Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü

Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü

03.03.2021 [15:06]

Fevral ayının 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında regiondakı ictimai-siyasi vəziyyət, Qarabağda təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi, bərpa-quruculuq işlərindən danışdı. Dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını 4 saatdan çox müddətdə 4 dildə cavablandırmaq böyük istedad, siyasi məharət, dərin məntiq və təmkin tələb edir. Xarici jurnalistlərdən biri dövlətimizin başçısının bu qədər geniş və dərin məlumatlı olmasına, bir neçə xarici dildə sərrast cavab verməsinə heyranlığını gizlətmədi. Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğunu gördü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

T.Cəfərova bildirib ki, mətbuat konfransının məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və beynəlxalq aləmə bir mesaj vermiş oldu ki, bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır. Prezident diqqətə çatdırdı ki, bütün dünya Xocalı soyqırımını tanımalıdır və bu cinayəti törədənlər cəzalandırılmalıdır.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti müdrik siyasi qərarları ilə yeni geosiyasi reallıqlar yaradır, regiona yeni düzən verir və ənənəvi qüvvələr balansını xeyrimizə dəyişir. Qarabağ probleminin həll edilməsi regionun siyasi və iqtisadi xəritəsini dəyişməkdə, yeni transkontinental, birgə əməkdaşlıq platforması daha da möhkəmləndirməkdədir. Azərbaycan yaxın qonşuları olan Türkiyə, İran, Rusiya və Gürcüstanla bərabər, digər dövlətləri də reinteqrasiya proseslərinə dəvət etməklə regional əməkdaşlıq bucaqlarını dərinləşdirir.

Tamam Cəfərova vurğulayıb ki, mətbuat konfransında Prezident bir sıra məsələlərə də aydınlıq gətirdi və çox önəmli mesajlar verdi. Qarabağın statusu ilə bağlı İlham Əliyevin qəti və konkret cavabı da olduqca maraq doğurdu və bu mövzuya da nida işarəsi qoydu: “Dağlıq Qarabağ münaqişəsi artıq sona çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. Öz çıxışlarımda statusun ünvanını göstərmişəm. Bir daha ora qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil”.

Prezidentin bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü təmin edilib və indi Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bəzi qüvvələr ermənilərə boş-boş xəyallar qurmaq vədi verir, ancaq bu xülyalar və əsassız istəklər Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Qarabağda hamı birlikdə Azərbaycan qanunları ilə yaşayacaq. Burada yaşayan ermənilər digər xalqlar kimi Azərbaycanın vətəndaşlarıdır və Azərbaycan qanunlarına tabedir. Kimlərsə yenə də özlərinə Azərbaycan ərazisində qondarma dövlət qurmaq xülyası ilə yaşayırlarsa, özlərinin sonunu hazırlayırlar.

Azərbaycan Prezidenti revanşist faşist erməniləri bir daha məsuliyyətli və ağıllı olmağa dəvət etdi. Bir daha diqqətə çatdırdı ki, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Təbii ki, Bəyanat yerinə yetirilmədiyi təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər.

“Mətbuat konfransında səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan bu gün dünya miqyasında nüfuzlu və inkişaf etmiş ölkə kimi bölgənin sabitliyi üçün çox önəmli rola malikdir. Bu baxımdan Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır”, - deyə Tamam Cəfərova qeyd edib.

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30