Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə nəticələndi. Artıq şanlı qələbəmiz barədə uşaqlarımıza və gənclərimizə ətraflı məlumatların çatdırılması, bu Zəfərimizin məktəblərdə tədris olunması istiqamətində müvafiq addımlar atılır. Yeri gəlmişkən, “Hədəf Nəşrləri” də öz növbəsində bu istiqamətdə önəmli addım atıb.
Belə ki, bütün metodiki kitablar, gündəlik və dəftərlərə salınan və şagirdlərimizə əzbər öyrədilən “Qan yaddaşımız” səhifəsini ilk olaraq “Hədəf Nəşrləri” öz metodiki çap məhsullarında “Şanlı Zəfər tariximiz” adlı səhifə ilə əvəz edib. Nəşriyyatın təsisçi direktoru Şəmil Sadiq bu barədə öz “facebook” hesabında paylaşım edib: “Yeni tədris ilinə hazırlaşırıq və artıq gözümüzü qabar edən “Qan yaddaşı”nı yox, ruhumuzu məmnun edən “Şanlı Zəfər tariximiz”i öyrədəcəyik...”
- Oxunub: 2520 |
- Tarix: 20-02-2021 |
-
Çap et |