Ana səhifə »  YAP xəbərləri »  Azərbaycanda çoxpartiyalılıq sistemi - quruluşu və inkişafı
A+   Yenilə  A-
Azərbaycanda çoxpartiyalılıq sistemi - quruluşu və inkişafı

Müasir politologiya elmində siyasi partiyalar sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir. Partiya normal ictimai həyat üçün vacib siyasi institutdur. Partiyalar cəmiyyətin ən çox siyasiləşmiş təşkilatıdır və onun əsas məqsədi hakimiyyəti əldə etmək və saxlamaq, cəmiyyətlə dövlət arasında birbaşa və əks-əlaqələrin yaradılmasını təmin etməkdən ibarətdir.
Partiya cəmiyyətin siyasi sisteminin daim fəaliyyətdə olan elementlərindən biri kimi, özündə siyasətin vacib strukturlarını ehtiva edir. Partiyalar müəyyən siniflərin və sosial qrupların təlabat, maraq və məqsədlərini ifadə edir, siyasi hakimiyyət mexanizmlərinin formalaşdırılmasında fəal iştirak edir və ya bu prosesə ardıcıl təsir göstərir. Partiyaların fəaliyyətinin ən prinsipial tərəflərindən biri bundan ibarətdir ki, onların gücü əhaliyə ideoloji təsiri ilə müəyyənləşir. Partiyalar siyasi şüurun formalaşmasında əhəmiyyətli rol oynayır. Müasir dünyada hakimiyyət uğrunda mübarizədə cəmiyyətdə müəyyən siyasi nüfuza, avtoritetə malik və bundan effektiv şəkildə istifadə edən siyasi partiyaların rolu həlledici olur.
Siyasi partiyalar cəmiyyətin siyasi inkişafının əsas şərtlərindən birini təşkil edir. Siyasi partiyalar - müəyyən sosial təbəqələrin və cəmiyyət qruplarının, bəzi hallarda əhalinin əhəmiyətli bir hissəsini özündə birləşdirən eynifikirlilərin təşkilatlanmış qrupu olub, onların siyasi maraq və tələblərini dövlət hakimiyyətini əldə etmək və ya onun həyata keçirilməsində iştirak etmək yolu ilə reallaşdırmağı nəzərdə tutur.
Partiyalar siyasi baxışları oxşar olan şəxslərdən təşkil olunmuş stabil siyasi iyerarxiyalı təşkilatdır. Partiyalar üzvlərin ideya və təklifləri əsasında formalaşdırılmış qısa, orta və uzun müddətli proqramlara malik olur.
Partiyaların strukturunda aşağıdakı üç vacib element mövcud olur: ali lider və mərkəzi qərargah, rəhbər qrupun göstərişlərini icra edən stabil bürokratik aparat, partiyanın həyatında iştirak edən, lakin bürokratik aparata daxil olmayan fəal üzvlər, nəhayət, partiyanın işində nəzərə çarpmayan dərəcədə iştirak edən passiv üzvlər.
Partiyaların cəmiyyətin həyatında oynadığı rol onların funksiyaları ilə müəyyən olunur. Partiyalar cəmiyyətdə bir sıra mühüm funksiyaları yerinə yetirirlər. Partiyaların əsas funksiyalarından biri siyasi məqsədlərin müəyyən edilməsidir. Öz proqram və ideologiyasını işləməklə partiya strategiyasını müəyyən edir və vətəndaşları alternativ inkişaf yollarının mövcudluğunu inandırır.
Partiyanın ikinci mühüm funksiyası isə ictimai maraqların aydınlaşdırılmasının təmin edilməsidir. Doğrudur, ayrı-ayrı qruplar da cəmiyyətin maraqlarının müəyyən edilməsini həyata keçirmək imkanlarına malikdir. Lakin yalnız siyasi partiyalar həmin maraqların elə bir formaya salınmasını təmin edir ki, bu mərkəzi hakimiyyət orqanlarının qərarlarının qəbul olunmasına təsir göstərə bilsin.
Partiyaların növbəti funksiyası isə vətəndaşların sosiallaşmasını həyata keçirilməsində əksini tapır. Buna partiya fəaliyyətinin sosial və ideya-psixoloji əsaslarının müəyyənləşdirilməsi daxildir.
Partiyaların sonuncu əsas funksiyası isə hakim elitanın, yerli hakimiyyət orqanlarının, hökumətin və digər mərkəzi orqanların ilk əvvəl kölgə, daha sonra isə real tərkibinin formalaşdırılmasıdır. Partiyalar digər siyasi institutlarla birlikdə dövlət və cəmiyyətin idaretmə mexanizmlərinin yaradılması, hökumət struktur və mexanizmlərinin stabilliyinin təmin edilməsi funkisyalarını həyata keçirirlər.
Siyasi partiyaların, ilk növbədə, siyasi liderlərin və elitaların yaranmasında və inkişafında rolu böyükdür. Cəmiyyətin və dövlətin siyasi həyatının idarə olunmasını həyata keçirən liderlərin və elitaların yetişdirilməsi siyasi partiyaların başlıca funksiyalarından biridir. Siyasi partiyaların digər funksiyası isə hakimiyyətin müxtəlif qolları, yerli və mərkəzi dövlət idarəetmə orqanları, müxtəlif siyasi institutlar arasında əlaqə və münasibətlərin dərinləşdirilməsi ilə bağlıdır. Bu siyasi proseslərin inkişafı zamanı bir-biri ilə rəqabətdə olan siyasi partiyaların irəli sürdüyü proqram və konsepsiyalarda öz əksini tapır. Vətəndaşların siyasi sosiallaşdırılması, onlarda hakimiyyətdə iştirakçılıq meyillərinin formalaşdırılması siyasi partiyaların növbəti funksiyasıdır.
Bütün bunlar göstərir ki, müxəlif funksiyaları həyata keçirən siyasi partiyalar bununla da ictimai münasibətlər sisteminin vacib ünsürünə çevrilirlər. Siyasi partiyalar cəmiyyətin inkişafı üçün yeni ideyalar, konsepsiya və proqramlarla çıxış edir, vətəndaşla dövlət arasındakı münasibətlərin ümumi mənafelər kontekstində inkişafı üçün ideoloji zəmin hazırlayır, dövlətin fəaliyyətinin siyasi və ictimai əhəmiyyətini cəmiyyətə izah edir və s. Siyasi partiyalar insanları vahid bir lider, yaxud ideologiya ətrafında toplamaqla onlarda təşkilatlanmaya meyil aşılyayır, müxtəlif birliklərin formalaşması üçün təməl yaradır.
Siyasi partiyalar siyasi sistemin vacib ünsürü olaraq cəmiyyətin həyatında son dərəcə mühüm rol oynayır. Cəmiyyətin müxtəlif sosial, siyasi, milli və ya dini təbəqələrinin ümumi qrup maraqlarını, dəyər və ideallarını ifadə edən siyasi partiyalar vasitəsilə insanlar öz tələblərini dövlətə çatdırır, ondan bu və ya digər siyasi məsələnin həllində dəstək almağa nail olurlar. Bu mənada, partiya cəmiyyət və dövlətlə birbaşa qarşılıqlı əlaqədə çıxış edir.
Partiyaların formalaşması prosesi müxtəlif amillərin təsiri altında baş verir. Siyasi elmdə liderlərin xarizması ətrafında, konkret dövrdə konkret məqsədlər ətrafında, habelə siyasi ideologiyalar əsasında formalaşmış siyasi partiyaların mövcudluğu öz təsdiqini tapmışdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, konkret siyasi ideologiya əsasında yaranan və inkişaf edən partiyalar daha uzunömürlü olurlar.
Siyasi partiyalar konkret siyasi ideologiyanın reallaşdırılmasına xidmət edir. Məlum olduğu kimi, ideologiya bu və ya digər insan qrupunun hakimiyyət iddialarını əsaslandıran və buna müvafiq olaraq ictimai fikri həmin qrupun mənafelərinə tabe etdirməyə çalışan müəyyən doktrinadır.
Siyasi partiyaların cəmiyyətin həyatında oynadığı rol haqqında danışarkən əlbəttə ki, mühüm bir faktı da nəzərdən qaçırmaq olmaz ki, onlar ictimai-siyasi sabitliyin təmin olunmasında və qorunub saxlanılmasında da iştirak edir. Çünki siyasi partiyaların mövcud olması faktı cəmiyyətdə daxili ideoloji-siyasi parçalanmalar və toqquşmalar üçün yer qoymur. Müəyyən siyasi ideya və cərəyanları müdafiə edən insanlar vahid bir təşkilatda birləşir və bu siyasi təşkilatlar hakimiyyətin siyasətini bu və ya digər formada tənqid etməklə mövcud nöqsanların üzə çıxmasına nail olur, hakimiyyətin buraxdığı səhvlərin aradan qaldırmasına şərait yaradır, bununla da cəmiyyətdə müxtəlif siyasi ideologiyalar arasında konstruktiv əməkdaşlıq üçün zəmin formalaşdırırlar.
Siyasi partiyaların təsnifatı haqqında danışarkən qeyd etmək lazımdır ki, burada partiyaların təsnifatı müxtəlif prinsiplər əsasında aparılır. Belə ki, partiyalar sinfi təbiətinə görə fəhlə, burjuaziya, orta təbəqə, kəndli və siniflərarası partiyalara bölünür. Siyasi fəaliyyət üsullaına görə parlament fəaliyyəti üstün olan və parlamentdənkənar fəaliyyəti üstün olan partiyalar fərqləndirilir. Cəmiyyət quruculuğuna münasibətinə görə isə inqilabçı, islahatçı, liberal və mühafizəkar partiyalar mövcuddur. Təşkilati strukturuna görə kadr və kütləvi partiyalar var. Cəmiyyətin siyasi sistemindəki yerinə və roluna görə dominant, aznüfuzlu, sağ, mərkəzçi və sol, habelə müxalifət partiyaları fərqləndirilir. Dövlət quruluşuna münasibətə görə unitar, federal və separat partiyalar, ideologiyaya münasibətə görə isə sərt ideologiyalaşmış və praqmatik partiyalar vardır.
İstənilən ölkədə partiyalar və partiyalararası ittifaqlar, blokların fəaliyyəti onlarla siyasi sistem arasında stabil əlaqələrin mahiyyətindən asılı olur. Bu münasibətlər siyasi partiyalar sisteminin meydana çıxmasını şərtləndirən əsas amil kimi çıxış edir. Siyasi partiyalar sistemi cəmiyyətin siyasi sisteminin vacib bir ünsürünü təşkil edir. Partiya sistemləri cəmiyyətin siyasi sisteminin tərkib hissəsi olmaqla, onun inkişafının və təkamülünün əsas istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Partiya sistemləri siyasi sistemin mahiyyətininin müəyyən edilməsində, onun demokratikliyinin təmin olunmasında həlledici təsirə malik olur.
Xatirə Əliyeva,
Əməkdar jurnalist

 
  • Oxunub:  2670  |  
  • Tarix:  31-03-2021  |  
  •    Çap et   |  
Azərbaycanda həyata keçirilən siyasət respublikamızın müxtəlif sahələrdə uğurlu inkişafını təmin edir

22 Aprel 21:09
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
22 Aprel 20:59
Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub
22 Aprel 20:57
Beynəlxalq Hüquq Forumunda Ermənistanın hərbi cinayətləri diqqətə çatdırılıb
22 Aprel 20:53
Ahmet Yıldız: AŞPA-dakı nümayəndə heyətlərimiz arasında sıx əməkdaşlıq mövcuddur
22 Aprel 20:44
Azərbaycanda xroniki xəstəliklərdən əziyyət çəkən insanların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur
22 Aprel 20:40
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
22 Aprel 20:37
Azərbaycanda yürüdülən məqsədyönlü siyasət nəticəsində cəmiyyət həyatının müasirləşməsi günümüzün reallığıdır
22 Aprel 20:31
Türkiyə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının növbəti iclası keçirilib
22 Aprel 20:26
Pakistanla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
22 Aprel 20:20
Komitə sədri: Azərbaycanda dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur
22 Aprel 18:54
Fransalı hüquqşünaslar Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar
22 Aprel 18:50
Kamilə Əliyeva: Bu gün Azərbaycan sürətlə inkişaf edən dövlət olduğunu bir daha sübut edir
22 Aprel 18:47
“Erkən Uşaqlıq Dövrü İnkişafı və Azərbaycanda Milli EUDİ kampaniyası”nın təqdimatı olub
22 Aprel 18:42
Dünya Axıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub
22 Aprel 18:38
Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olunub
22 Aprel 18:19
Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır
22 Aprel 18:15
Azərbaycanda ali təhsil, peşə təhsili və təlimində dayanıqlılıq naminə öyrənmə mövzusunda seminar keçirilib
22 Aprel 18:04
Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb
22 Aprel 17:57
“Avro-2020”: İsveçrəli futbol azarkeşlərinin Bakıya gəlişi ilə bağlı fikir mübadiləsi aparılıb
22 Aprel 17:49
Yevlax şəhərinin içməli su təchizatı infrastrukturunun yenidən qurulmasına başlanılıb
22 Aprel 17:43
Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb
22 Aprel 17:40
Bəzi səhiyyə strukturlarının səlahiyyət sahibi olmuş şəxsləri tərəfindən neqativ hallara yol verilməsi çox təəssüfedicidir
22 Aprel 17:30
Vətən müharibəsinin iştirakçısı: Olimpiya çempionu olmaq istəyirəm
22 Aprel 17:27
Nazir: Apreldə qeyri-neft-qaz sektorunda əhəmiyyətli artım gözləyirik
22 Aprel 17:21
Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq
22 Aprel 17:11
Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır
22 Aprel 17:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dünyasının uşaqlarının görüşü” adlı tədbir təşkil olunub
22 Aprel 16:58
Fransalı hüquqşünas: “Bir zamanlar böyük bir şəhər olmuş Ağdamın bu cür dağıdıldığını görmək dəhşətlidir”
22 Aprel 16:45
Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub
22 Aprel 16:27
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı Prezident İlham Əliyevin xalqımızın Zəngəzura qayıdacağı ilə bağlı fikirlərini yayıb
22 Aprel 16:24
Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar
22 Aprel 16:16
Finlandiyalı deputat: Minalanmış ərazilərin xəritəsinin verilməməsi münaqişənin fəsadlarının aradan qaldırılmasına ciddi maneədir
22 Aprel 16:08
Eldar İbrahimov: Ölkəmizdə sənayeləşmə prosesi uğurla həyata keçirilir
22 Aprel 15:48
Fransalı hüquqşünaslar Ağdamda Şahbulaq qalasını ziyarət ediblər
22 Aprel 15:45
Şamaxıda qanvermə aksiyası keçirilib
22 Aprel 15:37
Aprelin 23-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq
22 Aprel 15:25
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib
22 Aprel 15:19
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı azalıb
22 Aprel 15:14
Azərbaycanlı deputat: AŞPA-da ikili standartlar, qeyri-obyektiv və sifarişli çıxışlar çoxalıb
22 Aprel 14:53
İqtisadiyyat Nazirliyinin “Telegram” kanalı fəaliyyətə başlayıb
22 Aprel 14:41
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatı
22 Aprel 14:31
YAP Gənclər Birliyi “Türkdilli dövlətlər və Azərbaycan arasında münasibətlər Vətən müharibəsindən sonra” mövzusunda görüş keçirib
22 Aprel 14:22
Maykl Ceksonun heykəli 4 milyona satışa çıxarılıb
22 Aprel 14:21
Koronavirusun beyni zədələmə mexanizmi aşkar edilib
22 Aprel 14:09
Regionlarda reallaşdırılan sosial-iqtisadi layihələr əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir
22 Aprel 14:03
Sərbəst güləş yığmamız komanda hesabında Avropa dördüncüsü olub
22 Aprel 13:55
YAP Samux rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının videokonfransı keçirilib
22 Aprel 13:44
NATO-nun sammiti iyunun 14-də Brüsseldə keçiriləcək
22 Aprel 13:41
BDU və Özbəkistan ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22 Aprel 13:37
Deputat: Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək
22 Aprel 13:14
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Ağdama səfərindən yazıb
22 Aprel 13:08
Adil Əliyev: Ölkəmizin sərvətlərinin talan edilməsində Ermənistanla bərabər, onun xarici tərəfdaşları da məsuliyyət daşıyırlar
22 Aprel 13:05
Qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunublar
22 Aprel 13:01
Ermənistanın müharibə cinayətləri davam edir
22 Aprel 12:56
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Zeynallı Rəşad Qiyas oğlunun məzarını ziyarət ediblər
22 Aprel 12:52
Mehriban Vəliyeva: Distant təhsil mövcud vəziyyətdə ən optimal seçimdir
22 Aprel 12:49
Baş Prokurorluq: 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri həbs edilib
22 Aprel 12:43
Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb
22 Aprel 12:21
Azərbaycanda ictimai yerlərdə su sızmaları ilə bağlı mobil tətbiq yaradılıb
22 Aprel 12:17
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
22 Aprel 12:07
Bakı Ali Neft Məktəbinin rektoru İtaliyanın “Maire Tecnimont” şirkətinin vitse-prezidenti ilə görüşüb
22 Aprel 12:02
Media nümayəndələri Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olub
22 Aprel 11:39
DYP sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı narazılıqlara cavab verib
22 Aprel 11:28
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib
22 Aprel 11:23
Azərbaycanla Serbiya arasında sosial təminat sahəsində əməkdaşlığa dair Saziş layihəsi hazırlanıb
22 Aprel 11:20
“YAŞAT” Fondun fəaliyyət istiqamətləri üzrə 19 milyon manatdan çox vəsait xərclənib
22 Aprel 11:08
İctimai xadimlər Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi ilə bağlı petisiyaya qoşulmağa çağırış ediblər
22 Aprel 10:55
Üç ayda ölkəyə 15,5 mindən çox avtomobil idxal olunub
22 Aprel 10:44
“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib
22 Aprel 10:36
Deputat: Azərbaycan regionlarının sürətli sosial-iqtisadi inkişafı mənzərəsini tezliklə işğaldan azad olunmuş ərazilərdə də müşahidə edəcəyik

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA