Nə əkərsən, onu da biçərsən...
01.09.2023 [11:21]
Fransaya növbəti zərbə Qabondan gəldi
Mübariz FEYİZLİ
Afrikanın daha bir ölkəsində - Qabonda dövlət çevrilişi baş verib. Nigerdə olduğu kimi, burada da çevrilişi hərbiçilər həyata keçiriblər. Dövlət çevrilişi ilə bağlı məlumatı “Qurumların Keçidi və Bərpası Komitəsi” adlandıran yeni rejim yayıb. Prezident Əli Bonqonun ev dustağı olduğu bildirilib. Yayılan məlumatda dövlət başçısı Bonqo ilə yanaşı, onun oğullarından birinin də “vətənə xəyanət” ittihamı ilə saxlanıldığı vurğulanıb.
Dövlət çevrilişi bir növ ənənəvi ssenari üzrə həyata keçirilib. Səhər saatlarında dövlət televiziyasının binasına daxil olan bir qrup hərbçi iqtidarı ələ keçirdiklərini bəyan ediblər. Hərbçilər avqustun 26-da keçirilən seçkilərin nəticələrinin ləğv edildiyini, ölkə sərhədlərinin bağlandığını bildiriblər. Xatırladaq ki, devrilən prezident Əli Bonqo Ondimba avqustun 26-da keçirilən seçkilərdə növbəti dəfə qalib elan olunmuşdu. Ölkədə son 60 ildə siyasi hakimiyyət məhz bu şəcərəyə məxsus olub. Son seçkilərdə qələbə qazanan Əli Bonqo üçüncü dəfə prezident səlahiyyətinə yiyələnmişdi.
Afrikada resurslarla zəngin ölkə
Qabon Afrikanın ən inkişaf etmiş və resurslarla zəngin olan dövlətidir. Ölkənin inkişaf etməkdə olan iqtisadiyyatının əsasını mədənçilik təşkil edir. Dünyanın dördüncü böyük manqan yataqlarına sahib olan ölkədə neft və uran resursları da kifayət qədər çoxdur. Qabonda gündə təxminən 230 min barel neft hasil edilir. Neft vəsaitləri dövlət büdcəsinin gəlirlərinin 60 faizini təşkil edir. Dağ-qazma və neft xaricində digər əhəmiyyətli fəaliyyət istiqaməti taxta istehsalıdır. Kənd təsərrüfatı istehsalı əhalinin gəlir mənbələrindən biri sayılır.
Faktlardan da göründüyü kimi, Qabonda iqtisadiyyatın əsasını təbii resursların istismarı təşkil edir. Yataqların işlənməsi ənənəvi olaraq transmilli şirkətlərin investisiyaları ilə həyata keçirilir. 2018-ci ildə Norveçin “Ponoro Enerji’’ şirkəti Qabon sahillərində apardığı kəşfiyyat fəaliyyətləri zamanı burada daha bir zəngin neft yatağı aşkarlanıb. Ölkənin gəlirlərində təbii resursların ixracından daxilolmalar üstünlük təşkil etsə də, dağ-mədən sənayesində istismar və təhlükəsizlik qaydalarının yüksək səviyyədə gözlənildiyini söyləmək mümkün deyil. Buna görə də yataqların işlənməsində vaxtaşırı təhlükəli qəzalar qaçılmaz olur.
Fransanın müstəmləkəçilik siyasəti
Özünü “demokratiya beşiyi” adlandıran Fransa, əslində, ən qatı müstəmləkəçilik siyasəti aparan ölkələrdən biri kimi tanınır. Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə, ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımına görə məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Seneqal, Tunis, daha sonra Suriya, Livan zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib.
Qabon da Fransanın ağır müstəmləkəçilik dövrünü yaşayan çoxsaylı Afrika ölkələrinin siyahısında yer alır. Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal edilir. 1471-1473 illərdə portuqallar Qabon sahillərinə gəliblər. Fransa burada 1843-cü ildən etibarən möhkəmlənib. Şimal-şərqdən gələn fransızlar yerli xalqı didərgin salaraq əraziləri ələ keçiriblər. 1849-cu ildə azad edilmiş kölələr tərəfindən Librevil şəhəri qurulub ( Libreville “sərbəst şəhər” mənasını verir.) 1886-cı ildə Qabon bütünlüklə Fransanın müstəmləkəsinə çevrilib. Bura daha sonra Fransa Konqosu ilə birləşdirilib. 1888 -1904-cü illərdə Qabon Fransız Ekvatorial Afrikasına bağlı bir müstəmləkə olub.
Uzun çarpışmalardan sonra Qabon 1956-cı ildə muxtariyyət əldə edib və 1958-ci ildə Qabon Respublikası elan olunub.1960-cı ildə respublika rəsmi olaraq müstəqilliyinə qovuşub.
Bununla belə, Fransa müstəqilliyini bəyan edən Qabonda öz mövcudluğunu saxlamaq üçün müxtəlif vasitələrə al atır və buna nail olurdu. Verilən məlumatlardan bəlli olur ki, Fransa son dövlət çevrilişinədək Qabonda siyasi hakimiyyətin formalaşmasında bu və ya digər formada təsir imkanlarını qoruyub saxlayırdı. Məsələn, 1961-1967-ci illəri arasında Leon M’Ba ölkə prezidentliyinə gətirilib. 1964-cü ildə Fransa onun iqtidarda qala bilməsini təmin etmək üçün müdaxilələr həyata keçirib. Bu ənənə sonrakı illərdə də davam etdirilib.
Siyasi hakimiyyətlə çirkin sövdələşmələr Fransanın Qabonda bir növ iqtisadi imperiya qurmasına da yol açıb. Fransa digər Afrika ölkələri kimi, Qabonu da ağır şərtlərlə yönəldilən investisiyalarla öz təsir dairəsində saxlamağa nail olub.
Nigerdən sonra Qabon - neokolonializm siyasətinin iflası
Afrikada müşahidə edilən proseslərdən o qənaət hasil olur ki, Fransanın neokolonilizm siyasəti iflasa uğrayır. Xüsusilə də Emmanuel Makronun prezidentliyi dövründə bu proses daha da sürətlənib. E.Makronun yanlış siyasəti Fransanın bütün dünyada nüfuzuna ciddi zərbələr vurur. Belə bir şəraitdə Afrika ölkələri Fransanın yeni formada apardığı müstəmləkəçilik siyasətinin ağır şərtlərindən qurtulmaq və real müstəqilliyə qovuşmaq istəyirlər. Bir qədər bundan əvvəl Fransa Nigerdən zərbə aldı. Burada hakimiyyəti ələ alan qüvvələr Fransanın ölkədə mövcudluğuna son qoymağa qərar veriblər. Ölkə boyunca Fransa əleyhinə aksiyalar keçirilir. İnsanlar Fransanın destruktiv fəaliyyətinin əleyhinə qarşı çıxış edirlər. Aksiya iştirakçıları “Rədd ol, Fransa! Fransa, bizi rahat burax!”, “Fransa bizim problemləri həll edə bilmədi, taleyimizi öz əlimizə götürməliyik” və bu kimi digər anti-Fransa şüarları səsləndirirlər. Onlar həmçinin, Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb edirlər.
Nigerin ardınca Qabonda da oxşar vəziyyət yaranıb. Təsadüfi deyildir ki, burada elan olunan dövlət çevrilişindən ən çox narahatlığını məhz Fransa nümayiş etdirir. Qabondakı bu ölkəyə məxsus şirkətlər təşviş içindədirlər. Yayılan məlumatlarda bildirilir ki, Fransaya məxsus “Eramet” şirkəti artıq bütün əməliyyatlarını dayandırıb. Burada deyiblər ki, nə əkərsən, onu da biçərsən...
Xəbər lenti
Hamısına baxSiyasət
14 Sentyabr 21:15
Siyasət
14 Sentyabr 21:00
Xəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24
Formula 1
13 Sentyabr 18:22
Hadisə
13 Sentyabr 18:15
Sosial
13 Sentyabr 18:11
Elm
13 Sentyabr 18:10
YAP xəbərləri
13 Sentyabr 17:45