Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının üzvləri Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan şəhid Ələkbərli Kənan Müşfiq oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı xalqımızın belə qəhrəman oğullarımızla fəxr etdiyi bildirilib, şəhid ailələrinin problemlərinin həllinin daim dövlətin diqqət mərkəzində olduğu qeyd edilib.
Məlumat üçün bildirək ki, çavuş Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub. 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb. Suqovuşan - Ağdərə istiqamətindəki döyüşlərdə fəal iştirak edib. 10 oktyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilib.
MÜŞFİQƏ
- Oxunub: 2100 |
- Tarix: 19-02-2021 |
-
Çap et |