Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”

“Koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”

04.03.2021 [08:45]

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, o cümlədən vaksinasiya davam etdirilir. Mütəxəssislərin sözlərinə görə, COVID-19 əleyhinə vaksin pandemiyadan qurtulmağımızın yeganə yoludur. Yeri gəlmişkən, ölkəmizdə tətbiq olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndinin effektivliyi və ən əsası, zərərinin olmadığı aparılan tədqiqatlar nəticəsində sübut olunub, həmçinin tibb aləmində məşhur “Lanset” jurnalının səhifələrində də təsdiq edilib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Lalə Rəcəbova bildirib ki, koronavirus pandemiyasının üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq: “Yanvarın 18-də ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə başlayan vaksinasiya prosesində ilk peyvənd vurduranlar sırasında mən də var idim. Artıq ikinci dozanı da vurdurmuşam. Özümü çox yaxşı hiss edirəm. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır. COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır. Peyvənd edilənlər ikinci dozanı da qəbul etdikdən sonra xəstəliyə qarşı daha təhlükəsiz olacaqlar”.
“Hər kəs bilməlidir ki, vətəndaşlar diqqətli olmayacağı, sosial izolyasiya qaydalarına ciddi əməl etməyəcəkləri təqdirdə, sönməkdə olan “ocaq” yenidən alovlana bilər. Ona görə də hər kəs özünün həkimi, nəzarətçisi, qoruyucusu olmalıdır. Məhdudiyyətlər yumşaldılsa da, arxayınlaşma yaranmamalıdır. COVID-19-un birinci, ikinci dalğalarını hər birimiz görmüşük. Qeyd etdiyim kimi, koronavirusun üçüncü dalğasının olmaması üçün mütləq peyvənd vurdurmalıyıq”, -deyə həkim bildirib.
Onun sözlərinə görə, hər kəs indiyədək istifadə edilən üsullara davam etməklə təhlükəsizliyini qorumalı və öz sağlamlığının qayğısına qalmalıdır: “Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün insanlar mümkün qədər məsuliyyətli davranmalı, özlərini və ətrafdakıları maksimum qorumalıdırlar. Könüllü olaraq koronaviruslu xəstələrlə çalışdım. Həqiqətən də, bu şəraitdə çalışmağın nə demək olduğunu ancaq həkimlər bilə bilər. Ümid edirəm ki, tezliklə bu pandemiya bitəcək və əvvəlki həyat tərzimizə qayıdacağıq. Vaksinasiyanın tətbiqinin müsbət nəticələrini yaxın zamanlarda görmək mümkün olacaq”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30