Aİ-nin 15-ci sanksiya paketində nələr var?
29.11.2024 [10:14]
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 15-ci sanksiya paketi müəyyənləşdirib. Sanksiyalara 50-yə yaxın fiziki və 30 hüquqi şəxsin adı daxil edilib. “Bloomberg” agentliyi xəbər verir ki, yeni məhdudiyyətlər əsasən Rusiyanın hərbi sənayesinə, eləcə də onları dron istehsalı üçün hissələrlə təchiz edən bəzi Çin firmalarına qarşı tətbiq edilir. Eyni zamanda, neft nəqli ilə məşğul olan Rusiya şirkətlərinin, habelə hərbçilərin və şirkət rəhbərlərinin yeni sanksiyalara məruz qalacağı ehtimal olunur.
Sanksiyalara Rusiya ilə yanaşı, digər ölkələrin şirkətləri də daxildir
Bundan əlavə, Aİ hərbi texnologiya sahəsində Moskvaya yardım edən 30-a yaxın təşkilata məhdudiyyətlər qoymaq niyyətindədir. Bu siyahıya Rusiya, Serbiya, İran, Hindistan, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri daxildir. Brüssel, həmçinin Rusiyaya hərbi qulluqçuların göndərilməsində iştirak edən Şimali Koreya məmurlarına qarşı sanksiya tətbiqini nəzərdən keçirir. Agentliyin məlumatına görə, Rusiyanın 45-dən çox neft tankerinin Avropa limanlarına və xidmətlərinə girişinə də qadağa qoyulur.
Xatırladaq ki, Aİ 14-cü sanksiyalar paketini bu ilin iyun ayında qəbul etmişdi. Onun qəbulundan dərhal sonra 15-ci sanksiyalar paketi üzərində işə başlanmışdı. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. Məsələn, Aİ tərəfindən qəbul olunmuş 14-cü sanksiyalar paketində Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsi məhdudiyyətlərə məruz qalıb. Brüssel Rusiya ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin 61 kompaniyasını 14-cü sanksiya paketinə daxil edib, onlara ikili təyinatlı texnologiyaların ixracına məhdudiyyətlər qoyulub. Yəni səbəb həmin ölkələrin şirkətlərinin Rusiya ilə əməkdaşlığıdır.
Aİ Rusiyadan maye qaz almağa davam etsə də...
Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun təkrar ixracını qadağan edib. Eyni zamanda, üçüncü ölkələrə hərbi məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir. Sanksiyalar paketinə, həmçinin Rusiya maye qazının Avropa limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu ölkəyə helium idxalının, həmçinin elektron komponentlərin, manqan və digər nadir elementlərin ixracının məhdudlaşdırılması daxildir. Sanksiyalar paketində Avropa İttifaqının aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunub.
Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir etmir
Avropa İttifaqı Rusiya Mərkəzi Bankının SWIFT sistemini əvəz etmək üçün hazırladığı Maliyyə Mesajlaşma Sisteminə (SPFS) də sanksiyalar tətbiq edib. Bu sanksiyaya əsasən, Rusiyadan kənarda fəaliyyət göstərən Aİ təşkilatlarının SPFS və ya oxşar maliyyə mesajlaşma xidmətlərinə qoşulması qadağan olunub. Bundan əlavə, Aİ operatorlarına Rusiyadan kənarda SPFS-dən istifadə edən bir sıra təşkilatlarla əməliyyatlar aparmağa icazə verilmir. Aİ hüdudlarından kənarda maliyyə institutları və kriptovalyuta tədarükçüləri ilə əməliyyatlar, əgər bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlı hər hansı əməliyyatlarda iştirak edirsə, bu da qadağan olunacaq.
Lakin Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bu, həm də o deməkdir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi təsir etmir. Əksinə, həmin sanksiyalar bir sıra Avropa ölkələrinə mənfi təsir göstərməkdədir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

