Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xərçəng xəstəliyindən qorunmaq üçün hansı qidalardan imtina edilməlidir?

Xərçəng xəstəliyindən qorunmaq üçün hansı qidalardan imtina edilməlidir?

22.02.2021 [18:23]

“Bir sıra qidalarda bədxassəli şişlərin yaranmasına səbəb ola biləcək kanserogen maddələr mövcuddur. Onlar ətraf mühitdən qidaya daxil olur və ya qida emalı zamanı ortaya çıxırlar”. Bu fikirləri "İnterlab" şirkətinin professoru, kimya elmləri doktoru Yakov Yaşin "AiF"ə müsahibəsində bildirib: “Ət və ya un xörəkləri bişirəndə və yeməyi 120 dərəcədən yuxarı qızdırdığınız zaman içərisində iki növ kanserogen maddə meydana gəlməyə başlayır. Onlar hüceyrələrimizdə mutasiyaya səbəb olur və xərçəng xəstəliyinin inkişafına kömək edirlər”.

Buna görə Y.Yaşin həmin məhsulların istehlakını azaltmağa və ya hər hansı bir hisə verilmiş məhsuldan (ət, balıq, pendir) imtina etməyə çağırıb: “Bu siyahıya çörəklər, peçenye, çips və digər qızardılmış və bişmiş qidalar daxildir. Yaşin xəbərdar etdi ki, ət məhsullarında (barbekü, qril, kabab), ət və kolbasa məhsullarında, dənli bitkilərdə və fıstıqda da həmin zərərli maddələr var: “Ona görə ki, bu cür məhsulların istehlakı xərçəng xəstəliyinin inkişafına kömək edir. Lakin bitki mənşəli qidalarda elə maddələr var ki, əksinə xəstəlikdən qoruyur və ya onun gedişini dayandırır”.

Beləliklə, xərçəng xəstəliyi əleyhinə məhsulların siyahısına isə yaşıl çay, kakao, qırmızı şərab, meyvələr (xüsusilə sarı və narıncı), giləmeyvə (xüsusən üzüm), soğan, sarıkök, zeytun, zeytun yağı, pomidor, qırmızı balıq və kürü, dəniz yosunu, soya, xardal, kələm (xüsusilə brokoli), kətan, çovdar, balqabaq və s. aid edilir.

Paylaş:
Baxılıb: 212 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31