/ / Azad olunan ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir
Azad olunan ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir
07.04.2021 [12:56]
Yeraltı və yerüstü sərvətləri, təbiəti ilə zəngin olan Qarabağ torpaqları 30 il ərzində erməni vandalizminə məruz qalmış, xalqımıza, dövlətimizə qarşı cinayət törədilmişdir. Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə rəşadətli ordumuz işğal altında olan ərazilərin geri qaytarılmasına, ölkəmizin bütövlüyünün bərpa edilməsinə nail oldu. Bu şanlı qələbə sayəsində regionun əsas problemi öz həllini tapdı. İndi qarşıda duran başlıca vəzifə illərdir erməni tapdağı altında olan torpaqlarda baş vermiş dağıntıları bərpa etmək, tikib-qurmaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, professor Azad Bayramov söyləyib.
O qeyd edib ki, azad olunan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunmasına təkan verəcək.
“İşğaldan azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Düşmən o torpaqlarda hidrotexniki qurğuları da tamamilə sıradan çıxarıb. Hazırda hidrotexniki qurğuların bərpası və suvarma işinin təşkili ilə bağlı planlar həyata keçirilir”, - deyə Azad Bayramov bildirib.
Onun sözlərinə görə, Sərsəng su anbarı respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Azad olunan ərazilərimizdə Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da var. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər. Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin su təminatının yaxşılaşdırılması deməkdir.
Azad Bayramov qeyd edib ki, azad olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək mineral su yataqları da var. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral su yataqlarını xüsusi qeyd etmək lazımdır.
“Dövlət başçısı İlham Əliyevin də dediyi kimi, “Biz işğaldan azad olunan bütün şəhərləri, rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır”. Bir sözlə, əminliklə deyə bilərik ki, azad olunmuş torpaqların dirçəldilməsi istiqamətində atılan addımlar, görülən işlər bölgənin inkişafında mühüm rol oynayacaq”, - deyə Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 Aprel 22:08
Dünya
25 Aprel 21:50
Xəbər lenti
25 Aprel 18:20
Xəbər lenti
25 Aprel 18:16
Xəbər lenti
25 Aprel 18:13
YAP xəbərləri
25 Aprel 17:49
Gündəm
25 Aprel 17:40
YAP xəbərləri
25 Aprel 17:06
Xəbər lenti
25 Aprel 16:41
Xəbər lenti
25 Aprel 15:58
İqtisadiyyat
25 Aprel 15:19
Xəbər lenti
25 Aprel 15:16
Xəbər lenti
25 Aprel 14:36
İdman
25 Aprel 14:26
Xəbər lenti
25 Aprel 14:11
Xəbər lenti
25 Aprel 13:54
Xəbər lenti
25 Aprel 13:53
Xəbər lenti
25 Aprel 13:33
Xəbər lenti
25 Aprel 13:21
Xəbər lenti
25 Aprel 13:02
Xəbər lenti
25 Aprel 12:57
Siyasət
25 Aprel 12:52
Xəbər lenti
25 Aprel 12:45
Siyasət
25 Aprel 12:37
Xəbər lenti
25 Aprel 12:20
Xəbər lenti
25 Aprel 12:19
Xəbər lenti
25 Aprel 12:12
Dünya
25 Aprel 11:58
İqtisadiyyat
25 Aprel 11:56
Xəbər lenti
25 Aprel 11:42
Dünya
25 Aprel 11:30
Gündəm
25 Aprel 11:24
Xəbər lenti
25 Aprel 11:22
Xəbər lenti
25 Aprel 11:20
Sosial
25 Aprel 11:15
İqtisadiyyat
25 Aprel 11:10
Analitik
25 Aprel 11:10
Xarici siyasət
25 Aprel 11:05
Sosial
25 Aprel 11:00
Xəbər lenti
25 Aprel 10:53
MEDİA
25 Aprel 10:47
Xəbər lenti
25 Aprel 10:42
Xəbər lenti
25 Aprel 10:40
Xəbər lenti
25 Aprel 10:40
Siyasət
25 Aprel 10:38
Gündəm
25 Aprel 10:32
Siyasət
25 Aprel 10:30
İqtisadiyyat
25 Aprel 10:21
Gündəm
25 Aprel 10:10
Gündəm
25 Aprel 10:00
Xəbər lenti
25 Aprel 09:50
Xəbər lenti
25 Aprel 09:38
Xəbər lenti
25 Aprel 09:29
Xəbər lenti
24 Aprel 23:10
Siyasət
24 Aprel 21:24
Siyasət
24 Aprel 20:00
Xəbər lenti
24 Aprel 19:02
Xəbər lenti
24 Aprel 18:35
Gündəm
24 Aprel 18:32
Xəbər lenti
24 Aprel 17:56
Xəbər lenti
24 Aprel 17:41
Xəbər lenti
24 Aprel 17:07
Xəbər lenti
24 Aprel 16:23
Xəbər lenti
24 Aprel 16:13
Xəbər lenti
24 Aprel 16:01
Xəbər lenti
24 Aprel 15:24
Siyasət
24 Aprel 15:06
Xəbər lenti
24 Aprel 14:41
Xəbər lenti
24 Aprel 14:29
Xəbər lenti
24 Aprel 14:16