Ana səhifə »  Sosial »  Yeni yaradılan Müşahidə Şuraları təkcə müşahidəmi edəcək?
A+   Yenilə  A-
Yeni yaradılan Müşahidə Şuraları təkcə müşahidəmi edəcək?

Şuralar şəffaflıq və hesabatlılıq vəd edir
Son dövrlər aparılan struktur islahatları çərçivəsində dövlət müəssisələrində Müşahidə Şuralarının yaradılması prosesi intensivləşib. Bu şuralar nə vəd edir? Formalaşan şuralar icra orqanlarının fəaliyyətində hansı müsbət dəyişikliklərə gətirib çıxaracaq? Onların səlahiyyətləri, vəzifələri harada başlayıb, harada bitir?
Cəmiyyətdə bu istiqamətdə gedən müzakirələr zamanı təkcə bu suallara cavab axtarılmır. Eyni zamanda, bu yeni idarəetmə mexanizminin nə dərəcədə işlək olub-olmayacağı məsələsi də qabardılır.
Bu məsələlərə aydınlıq gətirməzdən öncə onu vurğulamaq vacibdir ki, ötən il Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) fəaliyyətə başlayıb. Ardınca AİH-in tabeliyinə verilən dövlətə məxsus müəssisələrdə, şirkətlərdə Müşahidə Şuraları yaradılmaqdadır. Və korporativ idarəetməyə keçidin tətbiqinin şahidiyik.
Bu yeniliklər hansı zərurətdən yaranıb? Söhbət ondan gedir ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Hamının qəbul etdiyi reallıq odur ki, bu qurumların fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılmasının zamanı çoxdan yetişib. Bu istiqamətlərdə uğurlu nəticə əldə etmək üçün, ilk növbədə, struktur islahatlarının dərinləşdirilməsi tələbinin həyata vəsiqə qazanması vacib idi. Əsas hədəf kimi dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması seçilib. AİH-in idarəetməsinə o qurumlar verilib ki, məhz həmin qurumlarda yuxarıda qeyd olunan istiqamətlər üzrə islahatlara ciddi ehtiyac duyulur. Bu qurumlarda yeni yaradılan Müşahidə Şuraları isə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm rol oynayacaq. Şuralar müsbət dəyişikliklər vəd etməklə yanaşı, qarşıya qoyulan vəzifələrin daha effektiv, işlək, səmərəli formada həyata keçirilməsinə gətirib çıxaracaq.
Qeyd etmək yerinə düşər ki, dövlət müəssisələrinin Müşahidə Şuralarının və icra orqanlarının səlahiyyətləri nizamnamə və daxili sənədlərdə dəqiq reqlamentləşdirilir. Onların fəaliyyətinin korporativ idarəetmə prinsiplərinə uyğunluğu isə AİH tərəfindən təmin edilir.
Əfsuslar olsun ki, bir sıra hallarda Müşahidə Şuraları haqqında müzakirələr zamanı ya keçmişdə olan hansısa neqativ məqam qabardılır və ya Şuranın səlahiyyətlərinə aid olmayan məsələlərə diqqət yönəldilərək aparılan islahatları gözdən salmağa cəhdlər edilir. Reallıq odur ki, olduqca vacib bir proses başlanılıb, idarəetmə təkmilləşdirilir və onun uğurlu nəticələrini görmək müəyyən zaman tələb edir.
Müşahidə Şuraları haqqında danışarkən aşağıdakıları bilmək vacibdir:
1. Şuralar dövlət müəssisələrinin icra orqanları üzərində nəzarəti və strateji idarəetməni həyata keçirən, habelə dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı əsaslı, dəqiq, hərtərəfli və şəffaf qərarların qəbul olunmasını təmin edən orqan kimi çıxış edir.
2. Hər bir dövlət müəssisəsinin Müşahidə Şurası korporativ idarəetmə orqanlarının sırasında mərkəzi yer tutmaqla ona ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək, onun strategiyasını müəyyənləşdirəcək, icra orqanının fəaliyyətini qiymətləndirəcək. Bununla belə Şura həmin qurumun cari əməliyyat fəaliyyətini idarə etmək səlahiyyətinə malik deyil.
3. Şuralar dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı vacib qərarları təsdiqləyir, məsuliyyəti bölüşür, hesabatlılığı təmin edirlər. Şuralar öz vəzifələrinin icrası üzrə dövlət müəssisələrinin təsisçisi (təsisçiləri) qarşısında hesabatlıdırlar, Şuranın üzvləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
4. Şuraların əsas məqsədləri onların cari rəhbərliyinin fəaliyyətinin səmərəliliyinə nəzarətin təmin olunması, peşəkar yardım və dəstəyin göstərilməsi, həmçinin dövlətin tənzimləyici qismində olan funksiyalarının onun səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarından ayrılmasıdır.
Xüsusi vurğulanmalı məqam odur ki, indiyədək bir sıra dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı olan vacib qərarların böyük əksəriyyəti onların icra orqanları tərəfindən qəbul edilirdi. İndi isə tamamilə fərqli mənzərə ortada olacaq:
- birincisi, Müşahidə Şuralarının yaradılması ilə bu qərarların qəbul edilməsi zamanı səlahiyyət və məsuliyyət bölüşdürülür.
- ikincisi, təsisçi olan dövlətin maraqlarını təmin edəcək yeni model formalaşdırılır.
Beləliklə, aparılan struktur islahatları, xüsusilə strateji rəhbərlik və nəzarəti həyata keçirəcək Müşahidə Şuralarının yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin və şəffaflığının daha da artmasına gətirib çıxaracaq. Yeni yaradılan bu idarəetmə modeli dövlətin tənzimləyici və səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarının bölüşdürülməsi, qərarların qəbul edilməsi və icra olunmasına nəzarət üçün vahid məsuliyyət və maraqların toqquşmasının qarşısının alınması prinsiplərinə uyğundur. Dünyada mövcud olan təcrübələr də isbat edir ki, korporativ idarə olunan şirkətlərdə şəffaflıq və hesabatlılıq yüksək səviyyədə olur. Və hər bir dövlət müəssisəsinin uğurlu fəaliyyəti, ilk növbədə, onun qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq idarə edilməsi ilə şərtlənir. Bu isə əsasən, onun təsisçisi olan dövlətlə fəaliyyətinə cari rəhbərliyi həyata keçirən icra orqanı arasında Müşahidə Şurasının fəaliyyət göstərməsi, həmçinin bu idarəetmə orqanları arasında dəqiq və işlək səlahiyyət bölgüsünün aparılması ilə təmin edilir.
Elman BABAYEV
Əməkdar jurnalist

 
  • Oxunub:  3120  |  
  • Tarix:  07-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA