Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb

AŞPA-nın komitə iclasında Azərbaycanın Zəngilanda həyata keçirdiyi “ağıllı kənd” konsepsiyasından danışılıb

18.06.2021 [16:44]

İyunun 17-də AŞPA-nın Bərabərlik və antidiskriminasiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Təhlükəsiz, sağlam və təmiz ətraf mühit haqqındakı bərabərsizliklərlə mübarizə” mövzusu ətrafında çıxış edən Milli Məclisin deputatı Könül Nurullayeva qlobal miqyasda narahatlıq doğuran bir sıra mühüm məsələlərlə bağlı fikirlərini bildirib. Deputat ətraf mühitdə mövcud olan resurslara bərabər hüquqlar əldə etməkdə ən çox çətinlik çəkən həssas qruplar üçün xüsusi yardım planının hazırlanmalı olduğunu vurğulayıb. Ətraf mühitin qorunmasının günümüzün aktual məsələlərindən olduğunu qeyd edən K.Nurullayeva təbiətin mühafizəsi ilə bağlı işlərin sistemli şəkildə aparılmasının vacibliyini vurğulayıb.

Deputat Azərbaycan hökuməti tərəfindən 2020-2025-ci illər üçün nəzərdə tutulmuş Milli Fəaliyyət Planı çərçivəsində ölkəmizin ətraf mühitin qorunması istiqamətində fəaliyyətlərindən də bəhs edib. Bildirib ki, Azərbaycanda dayanıqlı ətraf mühitin yaradılması məqsədilə ölkəmizdə ilk dəfə işğaldan yeni azad edilən Zəngilan rayonunda “ağıllı kənd” layihəsi həyata keçirilir.

Deputat insanların sağlam və dayanıqlı ətraf mühitdə yaşamasının təmin edilməsi, həssas qrupların bu istiqamətdə imkanlarının genişləndirilməsi məqsədilə dünya ölkələrini və beynəlxalq təşkilatlarını birlikdə hərəkət etməyə səsləyib.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30