Ana səhifə »  Müsahibə »  Regionda və dünyada cərəyan edən proseslər türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir
A+   Yenilə  A-
Regionda və dünyada cərəyan edən proseslər türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir

Milli Məclisin deputatı Müşfiq Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Müşfiq müəllim, bir neçə gün öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib. Ümumiyyətlə, türkdilli dövlətlər arasında birliyin daha da gücləndirilməsini zəruri edən amillər nədən ibarətdir?
- Dövlətimiz bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq onları vahid məqsəd və ideyalar ətrafında birləşdirmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev türkdilli dövlətlər ilə də münasibətlərin gücləndirilməsinə önəm verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, milli dəyərlərinə, mental xüsusiyyətlərinə güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.
Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan Türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olaraq dünyanın qarşısına daha üstün sivilizasiya ilə çıxmaq zərurətini əsas məqsəd hesab edir. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Regionda və dünyada cərəyan edən bütün siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Ölkə başçısı İlham Əliyev türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq təşkilatlarda türkdilli dövlətlərin mövqelərini gücləndirmək istiqamətində mühüm addımlar atıb. Düşünürəm ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, Türk dünyasına düşmənçilik nümayiş etdirən erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparması əsas məsələlərdəndir. Türkdilli dövlətlər arasında münasibətlər yüksələn xətlə inkişaf edərək regionda bütün əhəmiyyətli sahələrdə Azərbaycanın və Türk dünyasının nailiyyətlərinin daha da artmasına şərait yaradacaq. İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, Türk dünyasının birliyi vacibdir. Müharibə zamanı Türkiyənin haqlı mövqeyimizə olan qətiyyətli mənəvi-siyasi dəstəyi bütün türkdilli ölkələrə nümunə olmalıdır. Düşünürəm ki, bütün Türk dünyası bir-birinə bu münasibəti göstərməlidir.
- Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır...
- 2021-ci il qalib ölkəmizin qarşısında yeni tarixi dövr açır. Bu il ölkəmizin tarixinə dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaq. İnanıram ki, qarşıda duran çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından, cinsindən, təhsilindən, maddi imkanından asılı olmayaraq, hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına dəstək göstərəcək və dirçəliş tariximizə öz layiqli töhfəsini verəcək. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın birliyinin növbəti təzahürü olacaq.
Bildiyimiz kimi, bərpa və yenidənqurma prosesinin əsas istiqaməti məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də “Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.
İşğaldan azad olunmuş torpaqlarımızda 2021-ci ildə genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində böyük məbləğdə vəsait nəzərdə tutulub. Həmçinin Prezident İlham Əliyev çıxışlarında böyük quruculuq işləri ilə bağlı fikirlərini bildirib. Artıq bir sıra rayonlarda tikiləcək obyektlər, yol çəkilişləri, dəmir yolları ilə bağlı konkret planlar var. Artıq ilin başlanğıcından Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərlər edərək orada gedən quruculuq işləri ilə yaxından tanış olub və bir sıra müəssisələrin təməlinin qoyulmasında iştirak ediblər. Bütün bu faktlar işğaldan azad edilən dədə-baba torpaqlarımızda tez bir zamanda irimiqyaslı quruculuq işlərinin aparılması sayəsində insanların öz doğma yurd-yuvalarına qayıdacaqlarını və həmin rayonların dirçəldilməsində yaxından iştirak edəcəklərini aydın şəkildə göstərir.
- Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm aktları törədib. Eyni zamanda, tarixi, mədəni və dini abidələrimiz dağıdılıb. Bu barədə nə deyə bilərsiniz?
- Ermənilər qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silməklə xalqımızın tarixini məhv etmək istəyirlər. Bunun üçün maddi və mənəvi abidələrimizi dağıtmağa can atırlar. Həyata keçirdikləri “mədəniyyət soyqırımı” da Azərbaycan xalqının tarixi yaddaşını oğurlamaq arzusudur. Bu abidələr, təkcə yaddaş obyektləri deyil, həmçinin maddi və mənəvi abidələr tarixi və mədəni yaddaşın canlı laboratoriyasıdır. Ümumiyyətlə, mədəni irsin məhv edilməsi bəşəriyyətə qarşı yönələn qəsddir və Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı törətdiyi vandallıq heç bir insanlığa sığmır.
Müharibənin öz qanunları var. Bütün beynəlxalq sənədlər mədəni irs obyektlərinin, tarix və arxeologiya abidələrinin müharibə hədəfi kimi istifadə olunmasına qarşıdır. Ancaq erməni barbarları heç bir qaydaya məhəl qoymurlar. Halbuki, beynəlxalq humanitar hüquq silahlı münaqişədə tərəflərin mədəniyyət abidələrini qorumağa və onlara hörmət etməyə məcbur olduğunu bildirir.
Müharibə qanunlarına əsasən, münaqişə iştirakçılarına mədəni irs obyektlərinə hücum etmək və onlardan hərbi məqsədlər üçün yararlanmaq qadağandır. Lakin ermənilər uzun illər işğal altında olan torpaqlarımızda abidələri hərbi obyekt kimi istifadə ediblər. Bundan başqa, münaqişə tərəfləri maddi və mənəvi abidələrin oğurlanmasının və ya talan edilməsinin qarşısını almalıdırlar. Ancaq ermənilər bütün beynəlxalq qanunları heçə sayaraq Azərbaycanın işğal olunmuş torpaqlarında mədəniyyət dəyərlərimizə qarşı vəhşilik edib və Yerevana daşıyıblar. Azərbaycan erməni vandallığı haqqında hazırlanan sanballı elmi araşdırmaları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Mənfur qonşularımız hazırda yaşadıqları türk-müsəlman torpaqlarında da Azərbaycanın mədəniyyət izlərini yox etməyə çalışırlar. Təkcə İrəvan xanlığının mirasının məhv edilməsini qeyd etmək yetər. Ermənistan ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində Türk-İslam dünyasına məxsus dəyərli nümunələr aşkarlandığı dünya tədqiqatçıları tərəfindən dəfələrlə qeyd olunub. Avropadan və Rusiyadan gələn bir çox tədqiqatçıların əsərlərində Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hamamları türk-müsəlman abidələri kimi təsvir ediblər.
XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara məxsus maddi mədəniyyət nümunələrinin sistematik olaraq dağıdılması prosesi başlanıb. Ermənistan ərazisində azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıb. Lakin mövcud olan mənbələr və ayrı-ayrı müəlliflərin əsərlərindən də görünür ki, erməni vandalları azərbaycanlılara məxsus maddi-mədəniyyət nümunələrinin izlərini silməyə, onları öz adlarına çıxmağa cəhd etsələr də, tarixin yaddaşından onları silmək mümkün deyildir. Erməni vandalları bu sahədə istəklərinə nail ola bilmədilər. Biz öz torpaqlarımızı azad etdik və bütün tarixi abidələrimizin qədimliyini qoruyaraq bərpa edirik. O torpaqların əsl sahiblərinə aid olduğunu bütün dünya gördü.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  06-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA