Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının nümayəndələri rayonun Mollacəlilli kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş İmdad Rövşən oğlu Tağıyevin ailəsini ziyarət ediblər.
YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, təşkilatın nümayəndəsi Namiq Məmmədov və Göygöl RİHB-nin Mollacəlilli kənd İƏD üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri Məmməd Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıblar. Görüşdə bildirilib ki, Azərbaycan dövləti və xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onları heç zaman unutmayacaq.
Şəhidin ailə üzvləri isə onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
- Oxunub: 2130 |
- Tarix: 06-04-2021 |
-
Çap et |