Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdə olub

Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdə olub

22.02.2020 [10:37]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-20-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində fevralın 19-da Şeyxülislam A.Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti 22-ci sessiyasının iclasında iştirak edib. Dünyanın ənənəvi dinlərinin nümayəndələrindən ibarət olan KAICIID Direktorlar Şurasının 9 üzvündən biri kimi A.Paşazadə iclasdan sonra bir sıra görüşlər keçirib, o cümlədən Səudiyyə Ərəbistanının “Salam” mədəniyyətlərarası əlaqələr üzrə gənclər təşkilatının üzvləri, habelə yerli ictimaiyyət nümayəndələri ilə görüşüb və kütləvi informasiya vasitələrinə müsahibə verib.
Fevralın 20-də İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının üzvlərini qəbul edib. Görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Kral Salman bin Əbdüləziz Al Səuda çatdırıb. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, öz növbəsində, salam-dualarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Kral Salman bin Əbdüləziz Al Səud KAICIID Direktorlar Şurasının növbəti sessiyasinin Ər-Riyadda keçirilməsindən məmnunluq duyduğunu bildirərək, mərkəzin müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasında dialoqun möhkəmləndirilməsində, mötədillik və tolerantlıq dəyərlərinin təbliğində, radikalizm və terrorizmin müxtəlif formaları ilə mübarizədə rolunu yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30