Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Gəncləri Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib

Azərbaycan Gəncləri Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib

03.02.2021 [09:09]

Hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər fevralın 2-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil, məzarları üzərinə gül dəstələri qoyublar.

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31