Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir. Sorğuda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.
Sorğuda https://sorgu.ada.edu.az/ linki vasitəsilə iştirak etmək olar.
- Oxunub: 2280 |
- Tarix: 22-02-2021 |
-
Çap et |