Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Hüquq guşəsi: oxucu soruşur”

“Hüquq guşəsi: oxucu soruşur”

23.02.2021 [09:00]

Oxucuların suallarını Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Ədalət” Vəkil Bürosunun rəhbəri, vəkil Muxtar Mustafayev cavablandırır.
Oxucu soruşur:
- İşləməklə yanaşı, doktoranturada qiyabi təhsilimi davam etdirirəm. Deyilənə görə, qiyabi təhsil alanların ödənişli məzuniyyət hüququ var. Bilmək istəyirəm ki, ödənişli təhsil məzuniyyətləri özəl iş yerlərinə şamil olunurmu?
Hüquqşünas cavablandırır:
- Doktoranturada təhsil alanların məzuniyyət məsələsi Əmək Məcəlləsinin 122-ci maddəsinin aşağıdakı bəndlərinə əsasən tənzimlənir:
1. İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
2. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.
3. İşləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
5. Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.
Verilən sual 122-ci maddənin 3-cü bəndinin təsir dairəsinə düşdüyü üçün doktoranturada (adyunkturada) təhsil alan işçiyə 30 gün ödənişli məzuniyyət verilə bilər.
Əmək Məcəllənin 3-cü maddəsinin 1-ci bəndinə əsasən: Müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir.
Həmin maddənin 3-cü bəndinə əsasən, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
Qeyd edilənlərə əsasən:
- işləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir;
- bu məzuniyyətin müddəti və ondan istifadə ilə bağlı məsələlər Əmək Məcəlləsinin 122-ci maddəsinin 5-ci bəndinə əsasən tənzimlənir;
- məzuniyyətlərin verilməsi məsələsində təhsil alan işçinin özəl və ya dövlət müəssisəsində (təşkilatında) işləməsinin fərqi yoxdur.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31