Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Otelçilik qeyri-neft sektorunda ən çox inkişaf edən sahədir"

"Otelçilik qeyri-neft sektorunda ən çox inkişaf edən sahədir"

30.04.2024 [11:44]

Son zamanlar ölkəmizdə qeyri neft sahəsində  otelçilik sənayesi inkişafı ilə özünü daha çox göstərir. Araşdırmalara baxsaq görərik ki, pandemiyadan əvvəlki dövrə çatmasaq da, Azərbaycanda otelçilik bazarında yüksək xətlə inkişaf müşahidə olunur. Xüsusən sabit ölkə olmağımız və 11 iqlimdən 9-nun Azərbaycanda olması ölkənin xarici turizm bazarlarında reklamına təkan verir. Digər tərəfdən ölkəmizə hər il gələn turistlərin müsbət rəylə öz ölkələrinə qayıtması turist kütləsinin ilbəil artmasına gətirib çıxarır.

O da məlumdur ki, turistlərin xaricdən ölkəmizə üz tutduğu ərəfələrdə ən çox müraciət etdiyi məkanlar məhz otellərdir. Bəs otellərdə qiymətlər necədir?

Turizm üzrə ekspert Cabir Dövlətzadə "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, otellərdə qiymət siyasəti təklifə görə müəyyənləşir: "Təkliflərdə mövsümə uyğun dəyişiklik olur. Bu illər ölkəmizdə keçiriləcək forum və yarışlar müştərilərin  keçən ilə nəzərən daha yüksək olacağından xəbər verir. Qeyd edim ki, ölkəmizdə otellərin qiymətləri insanların yaşam səviyyəsinə görə  müəyyənləşib və ümumiyyətlə xarici vətəndaşa verilən paket turlarından yerli turistlər daha çox istifadə edirlər. Ölkəmizdə  fəaliyyət göstərən otellərdə xüsusən yataq və səhər yeməyi paketlərindən istifadə olunur. Bu da otelin digər sektorlarına köməklik etməsinə səbəb olur. Çünki, otel "hər şey daxil"i vermədiyi üçün müştərilər günorta və axşam yeməklərini əsasən restoranlarda yeyirlər".

Ekspert onu da qeyd edir ki, ölkəmizdə ən yüksək qiymət brend otellərdədir: "Onların qiyməti  beynəlxalq brendlərə nəzərən müəyyən edilir. Ayrıca konqres və seminar tədbirləri də daha çox belə  otellərdə olur. Standart otellər isə qiymətlərdə onlardan geri qalırlar. Bir otelin qiymətinin yüksək olması onun verdiyi xidmətlərlə bilavasitə bağlıdır. Çünki, standart otellər daha çox səhər yeməyi və yataq xidməti və ya kafe xidməti verir. Brend otellərdə isə sadəcə səhər yeməyi və yataq xidməti deyil, eyni zamanda günorta və axşam yeməyi üçün xüsusi restoranlar və xüsusi ölkələrin hətta mətbəxi ayrıca masaj, sauna kimi və s. xidmətlər mövcuddur ki, bu da onların qiymət siyasətində əsas rol oynayır və onların qiymətinin yüksək olmasına gətirib çıxarır. Azərbaycanda son zamanlarda  otellərin servis səviyyəsi artır. Otellər əgər köhnədirsə, onların yenilənmə prosesi gedir. Yeni açılan otellər isə müasir standartlara cavab verir".

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Turizm

Siyasət

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31