Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti təhlil olunub

Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti təhlil olunub

19.04.2021 [17:25]

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyev “Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti” mövzusunda təhlil hazırlayıb.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yazıda Azərbaycan-Belarus əlaqələrinin hazırkı vəziyyəti təhlil edilir. Qeyd olunur ki, ikitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub.

Şahmar Hacıyev bildirir ki, rəsmi Minsklə Bakı arasında əlaqələr geniş, xüsusilə təhlükəsizlik, iqtisadiyyat, siyasət və beynəlxalq arenada qarşılıqlı dəstək kimi sahələri əhatə edir. Əlaqələrin dinamik inkişafı, tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi üçün Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi-ticari əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Aprelin 14-də Prezident Aleksandr Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində Belarusla Azərbaycan arasında bir sıra sənədlər imzalanıb. İmzalanmış sənədlərin ən vacibi “Energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumudur.

Belarusun KTMT-nin üzvü olduğunu və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən müəllif qeyd edib: “Artıq Qarabağ münaqişəsi başa çatıb və Belarus həm MDB-nin, həm də KTMT-nin üzv dövləti olaraq Ermənistanla Azərbaycan arasında sülh prosesinin sürətli inkişafına töhfəsini verə bilər. Aydın məsələdir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması sayəsində bir çox dövlətlərin ölkəmizə marağı daha da artıb. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkəsinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakını dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, o zaman rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. Belə ki, bu ölkənin ümumi daxili məhsulunun təxminən 6,78 faizini, ümumi ixracatın isə 20 faizini kənd təsərrüfatı məhsulları təmin edir”.

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31