Ana səhifə »  Sosial »  İRƏVAN ƏDƏBİ MÜHİTİNDƏ HİDAYƏT FENOMENİ
A+   Yenilə  A-
İRƏVAN ƏDƏBİ MÜHİTİNDƏ HİDAYƏT FENOMENİ

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olan, ictimai və ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan mahallarından biri də Zəngəzur mahalıdır. Qədim Zəngəzur mahalı Azərbaycan elm və mədəniyyəti tarixinə öz önəmli töhfələrini vermiş xeyli alimlər, ədəbiyyat, incəsənət, ictimai-siyasi xadimlər bəxş etmişdir. Belə görkəmli sənətkarlardan biri də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına öz önəmli töhfəsini vermiş böyük şəxsiyyət, ədəbiyyatşünas, şair, publisist, dramaturq, tərcüməçi, naşir, ictimai-siyasi xadim Hidayət Orucovdur.
H.Orucov ilahinin yaratdığı və öz təbii gözəlliyi ilə seçilən Zəngəzur mahalının Mığrı rayonun Maralzəmi kəndində dünyaya göz açıb. Görünür, insanla təbiətin vəhdətindən xəbər verən bu yerlərin qeyri-adi təbiət möcüzəsi Hidayətin də canına, qanına, sənətinin mayasına hopub, onun aydın zəkasına və təfəkkürünə qarışıb. O, ecazkar gözəlliyi ilə adamı heyran edən bu təbiətdən aldığı zövqü-estetik duyumun təsiri ilə öz poetik istedadını bacarıqla birləşdirir ki, bunun da nəticəsində yazdığı “Zəngəzur” (poema-fraqmentlər) adlı silsilə şeirlərində oxucu da güclü emosional ovqat yarada bilir.
... Burda hər qarış torpaq,
Hər daş, hər iz, hər bulaq
Müqəddəsdir, uludur.
Hər cizgisi yerində,
Nə artıq şey, nə qüsur.
Bir söz: gözəllik yurdu
Zəngəzurdur, Zəngəzur.
Təfəkkürünü bu müqəddəs torpağın şirəsi, folkloru, milli-mənəvi dəyərləri ilə qidalandıran H.Orucov həyatının bütün gələcək mərhələlərinə və yaradıcılıq üfüqlərinə doğru bu ruhla inamla addımlamışdır.
Hidayətin ömür və yaradıcılıq yolunu üç mərhələyə bölmək olar: Zəngəzur, İrəvan, Bakı dövrü. Özünün dediyi kimi, “taleyinin yolu bu imiş”. Bu mərhələlərin üçü də onun taleyində, həyatında nə qədər rəngarənglik yaratsa da, bütün varlığı ilə doğma yurduna bağlı olan Hidayətin yaradıcılığında bu gündə həsrət dolu kövrəkliklə xatırladığı Maralzəmi kəndi və Zəngəzur mühiti qırmızı bir xətt kimi keçir. Təəssüf ki, azərbaycanlıların erməni daşnak zülmünə məruz qalması bu yerlərin əzəli-əbədi sakinlərini öz doğma yurdlarından didərgin saldı. Taleyin amansızlığı sehrli, zəngin təbiəti, ecazkar gözəlliyi ilə seçilən bu cənnət məkanın da dincliyinə son qoydu.
Hidayət əsərlərində xatırlayır ki, soyqırımı, deportasiya, köçürülmə, yurd həsrəti onun qəlbində hələ lap uşaq yaşlarından baş qaldırmışdır. O, kövrək uşaq qəlbinin dərinliklərində mənfur və tarixi düşmənlərimizin xalqımıza qarşı yaşatdıqları faciələri, müsibətləri dönə-dönə yaşamışdır. Bu gün “Orda - Zəngəzurda mənim ürəyimin məzarı qalıb” - deyən Hidayət həsrətli qəlbini bədii zövqlə oxşamaqla ovundurur.
Şairin xəyalı vətəni, doğma yurd yerlərini hər an qarış-qarış gəzir, bu torpağın hər xüsusiyyəti, hər keyfiyyəti onun ruhunu coşdurur. Dünyaya göz açdğı kəndinə həsr etdiyi “Maralzəmi” adlı şeirində bu ruhun poetik təcəssümü hərarətli, odlu bir ürəyin döyüntüsü daha aydın ifadə olunmuşdu.

Şişbuynuzlu dağlarında izlərim qaldı,
Yellər, sellər çox çarpışdı,
poza bilmədi.
Min bir rəngli yuxu gördüm,
yollar saraldı,
El yığışdı bu yuxumu yoza bilmədi.

Ay el oğlu, ay el qızı, məni çağırın,
Məndən sonra gələnlərin oğlan toyuna,
Həsrətliyəm unutduğum ürkək cığırın,
Tamarzıyam bircə ovuc bulaq suyuna.

Sözsüz ki, Hidayətin bir şəxsiyyət kimi yetişməsində Zəngəzur mühiti müstəsna rol oynamışdır. Bu mühit şair təxəyyüllü yeniyetmənin alovlu gənclik ehtirasına qol-qanad veribsə, İrəvan mühiti Hidayətin yaradıcılığının ideya - bədii və siyasi cəhətdən zənginləşməsi ilə yanaşı, öz böyük potensialını bütöv şəkildə gerçəkləşdirməyə imkan yaradıb. İrəvan dövrü onun istər taleyində, istərsə də ədəbi, mədəni və ictimai fəaliyyətində tamamilə yeni bir mərhələ təşkil edir.
Ali məktəbi bitirdikdən sonra doğma kəndində müəllimlik fəaliyyətinə başlayan Hidayət 1966-cı ilin mart ayında İrəvanda Azərbaycan dilində yeganə mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetində çalışmağa dəvət olunur. O, qəzetin redaksiya heyətinin məsul şəxsləri tərəfindən bir qədər sorğu-sual xarakterli söhbət zamanı ona verilən suallardan:
- Yazıçılardan kimləri oxuyursunuz?
- Füzulini, Şekspiri...
- Bəs, XX əsr ədəbiyyatından?
- Cəlil Məmmədquluzadəni.
- Hansı mətbuat orqanını özünüzə örnək sayırsınız?
- “Molla Nəsrəddin”i.
- Ən çox sevdiyiniz jurnalist kimdir?
- Cəlil Məmmədquluzadə...
deyə cavab verir.
21 yaşlı gəncin suallara verdiyi cavabları bir növ özünün yaradıcılıq platformasını elan etməsi, onun estetik prinsiplərini müəyyənləşməsi kimi də xarakterizə etmək olar. O, tam aydınlığı ilə dərk edirdi ki, öz xalqına ləyaqətlə xidmət etmək, nüfuz qazanmaq, bir şəxsiyyət kimi qüvvətlənmək istəyirsənsə, böyük Mirzə Cəlil ruhuna, onun parlaq işığına tapınmadan bu mümkün deyil.
Hidayət çalışdığı bu mətbuat orqanında qısa zaman ərzində fərdi sənətkarlıq üslubu ilə qəzetə xeyli nəfəs genliyi, yeni forma və məzmun gətirməklə milli mətbuatımızın mövzu dairəsini genişləndirir. Qısa zamanda yüksək bacarığı və jurnalistlik fəaliyyəti ilə İrəvan ədəbi, mədəni və ictimai mühitində tanınan Hidayət bu mətbuat orqanına məsul katib müavini vəzifəsinə irəli çəkilir. “Sovet Ermənistanı” qəzetində iki ildən bir az artıq çalışan Hidayət nəinki İrəvan ədəbi-ictimai mühitində, eləcə də azərbaycanlılar yaşayan bütün bölgələrdə tanınır. O, qələmini qəzetdə yenicə cilalamağa və milli mətbuatımızın aparıcı qüvvəsinə çevrilməyə başlamışdı ki, onu böyük həvəslə bağlandığı sənətindən ayırıb, başqa bir sahəyə məsul vəzifəyə - 16 illik fasilədən sonra 1966-cı ilin sonlarında yenidən bərpa edilən Cəfər Cabbarlı adına İrəvan Azərbaycanlı Dövlət Dram Teatrına 1968-ci ilin iyun ayında direktor təyin edirlər.
Amma buna baxayaraq 23 yaşlı bu gənc, tarixi və mənfur düşmənlərimiz tərəfindən müxtəlif dövrlərdə soydaşlarımızın başına gətirilən faciələrin, müsibətlərin bu sənət ocağınında taleyindən yan keçmədiyini və ona görə də erməni şovinizmi əhatəsində bu teatrın normal fəaliyyət göstərməsi və nümunəvi teatrlar səviyyəsinə yüksəlməsinin heç də asan olmayacağını tam aydınlığı ilə dərk edirdi.
Əslində, teatr sənətinə dərindən bələd olmayan gənc bir adamın bu sənət ocağına direktor təyin edilməsində erməni şovinist dairələrinin əsas məkrli məqsədlərindən biri gələcəkdə teatrın bağlanmasına zəmin yaratmaqdan ibarət idi. Amma Hidayətin milli və siyasi iradəsi, qətiyyəti erməni şovinist dairələrinin bu çirkin ideyasını və məkrli niyyətlərini gerçəkləşdirməyə imkan vermədi.
İrəvanda Azərbyacan teatr sənəti yeni inkişaf mərhələsinə qədəm qoydu. Teatrı ağır vəziyyətdən çıxarmaq üçün Bakıdan Tofiq Hüseynovu, Naxçıvandan Mübariz Əlixan oğlunu və Bakıdakı M.Əliyev adına İncəsənət İnstitutunu bitirmiş bir neçə istedadlı gənc aktyoru bu sənət ocağında çalışmağa dəvət edir. Çünki yüksək peşəkarlıqla teatr tamaşaları qoymaq və ifa etməyə qadir peşəkar kollektivin meydana gəlməsi vacib şərtdir.
Bu sənət ocağının yerli kadrlarla təmin edilməsi üçün 1969-cu ildə teatrın direktoru Hidayət Ermənistanın və müvafiq dövlət qurumlarının qarşısında İrəvan İncəsənət İnstitutunun nəzdində Azərbaycan şöbəsinin açılması məsələsini dəfələrlə qaldırmasına və bu istiqamətdə nə qədər mübarizə aparmasına baxmayaraq, erməni şovinist dairələri bu ideyanın gerçəkləşməsinə imkan vermədilər. Bütün bu çətinliklərə, problemlərə baxmayaraq, Hidayətin rəhbərliyi və milli iradəsi sayəsində teatr öz fəaliyyətini inamla davam etdirirdi.
1970-ci illərdə teatr repertuarını zəngiləşdirərək, bir sıra uğurlara nail olmuş və özünün yaradıcılıq zirvələrinə ucalmışdır. Həmin illərdə teatr “Sənsiz”, “Sevil”, “Aydın”, “Köhnə ilin son gecəsi”, “Qaynana”, “Əliqulu evlənir”, “Solğun çiçəklər”, “Ana ürəyi”, “Yaşar”, “Elbrus evlənir”, “İkinci səs”, “Sən nə üçün yaşayırsan?”, “Əks-səda”, Hacı Qənbər”, “Nəsrəddin”, “Atayevlər ailəsi”, “Arşın mal alan”, “Toy kimindir?”, “Məşədi İbad”, İmzalar içində”, “Ulduz” və s. bu kimi onlarla əsəri tamaşaya qoymuşdur. Yeri gəldikcə teatr dünya dramaturgiyası klasiklərinin A.Ostrovskinin, K.Qoldominin, Şekspirin, Molyerin və başqalarının əsərlərinə də cəsarətlə müraciət edir və onları uğurla tamaşaya qoyurdu. Tamaşalardakı rolların aktyorlar tərəfindən yüksək məharətlə ifa edilməsi Azərbaycan teatrının həm nüfuzunun artmasına, həm də möhkəmlənməsinə çox böyük təsir göstərirdi. Tamaşaçılarda maraq oyatmaq və teatrın ahəngdar fəaliyyəti üçün yerli dramaturqların mövcudluğu da vacib şərtdir. Həmin dövrlərdə İrəvan mühitində isə ədəbiyyatşünaslığın bu sahəsi ilə məşğul olan 1-2 nəfər var idisə, onlardan birincisi Hidayət idi. Hidayət ədəbiyyatın bu janrında da öz qələmini sınamış “Məhəbbət yaşayır hələ” pyesini yazmışdır. İstedadlı dramaturq Hidayətin “Məhəbbət yaşayır hələ” pyesi 1976-cı ildə İrəvanda milli teatrımızda tamaşaya qoyulmuşdur. Bu əsər Hidayətin ilk pyesi olduğu kimi, həm də 1976-ci illərdə İrəvanda Azərbaycan teatrında da səhnəyə qoyulan ilk yerli dramaturqun əsəri idi. Sonralar sənətkarın 1981-ci ildə “Məni qınamayın”, 1982-ci ildə “Bu dünyanın adamları” və başqa dram əsərləri də İrəvanda milli teatrının səhnəsində uğurla tamaşaya qoyulmuşdur.
Teatr truppası Qərbi Azərbaycanda azərbyacanlılar yaşayan bütün bölgələrə - Zəngibasar, Amasiya, Vedibasar, Basarkeçər, Allahverdi, Dilican və s. rayonlara o cümlədən azərbaycanlı məktəblərinə qastrollara gedərək, tamaşalar göstərərdilər. Qərbi Azərbaycanda elə bir azərbaycanlı kəndi tapmaq olmazdı ki, teatr həmin bölgəyə qastrol səfəri etməsin. Bu bir yandan azərbaycanlı əhali ilə bu sənət ocağının əlaqələrinin möhkəmlənməsinə xidmət edirdisə, digər tərəfdən yeni tamaşaçı kütləsinin teatra cəlb olunmasına və bədii cəhətdən sanballı əsərlərin tamaşaya qoyulmasına da müsbət təsir göstərirdi.
Hidayətin rəhbərlik etdiyi bu mütəşəkkil kollektiv yeri gəldikcə çox zəngin və rəngarəng repertuarları ilə Bakıya, Naxçıvana, Tiflisə, Borçalıya və azərbaycanlılar yaşayan digər bölgələrə də qastrol səfərlərinə gedirdi.
Teatrın Cənubi Qafqazda azərbyacanlılar yaşayan bölgələrə qastrol səfərləri bir tərəfdən incəsənət əlaqələrinin genişlənməsinə xidmət edirdisə, digər tərəfdən, siyasi və milli məfkurə baxımından isə soydaşlarımızı bir-birinə yaxınlaşmasına, birinin ədəbi-mədəni nailiyyətləri ilə digərinin tanış olmasına, milli ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsinə, milli mənəvi düşüncənin formalaşmasına xidmət edirdi. Hidayətin erməni şovinizmi əhatəsində fəaliyyətinin uğurlu cəhətlərindən biri də onun fəaliyyətinin milli ədəbi zəminə söykənməsidir.
1968-1984-cü illər ərzində Hidayətin təşəbbüsü və dəvəti ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndələri Maestro Niyazi, bəstəkarlar Fikrət Əmirov, Emin Sabit oğlu, rejissorlar və aktyorlar Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Nəsir Sadıqzadə, Ağakişi Kazımov, İsmayıl Dağıstanlı, Hökümə Qurbanova, Məlik Dadaşov, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Zəroş Həmzəyeva və başqalarının etdikləri qastrol səfərləri İrəvanın mədəni həyatında mühüm hadisəyə çevrilməklə yanaşı, həm də yerli aktyorların səhnə yaradıcılığına kamillik gətirirdi. Teatrın bu yüksəlişi və aktyorların səhnə yaradıcılığı haqqında məlumatları həm də həmin dövrdə İrəvanda, Bakıda və başqa yerlərdə nəşr edilən mətbuat orqanlarında dərc edilmiş məqalə və resenziyalarda da görmək mümkündür. Teatrın böyük uğurları ilə bağlı yuxarıda qeyd etdiyimiz fikirlər İrəvanda Azərbaycan dilində nəşr edilən yeganə mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetində Hidayətin “Xoş arzularla”, “Gənclik hərarəti, yaradıcılıq ehtirası”, “Adi illərə bənzəmir”, “Onun həyatı səhnədir” və bu kimi çap etdirdiyi məqalə və resenziyalarda da ifadə edilib.
Onun 1977-ci ildə İrəvanda nəşr etdirdiyi “Bir teatrın üç aktyoru” adlı kitabı da bu baxımdan əhəmiyyətlidir. Kitabda ömürlərini İrəvanda milli teatrımızın möhkəmlənməsinə və inkişafına həsr etmiş üç sənət fədaisi Məmmədbağır Qaraxanovun, Abasqulu Tağıyevin və Cəmil Əliyevin keçdiyi sənət yolundan və peşəkar səhnə yaradıcılığından bəhs edilir.
Əlbəttə ki, teatrın canlanması Azərbaycanın təcrübəli, peşəkar teatrları və görkəmli incəsənət xadimləri ilə sıx yaradıcılıq əlaqəsi qurması Ermənistanın daşnak rəhbərliyini qıcıqlandırmaya bilməzdi. Çünki erməni şovinistləri teatrın nüfuzunun artmasını, nümunəvi və peşəkar teatr səviyyəsinə yüksəlməsini istəmirdilər. İrəvan Azərbaycan Teatrı 1968-1984-cü illəri əhatə edən dövrü diqqətlə izlədikdə istər tamaşaların çoxluğu, istər mükəmməl yaradıcı kollektivə malik olması, istərsə də Bakıdan və müxtəlif yerlərdən görkəmli səhnə ustalarının teatra dəvət edilməsi, rejissorluq işinin kamilləşməsi və s. cəhətdən özünəməxsusluğu ilə seçilir. Bu sənət ocağı nəinki Cənubi Qafqazda, hətta keçmiş İttifaq miqyasında tanınmış və nümunəvi teatrlar səviyyəsinə yüksəlmişdir. Teatrın bu böyük uğurları 1978-ci ildə “50”illik yubileyi münasibəti ilə keşmiş SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar İttifaqının katibləri - İmran Qasımovun, İshaq İbrahimovun, Cabir Novruzun, Hüseyn Abbaszadə və Elçin Əfəndiyevin, xalq artisti İsmayıl Dağıstanlının, “Sovet Gürcüstanı” qəzetinin redaksiya heyətinin və digərlərinin ünvanladığı təbriklərdə bir daha təsdiq edilirdi. Hətta bədxah ermənilər də İrəvanda yeganə milli sənət məbədimiz olan bu teatrın uğurlarını etiraf etmək məcburiyyətində qalırdılar. Erməni şovinizmi əhatəsində milli mədəniyyətimizin uğuru həm Hidayətin, həm də teatrın fədakar kollektivinin uğuru idi. Teatrın sütunu Hidayət və fədakar kollektiv İrəvanda Azərbaycan Teatrının şöhrətlənməsi üçün əllərindən gələni əsirgəmirdilər.
Bu sənət ocağının inkişafında onun bütün Ermənistanda yaşayan azərbaycanlıların ruhi-mənəvi və mədəniyyət mərkəzinə çevrilməsində Hidayətin müstəsna rolu olmuşdur. O, İrəvanda Azərbaycan teatrının yaşaması üçün erməni şovinist dairələri tərəfindən çoxlu məhrumiyyətlərə, təzyiq və təqiblərə məruz qalsa da, Hidayətin dönməz iradəsi onun adını həmin sənət məbədinin tarixinə qızıl hərflərlə yaza bilmişdi.
Hidayətin İrəvan dövrü təkcə teatrın rəhbəri və bu sahədəki fəaliyyəti ilə məhdudlaşmır. O, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin demək olar ki, bütün ağırlığını öz çiyinlərində daşımışdır. Bu cəhətlər onun bütün fəaliyyətində də özünü qabarıq şəkildə büruzə verir. O, teatra rəhbərlik etməklə yanaşı, həm də Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edir, və eyni zamanda, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində “XIX-XX əsr Azərbaycan ədəbiyyatı”ndan dərs deyirdi.
Hidayətin Azərbaycan Ədəbiyyatı Şurasına sədr seçilməsindən sonra İrəvanda Azərbaycan ədəbi-mədəni mühiti bir qədər dirilik tapmış və bu canlanma azərbaycanlılar yaşayan bütün bölgələrdə ədəbi-mədəni prosesə də müsbət təsir göstərmişdir. İsmixan Məmmədov, Tahir Talıblı, Rəşid Əhmədov, Avtandil Məmmədov və başqa bu kimi gənc, istedadlı ədəbi simalar Azərbaycan Ədəbiyyatı Şurasının ətrafına toplaşmağa başlayırlar. Ümumiyyətlə, Azərbaycan Ədəbiyyatı Şurası azərbyacanlı yazıçıların, şairlərin ədəbi yaradıcılığının inkişaf etdirilməsində və ictimaiyyətə təqdim olunmasında çox böyük rol oynamışdır. Hidayət sənət mübadiləsi etmək üçün mütəmadi şəkildə Azərbaycandan görkəmli ədəbiyyat xadimlərini, şair və yazıçıları Mirzə İbrahimovu, Bəxtiyar Vahabzadəni, İsmayıl Şıxlını, Nəbi Xəzrini, Əli Vəliyevi, Xəlil Rza Ulutürkü, Nəriman Həsənzadəni, Yusif Səməd oğlunu, Qulu Xəlilovu, Cabir Novruzu, Abbas Abdullanı, İsa İsmayılzadəni, Mirvari Dilbazini, İmran Qasımovu, Əliağa Kürçaylını, Hüseyn Razini, Tofiq Mütəllibovu, Hüseyn Arifi, Ağa Laçınlını və başqalarını İrəvana dəvət edirdi. Bu ədəbi görüşlər həm də İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin canlanmasına böyük təsir göstərirdi. Azərbyaycandan ziyalıların hər gəlişi nəinki İrəvan ədəbi ictimaiyyətində, hətta sadə azərbaycanlılarda belə böyük maraq doğurduğundan hər bir görüş böyük izdihama çevrilirdi. Şair və yazıçılar öz əsərləri ilə ədəbiyyatsevərləri tanış edir, onlarla görüşlər keçirir, müsahibələr aparır və sənət söhbətləri edirdilər. Bu cür ədəbi tədbirlərin keçirilməsi, peşəkar ziyalı mövqeyi ilə yaxından tanış olmaq İrəvanda yazıb-yaradan gənc ədəbi qüvvələrin yaradıcılıq istiqaməti və inkişafına da faydalı olurdu. Erməni şovinizminin arasıkəsilməz təzyiqlərinə baxmayaraq, İrəvanda Azərbaycan ədəbi-mədəni həyatı Hidayət kimi qeyrətli ziyalıların sayəsində öz məcrasında davam və inkişaf edir, ədəbiyyatımız rəngarəng yüksək bədii səviyyəyə malik əsərlərlə zənginləşirdi. Çox vaxt Ermənistanın şovinist dairələri, dövlət nəşriyyatı Azərbaycan dilində bədii və eləcə də elmin və mədəniyyətin digər sahələrinə aid kitabların nəşr olunmasını hər vasitə ilə əngəlləyirdilər. Amma buna baxmayaraq Hidayət Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etdiyi vaxtlarda onun təşəbbüsü və səyı sayəsində Qərbi Azərbaycanda yazıb-yaradan soydaşlarımızın əsərlərinin tematik planlara salınıb işıq üzü görməsində də xidmətləri az olmamışdır.
İrəvan dövrü Hidayət yaradıcılığının həm də məhsuldar illəri baxımından da diqqəti cəlb edir. Bu illərdə onun bədxahlar əhatəsində “Məni qınamayın” (1970), “Məhəbbət qocalmır” (1973), “Bir az gözləyin məni” (1975), “Zirvə cığırı” (1971), “Bir teatrın üç aktyoru” (1977), “İrəvanda xal qalmadı” (1984), “Qaynaq” (1986) kitabları nəşr edilmişdir. Bu kitablarda Hidayətin müxtəlif vaxtlarda qələmə aldığı şeirləri, nəsr və dram əsərləri, publisist yazıları çap olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Hidayətin ədəbi fəaliyyətini səciyyələndirən ən mühüm cəhətlərdən biri də onun yaradıcılığında milli məhdudluq tanımamasıdır.
İngilis, rus, island, şotland, gürcü, türk və başqa xalqların ədəbiyyatlarından dilimizə tərcümə etdiyi bədii nümunələr həm də onun ədəbi həyata miqyaslı yanaşdığını təsdiqləyir. Bu bədii tərcümələr bir tərəfdən azərbaycanlı oxucuları dünya ədəbiyyatı, mədəniyyəti ilə yaxından tanış etmək üçün nə qədər böyük əhəmiyyət kəsb edirdisə, digər tərəfdən, İrəvanda ədəbi prosesə bir o qədər müsbət təsir göstərirdi. Hidayətin Uilfred Skonen Blant, Maqvala Qonaşvili, Sergey Mixalkov, Vilyam Şekspir, Mehmet Akif Ərsoy, Nəcib Fazil Qısakürək və başqalarından etdiyi tərcümələr indi də öz bədii dəyərini və əhəmiyyətini itirməyib.
1970-1980-ci illərdə İrəvan ədəbi-mədəni mühitinin aparıcı simalarından olan görkəmli ictimai xadim, şair, dramaturq Hidayət həyatının, ədəbi fəaliyyətinin, yaradıcılığının, gəncliyinin ən qaynar çağlarını, ömrünün 18 ilini İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai mühitinin inkişafına sərf edib.
Yeri gəlmişkən bir məqamı da vurğulayım ki, həmin illərdə İrəvanda Hidayətdən hündürboy adam demək olar ki, yox imiş. Qərbi Azərbaycanın hansı nöqtəsindən baxılsa, Hidayət öz əzəmətli cüssəsi və işıqlı əməlləri ilə apaydın boy göstərirmiş. Bu isə həm də onun şəxsində erməni şovinizmi əhatəsində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, mənəviyyatının, ədəbi dəyərlərinin boy göstərməsi idi.
Hidayət 1984-cü ildə İrəvanı tərk edib, Bakıya köçsə də, bütün varlığı və səmimiyyəti ilə bağlandığı İrəvanı bir an olsun belə unutmur. İrəvandakı həmkarları və onların yaradıcılığı ilə, soydaşlarımızla yaxından maraqlanır, İrəvanla sıx ədəbi-mədəni və yaradıcılıq əlaqələri saxlayırdı. İmkan düşən kimi Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət xadimləri Cabir Novruz, Mirəli Seyidov, Cövdət Hacıyev, Bəkir Nəbiyev və başqaları ilə İrəvana səfər edir, vaxtilə İrəvanda Azərbaycan ədəbi-mədəni mühitində şəxsi iştirakı ilə yandırılmış sənət çırağının sönməsinə imkan vermirdi.
Cəlal Allahverdiyev
filologiya üzrə fəlsəfə doktoru,
dosent

 
  • Oxunub:  2010  |  
  • Tarix:  07-04-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA