YAP Bərdə rayon təşkilatında 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilib. Onlayn formada keçirilən iclasda Şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, təşkilatın fəalları, həmçinin YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin müdiri, millət vəkili Aydın Hüseynov, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP İcra Katibliyinin məsul əməkdaşı Rəfail Gülməmmədov iştirak ediblər.
İclası giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya rayon təşkilatınının 2020-ci ildə ölkəmizdə keçirilən parlament seçkilərində, eləcə də pandemiya və Vətən müharibəsi dövründəki fəaliyyətini diqqətə çatdırıb. F.Şadlinskaya, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Qələbəsi nəticəsində tarixi torpaqlarımızın işğaldan azad olunmasından, xalqımızın 30 illik həsrətinə son qoyulmasından danışıb.
O, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısını xüsusi qeyd edib və rayon təşkilatının bu sahədə atdığı addımları diqqətə çatdırıb.
Sonra YAP İcra Katibinin şöbə müdiri, millət vəkili Aydın Hüseynov çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından söz açıb və YAP Bərdə rayon təşkilatının səmərəli fəaliyyətini vurğulayıb.
Millət vəkili Fatma Yıldırım da çıxışında parlament seçkiləri və ondan sonrakı dövrdə rayon təşkilatının birlik nümayiş etdirməsindən, təşkilatın üzvlərinin, ümumilikdə bütün bərdəlilərin vahid amal uğrunda ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx və möhkəm birliyindən, bu sahədə atılan uğurlu addımlardan danışıb.
Daha sonra çıxış edən ərazi ilk partiya təşkilat sədrləri Samir Nəcəfov, Tofiqə Məmmədova, rayon təşkilatının Qadınlar Şurasının sədri Xuraman Qurbanova və Gənclər Birliyinin sədri Elşən Məmmədov təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər.
- Oxunub: 2340 |
- Tarix: 19-02-2021 |
-
Çap et |