Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq

Elşad Musayev: Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq

21.04.2021 [08:55]

“44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğalçı Ermənistanın ordusunu döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirilən hərbi qənimətlərin nümayiş etdirilməsini vacib hesab edirəm”.
Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Partiya sədrinin sözlərinə görə, ağır məğlubiyyətə düçar olan düşməndən ələ keçirilən qənimətlərin bir qisminin, eyni zamanda, Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayişi məqsədilə Hərbi Qənimətlər Parkının inşası mühüm hadisədir: “Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində əldə edilmiş tarixi qələbənin sübutu olan bu eksponatların sərgilənməsi xalqımız tərəfindən də böyük ruh yüksəkliyi və maraqla qarşılanıb”.
Hərbi Qənimətlər Parkının açılmasına düşmənlərin reaksiyasına da münasibət bildirən E.Musayev deyib ki, qalib tərəfin əldə etdiyi qənimətləri nümayiş etdirməsi təbii haldır: “Bütün dünya təcrübəsindən məğlub tərəfdən götürülən qənimətlərin sərgilənməsi məlumdur. Ancaq öz əsgərlərini postdan qaçmaması üçün vəhşicəsinə zəncirləyən düşmənin əsl simasını nümayiş etdirəndə Ermənistanda və xaricdə hay-küy qaldırılması bir qədər başadüşülən deyil”.
E.Musayev bildirib ki, qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından Hərbi Qənimətlər Parkının açılması önəmli təşəbbüs kimi yüksək qiymətə layiqdir: “Çünki məkrli düşmənə qarşı müharibədə biz tarixi zəfər əldə etmişik. Gələcək nəsillərin bu qələbənin necə qazanıldığını görməsi üçün belə bir Parkın salınmasına ehtiyac vardı. Bununla da Azərbaycanın qəhrəmanlıq tarixi ilə maraqlanan vətəndaşlarımız açıq səma altında ibrətamiz muzeylə tanış ola biləcəklər. Hesab edirəm ki, Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün Azərbaycanın hərb tarixi muzeyi rolunu oynayacaq”.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31