Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gömrük Komitəsinin “Ticarət Statistikası Portalı”nın təqdimatı olub

Gömrük Komitəsinin “Ticarət Statistikası Portalı”nın təqdimatı olub

07.04.2021 [11:57]

Aprelin 7-də Dövlət Gömrük Komitəsinin (DGK) “Ticarət Statistikası Portalı”nın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, portalın yaradılmasının məqsədi maraqlı tərəflər üçün Azərbaycan Respublikasının ticarət dövriyyəsini vizual olaraq sadə və maraqlı şəkildə təqdim etməkdir. Portal xarici iqtisadi fəaliyyət iştirakçılarına ölkədəki bazarı təhlil etmək, eyni zamanda, vahid rəqəmsal məkanda statistik məlumat əldə etmək imkanı verəcək. Bu portal sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən maraqlı tərəflərə statistik məlumatları təqdim edərək onların daha dəqiq biznes araşdırmasına dəstək olacaq. Bu da öz növbəsində ticarətdə rəqabətqabiliyyətliliyin artırılmasını zəmin yaradacaq.

Portalın təqdim etdiyi digər yenilik Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri haqqında məlumatları daha müasir formatda maraqlı tərəflərə çatdırmaqdır. Komitə sahibkarlıq fəaliyyəti ilə bağlı idxal və ya ixrac zamanı malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri və sənədi verən orqanın adını publik qaydada təqdim edir.

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30