Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan hərbi cinayətlərini davam etdirir

Ermənistan hərbi cinayətlərini davam etdirir

07.04.2021 [09:14]

Azərbaycan 44 günlük müharibə nəticəsində ərazilərini işğaldan azad etsə də, düşmənin torpaqlarımızı kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır. Məsələni daha da çətinləşdirən isə Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq minalanmış ərazilərin xəritələrini ölkəmizə verməməsidir.
Qeyd edək ki, Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq qurumlara müraciət etməsinə və baxmayaraq, qarşı tərəf minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlıq ifadə edilib.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın azad edilmiş ərazilərinin kütləvi minalanması problemi münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyi üçün ciddi təhlükədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistanın məqsədli şəkildə minalar yerləşdirməsi torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Eyni zamanda, üçtərəfli Bəyanat imzalandığı vaxtdan indiyə qədər işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər həlak olub, 85 nəfər yaralanıb. Digər bir məsələ ondan ibarətdir ki, Ermənistanın beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməməsi həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə hesablanıb.
Beləliklə, qeyd edilən faktlar Ermənistanın hərbi cinayətlərinin bariz nümunəsidir. Daha dəqiq desək, Ermənistanın minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina etməsi beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30