Ana səhifə »  Xəbər lenti »  Ekspert: Peyvənd proqramının idarə olunmasına görə ÜST hər zaman Azərbaycanı nümunəvi ölkələrdən biri kimi göstərir
A+   Yenilə  A-
Ekspert: Peyvənd proqramının idarə olunmasına görə ÜST hər zaman Azərbaycanı nümunəvi ölkələrdən biri kimi göstərir

Dünyanı cənginə almış COVID-19 bəlası insanların sağlamlığına və dünya iqtisadiyyatına mənfi təsirlərini göstərməkdə davam edir. Azərbaycan da pandemiyanın yaratdığı neqativ təsirlərdən kənarda qala bilməyib. Pandemiyanın davamlı və təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada bu xəstəliyə qarşı mübarizəni güclü təsiredici imkana malik vaksinlərlə aparmağı bəyan etmişdir. Yoluxucu xəstəliklərə qarşı mübarizə və profilaktikada tibbin əldə etdiyi ən böyük nailiyyətlərdən biri məhz vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir.

Bunu AZƏRTAC-a "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva deyib.

Ekspert xatırladıb ki, Ümumdünya Sağlamlıq Günü münasibətilə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Prezident videomüraciətdə Azərbaycanın COVID-19 pandemiyasına qarşı qlobal səylərini xatırladaraq deyib: “Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.

Builki Ümumdünya Sağlamlıq Günün “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunduğunu xatırladan Prezident deyib ki, bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir: “Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.

Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq”.

Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam”.

Peyvənd proqramının idarə olunmasına görə Ümumdünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanı nümunəvi ölkələrdən biri kimi göstərir. ÜST-ün Baş direktoru “Twitter” hesabında da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə COVID-19 pandemiyası ilə mübarizədəki maliyyə yardımına, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə təşəkkürünü bildirib.

Azərbaycanda COVID-19 əleyhinə Vaksinasiya Strategiyası hazırlanarkən peyvəndlərin əldə olunmasında yarana biləcək maneələr nəzərə alınaraq önləyici tədbirlər görülmüşdür. Peyvəndlərin satın alınmasını həm multiplatforma - COVAX təsisatı, həm də ikitərəfli müqavilələr çərçivəsində həyata keçirmək qərara alınmışdı. Baxmayaraq ki, Azərbaycan koronavirus əleyhinə peyvəndin ədalətli bölgüsünü təmin etmək məqsədilə yaradılmış COVAX təsisatına ilk qoşulan və dəstək verən ölkələrdən biri olmuşdu, buna rəğmən COVAX razılaşmanı pozaraq Azərbaycana peyvəndlərin təqdim olunmasını gecikdirmişdir. Nəticədə, multiplatforma çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84000 doza COVID-19 vaksinin ilk partiyası ölkəmizə aprelin 4-də gətirildi. Halbuki, Azərbaycanda peyvəndləmə prosesinə artıq yanvarın 18-dən start verilib. Bu prosesə ikitərəfli müqavilələr çərçivəsində əldə olunmuş razılaşmaya görə Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini ilə ölkəmizin təmin olunması hesabına başlanılıb. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı artıq 1 milyon 25 min 790-dır. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 639 min 463, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 386 min 327 nəfər təşkil edir.

Peyvəndləmədən sonra təxminən 70-80 faiz halda yoluxmadan qorunmuş hesab olunuruq. Koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulduqdan bir müddət sonra orqanizmdə yaranan immunitet insanları gələcəkdə koronavirusa yoluxduğu halda yarana biləcək ağırlaşmalardan və letal sonluqdan qoruyacaq. Peyvənd edilmək yoluxma baş verdikdə xəstəliyin yüngül keçirilməsi deməkdir. Ona görə peyvənd olunanlar belə həm özlərinin, həm də ətrafdakıların sağlamlığı naminə qorunma tədbirlərini - “üç qızıl qayda”nı gözləməyi pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər.

Dünya səhiyyə sistemində kovidlə mübarizədə artıq 2-ci nəsil peyvəndlərin - intranazal (sprey) peyvəndin hazırlanması istiqamətində tədqiqatlar aparılır. COVID-19-a qarşı hazırlanan və standart vaksinlərdən fərqli olaraq burun yolu vasitəsilə tətbiq olunacaq sprey peyvəndin infeksiyanın bədənə daxilolma yollarını izlədiyi üçün digər vaksinlərlə müqayisədə daha təsirli olacağı gözlənilir.

Gözə görünməyən virusla mübarizədə peyvəndləmə prosesində aktiv iştirak edərək "kollektiv immunitet" yaratmaq, xəstəliyin artım tempini əhəmiyyətli dərəcədə aşağı salmaq mümkündür. Əgər həkim tərəfindən heç bir əks göstəriş yoxdursa, tərəddüd etmədən peyvənd olunmaq lazımdır.

 

 
  • Oxunub:  2250  |  
  • Tarix:  07-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA