Ana səhifə »  Xəbər lenti »  Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq əzmindədir
A+   Yenilə  A-
Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq əzmindədir

Prezident İlham Əliyev: Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir
Xəbər verildiyi kimi, cari il fevralın 19-da Ankarada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə keçirilən iclasın gündəliyi kifayət qədər geniş olub. Tədbirdə qarşılıqlı əməkdaşlığa dair geniş müzakirələr aparılıb və bir sıra sənədlər imzalanıb. İclasda imzalanan sənədlərin, o cümlədən də 138 maddədən ibarət Protokolun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub. Əlamətdar haldır ki, müzakirəyə çıxarılan bütün məsələlərdə tərəflərin mövqeyi tam üst-üstə düşüb. Bu da onunla bağlıdır ki, həyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edən hər iki ölkə qarşılıqlı münasibətlərini ən yüksək səviyyəyə çatdırmağı hədəfləyib. Azərbaycan-Türkiyə dostluğu tarixin sınağından çıxıb və əbədiyyətə qədər davam edəcək.
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan digər iki ölkə tapmaq çətindir
Bu gün yüksək səviyyədə olan Azərbaycan-Türkiyə müttəfiqliyi müxtəlif amillərlə şərtlənir. Burada, əlbəttə ki, tarixi amillərin, ortaq keçmişin, dil, din eyniliyinin, milli-mənəvi dəyərlərin, mədəniyyətlərin, məişət və həyat tərzinin hədsiz dərəcədə yaxınlığının rolu böyükdür. Eyni zamanda, hər iki dövlət tarixdən gələn ənənələrin qorunmasına və münasibətlərin dərinləşməsinə yüksək siyasi iradə nümayiş etdirir. Qardaş ölkələr arasında müttəfiqliyin möhkəmlənməsinə göstərilən təşəbbüslər və səylər hər iki tərəfdən gəlir. Bu müttəfiqliyin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri respublikamız 1991-ci ildə XX yüzillikdə ikinci dəfə müstəqillik qazandıqdan sonra yenidən bərpa olunub. Bu gün iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyəyə yüksəlib. Bunun ifadəsi olaraq Azərbaycan Prezidentinin dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, eləcə də Türkiyə Prezidentinin dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırması gözəl bir ənənəyə çevrilib. İki qardaş ölkənin rəhbərləri müntəzəm qaydada qarşılıqlı səfərlər edirlər, ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində 10 dekabr 2020-ci il tarixində sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi Bəyanatında ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğuna diqqət çəkərək vurğulayıb: “Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir”.
Azərbaycan və Türkiyənin beynəlxalq platformalarda səylərini əlaqələndirmələri və ortaq mövqedən çıxış etmələri, bir-birlərini dəstəkləmələri ölkələrimizin mövqeyini möhkəmləndirir. Qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycan və Türkiyə regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında, Ermənistanın zor tətbiq etməyə, ədalətə və qonşuluq prinsiplərinə məhəl qoyulmamasına əsaslanan siyasətinin qarşısının alınmasında mühüm rol oynayırlar. İki qardaş ölkə Xəzər-Qara dəniz hövzələri regionunun dostluq və əməkdaşlıq məkanına çevrilməsinə böyük səy göstərirlər. Prezident İlham Əliyev bəhs olunan Bəyanatında ölkələrimizi yaxınlaşdıran çoxsaylı amillərdən bəhs edərək vurğulayıb ki, bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. “Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir”, - deyə dövlətimizin başçısı bildirib.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişləndirilir
Azərbaycan və Türkiyə siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlığı davamlı şəkildə genişləndirirlər. Məlum olduğu kimi, ötən il Bakıda keçirilmiş Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra qərarlar qəbul olunmuşdu. Həmin qərarlar uğurla icra edilir. Hökumətlərarası Komissiyanın Ankarada baş tutan son iclasında isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib və bir sıra önəmli qərarlar qəbul olunub. Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirildiyi kimi, COVID-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət əlaqələri 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq, 4,6 milyard dollara çatıb. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkələrimiz arasında iqtisadi sahədə böyük əməkdaşlıq imkanlarının olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Qarşılıqlı sərmayələrin həcmindən məmnunluğumuzu bildirdik və qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam etdiriləcək. Çünki bu yatırımlar xalqlarımızın rifah halını yaxşılaşdırır. Azərbaycan və Türkiyə vətəndaşlarının təkcə şəxsiyyət vəsiqəsi ilə ölkələrimizə sərbəst şəkildə səfər etməsi barədə sənəd təsdiqlənib. Bu addım ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrinin inkişafına yeni nəfəs verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist axınının artmasına müsbət təsir göstərəcək”.
Yeri gəlmişkən, fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda da iki ölkə arasında iqtisadi sektora aid müxtəlif istiqamətlərdə əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Tədbirdə vurğulanıb ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində Preferensial Ticarət Sazişi mühüm yer tutur. 2019-cu ildə imzalanmış Sazişi artıq Türkiyə parlamenti ratifikasiya edib. Martın 1-dən sənədin qüvvəyə minməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Mütəxəssislərin qənaətinə görə, Türkiyənin Naxçıvanda ticarət attaşesi təyin etməsi, həmçinin Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycanın İstanbulda ticarət nümayəndəliyinin təsis edilməsi iqtisadi sahədə əməkdaşlığın daha səmərəli və çevik həyata keçirilməsini təmin edəcək. Biznes Forumda məlumat verilib ki, ötən il pandemiya səbəbindən yaranan çətinliklərə baxmayaraq, mühüm infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmi 2 dəfə artıb. Son illər, həmçinin Azərbaycan ərazisindən Türkiyə və Orta Asiyaya, eləcə də əks-istiqamətdə hərəkət edən TIR-ların sayında da əhəmiyyətli artım müşahidə edilib. 2020-ci ildə bu sahədə artım dinamikası 2019-cu illə müqayisədə 74,4 faiz olub. Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Biznes Forumda bildirildiyi kimi, hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.
Türkiyə şirkətləri işğaldan azad edilən ərazilərdə başlanan bərpa işlərinə öz töhfələrini verirlər
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan tarixi Zəfərə imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz 44 gün ərzində düşmənin hərbi birləşmələrini bütünlüklə tar-mar etdi. Müharibədə qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsinin təmin olunmasında dost ölkələrin, o cümlədən də Türkiyənin mənəvi və siyasi dəstəyi mühüm rol oynadı. Qardaş ölkə müharibənin ilk günlərindən respublikamızın yanında olduğunu bildirdi. Bu, dünyaya, işğalçı Ermənistanın havadarlarına bir mesaj idi ki, Azərbaycan apardığı haqq davasında tək deyil. Eyni zamanda, Türkiyənin mənəvi və siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Prezident İlham Əliyev 31 dekabr 2020-ci il tarixində Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qardaş ölkənin Vətən müharibəsində respublikamıza dəstəyini yüksək dəyərləndirərək vurğulayıb: “Əlbəttə ki, Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi və sizin iştirakınızla, əziz qardaşımın iştirakı ilə keçirilmiş hərbi parad bunu bir daha göstərdi. Siz gördünüz ki, bu, nə qədər böyük sevincə, coşquya səbəb oldu, on minlərlə, yüz minlərlə insan küçələrə axışdı və bizim Azərbaycan və türk əsgərlərini qarşıladı. Bu, bizim birliyimizin nümunəsidir”.
44 günlük Vətən müharibəsinin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan təmizlənən ərazilərdə bərpa işlərinə başlanılıb. Məlum olduğu kimi, mənfur düşmən üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib. Azərbaycan düşməndən təmizlənən ərazilərə əsl sahiblik hissi nümayiş etdirir və dağıdılmış yaşayış məskənlərimizi dirçəltmək əzmindədir. Qardaş Türkiyə bərpa prosesində də Azərbaycanın yanındadır. Türkiyə şirkətləri Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə başlanan bərpa işlərinə öz töhfələrini verirlər. Prezident İlham Əliyev bəhs olunan qəbulda qardaş ölkənin şirkətlərinin işğaldan azad edilən ərazilərimizdə başlanan bərpa işlərinə qoşulmalarından məmnunluğunu bildirərək “Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra etməyə başlamışlar”, - deyə vurğulayıb.
Qeyd edək ki, Türkiyə şirkətləri Füzuli-Şuşa avtomobil yolunun tikintisinə cəlb olunublar. Onlar bəhs olunan layihənin icrasında Azərbaycan şirkətləri ilə birlikdə çalışırlar. Bir sıra digər layihələrin icrasında da qardaş ölkənin şirkətlərinin iştirakı təsdiqlənib. O cümlədən Kəlbəcərə yolun və tunellərin çəkilməsi Türkiyə şirkətlərinin iştirakı ilə həyata keçiriləcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4140  |  
  • Tarix:  23-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

04 Mart 21:30
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun büro iclası keçirilib
04 Mart 21:05
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib
04 Mart 20:59
Mədəni irsə qarşı terror həyata keçirənlər beynəlxalq səviyyədə qınanmalı və cəzalandırılmalıdır
04 Mart 20:54
Vətən müharibəsində iştirak etmiş ədliyyə işçiləri ilə görüş keçirilib
04 Mart 20:50
Fatma Yıldırım: Şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir
04 Mart 19:57
Prezident: Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
04 Mart 19:51
Prezident İlham Əliyev: Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub
04 Mart 19:49
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
04 Mart 19:42
İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib
04 Mart 19:31
Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
04 Mart 19:29
Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Mart 19:27
MDB PA-nın elm və təhsil üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib
04 Mart 19:22
Prezident İlham Əliyev Azərbaycanı dəstəklədiklərinə görə Türkiyə, Pakistan və Əfqanıstan liderlərinə təşəkkür edib
04 Mart 19:20
Sevinc Fətəliyeva: Əməkdaşlıq münasibətləri region xalqlarına tədricən daha böyük faydalar gətirəcək
04 Mart 19:17
QMİ sədri Rus Pravoslav kilsəsinin mitropoliti ilə görüşüb
04 Mart 18:55
Prezident İlham Əliyev: Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur
04 Mart 18:28
Dəmir yumruğun yaratdığı yeni reallıqlar
04 Mart 18:14
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında dəyişiklik edilib
04 Mart 18:12
Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib
04 Mart 18:09
Gömrük Komitəsində ötən ilin yekunlarına dair mətbuat konfransı keçirilib
04 Mart 17:54
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
04 Mart 17:33
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi
04 Mart 17:19
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri şəhid ailələrini ziyarət ediblər
04 Mart 17:17
Azərbaycanda koronavirusdan 124 nəfər sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb
04 Mart 17:12
Prezident Rəcəb Tayyib Ərdoğan: Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik
04 Mart 17:07
İşğaldan azad olunmuş ərazilərin bərpası üçün bütün imkanlar səfərbər olunacaq
04 Mart 16:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüş keçirilib
04 Mart 16:09
Azərbaycanla Qazaxıstanın KOB subyektlərinin əməkdaşlıq imkanları müzakirə edilib
04 Mart 16:06
Venera planetində tədqiqat aparmaq üçün kosmik stansiya yaradılacaq
04 Mart 16:03
Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur
04 Mart 15:54
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub
04 Mart 15:51
Azərbaycan regionda sülhün təminatçısıdır
04 Mart 15:49
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
04 Mart 15:45
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Orta Asiyadan Türkiyəyə yükdaşımalar artıb
04 Mart 15:43
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi potansial çox yüksəkdir
04 Mart 15:37
Davamlı sülh ümumbəşəri sosial-siyasi
04 Mart 15:20
Alman şirkətləri Azərbaycanda dəmir yolu layihələrinə investisiya yatırmaqda maraqlıdır
04 Mart 15:15
Bu gün “OPEC+” ölkələrinin nazirlərinin 14-cü iclası olacaq
04 Mart 15:13
Azərbaycan sülh, əməkdaşlıq, tolerantlıq və multikulturalizm ölkəsi kimi dünya ölkələrinə nümunədir
04 Mart 15:00
Bahar Muradova: Qadınlarımız bütün imkanları, qüvvə və bacarıqları ilə kişilərlə bərabər, çiyin-çiyinə çalışırlar
04 Mart 14:59
Hicran Hüseynova: Ölkəmizdə qadına, onun cəmiyyətdə özünə yer tapmasına böyük diqqət göstərilir
04 Mart 14:56
Koronavirus pandemiyasına qarşı psixoloji cəhətdən ən dözümlü insanlar müəyyən edilib
04 Mart 14:49
Birgəyaşayışın Azərbaycan modeli dünya üçün nümunədir
04 Mart 14:46
Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
04 Mart 14:44
Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib
04 Mart 14:21
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
04 Mart 14:20
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
04 Mart 14:06
İdmanın inkişafında və təbliğində xidmətləri olan 39 nəfərə fəxri adlar verilib
04 Mart 13:45
“Buta Airways” Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
04 Mart 13:43
Çinin “Tyanven-1” kosmik aparatı Mars orbitindən yeni fotoşəkillər göndərib
04 Mart 12:46
Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı statistik göstəricilər açıqlanıb
04 Mart 12:39
Ali Məhkəmənin yeni formatda hazırlanmış illik hesabatları internet səhifəsində yerləşdirilib
04 Mart 12:36
Tovuz “ASAN Həyat” kompleksi - 1 il
04 Mart 12:34
Komitə sədri: Son 3 ildə gömrük orqanları tərəfindən 4,6 ton narkotik vasitə aşkarlanıb
04 Mart 12:27
Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib
04 Mart 11:49
Daha 27 müəssisədən Rusiya Federasiyasına pomidor və alma ixracına icazə verilib
04 Mart 11:47
Müdafiə Nazirliyi Füzuli rayonunun Qaradağlı kəndinin videogörüntülərini yayıb - VİDEO
04 Mart 11:46
Səfər Mehdiyev: Ötən il idxalın 59 faizi gömrük rüsumundan azad edilib
04 Mart 11:43
Azərbaycan-Qətər biznes görüşü təşkil olunub
04 Mart 11:38
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş iclas keçirilib
04 Mart 11:30
Anar Kərimov: Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir
04 Mart 11:28
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04 Mart 11:27
Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib
04 Mart 11:26
Paytaxtın məktəb direktorları ilə onlayn görüş
04 Mart 11:22
Martın 8-də ictimai nəqliyyatın hərəkəti dayandırılacaq
04 Mart 08:46
Ermənistanda siyasi böhran dərinləşir
04 Mart 08:45
“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”
04 Mart 08:42
Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...
03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA