlə yetirildilər”.
- Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet dövründə də davam edib. Bu dövrü necə xarakterizə edərdiniz?
- Təəssüf ki, ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdirdilər. Azərbaycanın tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kv. km-lik tarixdə ilk erməni dövləti - Ararat daşnak respublikası sovet dövründə Azərbaycan torpaqları hesabına birdən-birə üç dəfədən çox böyüdülərək 29,8 min kv. km-ə çatdırıldı. Bundan ruhlanan ermənilər dinc metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxardılar.
1945-ci ilin noyabr-dekabr aylarında ermənilər II Dünya müharibəsindən qalib çıxan dövlətlərin - Rusiya, Amerika və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu baş tutmayanda İ.Stalindən ovaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu.
Bu da yetmədi, 1988-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki 300 min nəfərə yaxın soydaşımız öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində, bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə yetirildiyi, 400-dən artıq insanın ağır yaralandığı, evləri, malları-mülkləri zorla əllərindən alındığı, evlərin, kəndlərin od vurulub yandırıldığı, 300-dən artıq məscidin, 500-dən artıq müsəlman qəbiristanlığının yer üzündən silindiyi vandalizm aktı - soyqırımı idi. Lakin o vaxt Qarabağ münaqişəsi Qarabağ müharibəsinə çevrilməkdə, Azərbaycanın ərazi bütövlüyü təhdid edilməkdə, soydaşlarımız məcburi köçkünə çevrilməkdə idi və Qərbi Azərbaycan qaçqınları bu ümumi faciə önündə öz faciələrini sinələrinə gömməyə üstünlük verdilər.
- Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir...
- Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu Sərəncama əsasən, ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur, soyqırımı qurbanları anılır.
2018-ci ildə bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, geniş tədbirlər planı həyata keçirilib. 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir.
Artıq 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə bölgədə yeni bir reallıq yaratmışdır. Bu reallığın baş qəhrəmanı müzəffər Ali Baş Komandanımız, şah əsəri qüdrətli Azərbaycan dövlətidir. Artıq ermənilər təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən, xüsusilə Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə cavab verməlidirlər və verəcəklər.

 
  • Oxunub:  3060  |  
  • Tarix:  01-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA