Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi

Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi

17.05.2021 [08:49]

“Hər bir azərbaycanlı kimi bu festivalı mən də çox böyük fəxrlə izlədim. Hesab edirəm ki, biz buna, sadəcə incəsənət festivalı kimi baxmalı deyilik. Bu, eyni zamanda, Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi”. Bunu “Yeni TV”nin canlı yayımında “Xarıbülbül” festivalı barədə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.
O xatırladıb ki, 6 ay əvvəl Azərbaycanın şanlı Ordusu Şuşanı düşmən tapdağından azad edib: “6 ay əvvəl real olaraq Azərbaycan ordu gücünü dünyaya sərgilədi. Çox az müddətdən sonra, belə mədəni-intellektual festival keçirməklə ölkənin real gücünün fərqli aspektlərini dünyaya göstərə bildik. İctimai-siyasi tərəfdən heç də təsadüfi deyil ki, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyət nümunələri nümayiş olundu. Digər tərəfdən, Azərbaycanın mədəniyyətinə, incəsənətinə xas olan istər muğam, istərsə də digər musiqi janrlarının səslənməsi, ümumilikdə, festivalın keçirilməsi göstərdi ki, bu təkcə mədəniyyət festivalı deyil, həm də Azərbyacanın mədəni-intellektual potensialını dünyaya nümayiş etdirməkdir. Daha vacib bir məqam o idi ki, Ulu Öndər Heydər Əliyevin səs yazısı səsləndirildi. Burda emosional tərəfdən daha mühüm olan tərəf o idi ki, tarixi torpaqlarımızın indi işğaldan azad olunması təsadüfi deyil. Bu, çox uzun illər ərzində planlanmış, düşünülmüş siyasi addımların davamı idi ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallığa çevrildi”.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30