Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Quterreş ümid edir ki, ümumi vaksinləmə idmançıların və tamaşaçıların stadionlara qayıtmasına kömək edəcək

Quterreş ümid edir ki, ümumi vaksinləmə idmançıların və tamaşaçıların stadionlara qayıtmasına kömək edəcək

07.04.2021 [12:03]

BMT-nin Baş katibi Antonio Quterreş bütün idmançıları və azarkeşləri iqlim dəyişmələrinə, ayrı-seçkiliyin və xurafatın bütün təzahür formalarına qarşı mübarizəyə qoşulmağa, pandemiyadan sonrakı dövrdə davamlı bərpa işlərinə kömək etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi inkişaf və sülh naminə Beynəlxalq İdman Günü ilə əlaqədar məktub paylaşıb. O vurğulayıb ki, idman yarışları xalqlar arasında sıx münasibətlər yaranmasında, sağlam həyat tərzinin təbliğində və iqtisadi artımın genişlənməsində mühüm rol oynayır.

Baş katib deyib: “İdman insanın ən böyük istəklərindən biri, kollektiv iş modeli, cəmiyyətin bütün üzvləri üçün fərdi ustalıq platforması, iqtisadi artımın hərəkətverici qüvvəsidir”. O, idmanla fəaliyyəti ilə məşğul olan hər kəsi idmanın ətraf mühitə təsirini azaltmağa, beynəlxalq əmək normalarına riayət etməyə, ayrı-seçkiliyin və xurafatın bütün formalarına qarşı mübarizə aparmağa və korrupsiyanın kökünü kəsməyə çağırıb.

BMT rəhbəri vurğulayıb ki, dünya miqyaslı iri idman tədbirləri, o cümlədən futbol üzrə dünya çempionatları, Olimpiya və Paralimpiya oyunları bütün bəşəriyyət üçün mühüm irsdir.

Baş katib COVID-19 pandemiyasının idman aləmi üçün ağır nəticələrindən söhbət açaraq ümidvar olduğunu bildirib ki, başlanmış peyvəndləmə tədbirləri idmançıların və tamaşaçıların stadionlara və idman arenalarına qayıtmasına kömək edəcək.

Quterreş deyib: “Pandemiyaya son qoyulandan sonra biz idman məşğələlərini bərpa edəcək və stadionlara qayıdacağıq”.

 
Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30