Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə onlayn silsilə təlimlərə start verilir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “2007-2015-ci il Dövlət Proqramı” məzunlarının iştirakı ilə fevralın 24-də media üçün onlayn təlim keçiriləcək. Təlim saat 11:00-dan 13:00-dək nəzərdə tutulur. Təlimdə iştirak etmək istəyənlər fevralın 23-ü saat 20:00-dək qeydiyyatdan keçə bilərlər.
Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə edir.
- Oxunub: 2100 |
- Tarix: 22-02-2021 |
-
Çap et |