Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: Azərbaycan dünya hərb və siyasət tarixində bir ilkə imza atdı

Hikmət Babaoğlu: Azərbaycan dünya hərb və siyasət tarixində bir ilkə imza atdı

11.02.2021 [09:32]

“Noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə son qoymaq görünməmiş bir hadisədir”. Bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı, 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı: “Beləliklə, nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə, düşmənə sübut etdi. Elə üçtərəfli Bəyanatda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu proses sürətlə davam edir. Ən kritik və çətin mərhələ artıq arxada qalıb. Bu, noyabr ayının 10-dan sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, bu da vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində dekabr ayının birinə qədər Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi”.
Hikmət Babaoğlu qeyd edib ki, ikinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb: “Üçüncüsü, Türkiyə-Rusiya ortaq nəzarət mərkəzinin yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terroristlərin təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu davam edəcək. Hazırda azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcəkdir. Önümüzdəki mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat koridorunun yaradılması istiqamətində fəaliyyətlər başlayacaq. Ümumiləşdirməyə çalışsaq, görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli Bəyanatda əksini tapan müddəalar uğurla icra olunur”.

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30