Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini zəfərlə bitirən Azərbaycan Ordusunun əsgər və zabitləri ilə ardıcıl olaraq görüşlər keçirir. Bu görüşlər həm videokonfranslar vasitəsilə, həm də rayon təşkilatının binasında karantin qaydaları nəzərə alınmaqla təşkil edilir.
Təşkilatın qərargahında keçirilən görüşlərdə torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən, Nəsimi rayonu ərazisində yaşayan əsgər və zabitlərin problemləri öyrənilərək, onları narahat edən məsələlərin həllinə dəstək verilir.
MÜŞFİQƏ
- Oxunub: 2430 |
- Tarix: 23-02-2021 |
-
Çap et |