Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi

Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi

17.05.2021 [14:46]

"Şuşada 32 ildən sonra yenidən "Xarıbülbül" festivalının keçirilməsi çox qürurverici idi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mənəvi dəyəri və simvolik mənası ilə yanaşı, həm də böyük siyasi əhəmiyyəti var idi".

Bu fikirləri saytımıza açıqlamasında YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov bildirib. Onun sözlərinə görə, "Xarıbülbül" festivalı Şuşanın mədəniyyət paytaxtına çevrilməsi istiqamətində atılan ilk və çox mühüm addımlardan biri idi: "Uzun fasilədən sonra qədim Şuşamızda Azərbaycanın milli musiqisinin ecazkar sədaları eşidildi, ölkəmizdə yaşayan bütün xalqların folklor kollektivlərinin musiqiləri, rəqsləri təqdim olundu. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan tarixboyu öz ərazisində yaşayan bütün xalqların musiqisi, mədəniyyəti, dini inanclarına hörmətlə yanaşıb. "Xarıbülbül" festivalında bu həqiqət bir daha bütün dünyaya nümayiş etdirildi. Bütün dünya Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə sahib bir xalq olduğunu gördü".

Tofiq Cahangirovun sözlərinə görə, bədxah ermənilər illərlə Azərbaycana qarşı kampaniya apararaq, guya bizimlə digər xalqların birgə yaşayışının mümkün olmadığı barədə rəy formalaşdırmağa çalışıblar: "Ancaq Şuşada Qazançı kilsəsinin təmiri də, "Xarıbülbül" festivalında nümayiş etdirilən multikultural həmrəylik də ermənilərin bu təbliğatına böyük zərbə oldu. Festivalda həm dünyaya, həm də ermənilərə mesaj verildi ki, Azərbaycan öz ərazisində yaşayan xalqların hüquqlarına, mədəniyyətinə, dininə heç bir fərq qoymur, nəinki onların hamısına hörmətlə yanaşır, eyni zamanda, həmin xalqların inkişafı üçün əlindən gələni əsirgəmir".

YAP İdarə Heyətinin üzvü onu da bildirib ki, "Xarıbülbül" festivalı, eyni zamanda, Prezident İlham Əliyevin "Əziz Şuşa, biz səni dirçəldəcəyik" vədinin yerinə yetirilməsi aspektindən qiymətləndirilməlidir: "Prezidentimiz İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva torpaqlarımız azad ediləndən sonra Şuşaya 3 dəfə səfər ediblər. Bu, onların Şuşanın, bütövlükdə Qarabağ və ətraf rayonların dirçəldilməsinə, orada abadlıq-quruculuq işlərinin sürətlə və keyfiyyətlə aparılmasına çox həssas və diqqətlə yanaşmalarının, bu məsələlərə həddindən artıq önəm vermələrinin göstəricisidir. Şuşa işğaldan azad ediləndən sonra orada çox böyük işlər görülüb. Şuşanın fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün orada "Şuşa" yarımstansiyası tikilib,  "Şükürbəyli-Şuşa" hava elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Qədim Şuşada modern memarlıq nümunəsi olacaq yeni məscidin təməli qoyulub. Yuxarı Gövhərağa məscidi bərpa edilib, şəhərdəki digər məscidlərin bərpası üçün göstəriş verilib. Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binanın bərpası, xan qızı Natəvanın sarayı, "Xan qızı" bulağı, Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina, Rəsm Qalereyasının bərpası kimi işlərə başlanılıb. Bütün bunlar işğaldan azad edilən rayonlarımızda, o cümlədən Qarabağın döyünən ürəyi olan Şuşada dirçəlişə, həyatın, yaşayış şərtlərinin bərpasına, qaçqın və məcburi köçkünlərin tezliklə öz doğma torpaqlarına qayıtmasına hesablanıb ki, o gün də uzaqda deyil".

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30