4 “tezis” – 4 səhv…
12.09.2023 [11:15]
Şahramanyan “başsız xoren”in yolunu gedir
Günel
Sentyabrın 9-da Xankəndidə “seçkilər” keçirilib. Azərbaycanın ərazisində Samvel Şahramanyan 23 qondarma deputatdan 22-sinin “səsi” ilə qondarma rejimin təzə “başçısı” olub. Bu “seçki”nin tanınmayacağı haqqında bilgiləri olsa da yenidən oyuncaq rejimə növbəti “prezidenti” təyin ediblər. Sayca 5-ci olan Şahramanyan “seçildiyi gün”dən başlayaraq sələflərindən heç də geri qalmayan iddialarla gündəmi zəbt etmək də istəyib. Belə ki, o, saakyan, qukasyan məktəbinin davamçısı kimi absurd fikirlərlə dolu “proqramını” açıqlayıb. 4 bənddən ibarət olan proqramı Şahramanyanın hansı havada olduğundan xəbər verir. İxtisasça iqtisadçı olan Şahramanyanın şəxsi işində xəfiyyəçilik daha geniş yer alıb. 1999- 2008-ci illlərdə qondarma “dqr”in “milli təhlükəsizlik naziri”olub. Sonra vergi sahəsinə üz tutan Şahramanyan bu sahədə müəmmalı təhlükəsizlik və kəşfiyyat idarəsində “rəis” olub. Göründüyü kimi o, iqtisadi “savadını” kəşfiyyat işlərinə yönəldib... “Prezident” kimi proqramına daxil etdiyi həmin 4 bənddə də onun bəzi iqtisadi ştrixləri gözə dəyir...
“Oyuncaq dövlət”in möhkəmləndirilməsi...
Gülünc proqramın tezislərinə nəzər salaq:
“Dövlətçiliyin möhkəmləndirilməsi”. Burada Şahramanyan hansı ölkənin ərazisində “möhkəmlətmək” istədiyi “dövləti” nəzərdə tutduğu aydındır, amma absurddur. Çünki Azərbaycan öz ərazisində nə bir “dövlət”, nə də “boz zona”nın yaradılmasına icazə verməyəcək. Bu barədə Azərbaycan qəti mövqeyini sərgiləyib. Digər tərəfdən yanaşsaq, Azərbaycanın ərazisi kimi tanınmış bir məkanda qondarma bir dövləti dünyanın heç bir ölkəsi tanımır. Hətta Fransa belə qurama “artsax”ı rəsmi səviyyədə tanımaqdan imtina edib. Yaranmış vəziyyətdə “dövlətçiliyin möhkəmlədirilməsi” ideyası nəinki yerində deyil, hətta gülüş obyektidir.
“Acından ölənlər”in sosial-iqtisadi inkişafı...
“Artsaxın öz müqəddəratını təyinetmə hüququnun reallaşması”, “xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması” – Şahramanyanın “proqramı”nda əksini tapan tezislərdir. Samvel gözəl anlayır ki, sələflərinin, xüsusilə Ermənistanın və onun havadarlarının “artsax” dedikləri oyuncağı tərəf kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxmalarına baxmayaraq, Azərbaycan Qarabağı öz ərazisi, orada yaşayan ermələri isə vətəndaşı kimi qəbul edir. Xalqının sosial-iqtisadi vəziyyətinin də yaxşılaşdırılmasını öhdəsinə götürdüyünü dəfələrlə bəyan edib. Artıq 15 gündür ki, Ağdam-Xankəndi yolunda Bakıdan gətirilmiş yardım TIRları gözləyir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, status olmayacaq. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları kimi Konstitusiyamıza uyğun şəkildə bütün hüquqlardan istifadə edə bilərlər. Bu gün “blokada” da olduğunu sübut etməyə çalışan separatçı rejim tör-töküntüləri isə yardımın qəbul edilməsinə maneə yaradır.
Dəhliz yox, YOL...
“Laçın dəhlizi ilə Ermənistanla birbaşa əlaqəmiz olmalıdır, başqa yollar açıla bilər, amma dəhlizi əvəz etməməlidir. Dövlətçiliyin əsaslarını sarsıdan addımlara qarşı barışmaz mübarizə aparacağıq”. Samvelin bu tezisi isə Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhdid xarakterlidir. Əvvəla Laçın dəhliz deyil, yoldur və bu il aprelin 23-də Azərbaycan suveren və legitim hüququndan istifadə edərək Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırıb.
Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin edib. Bunu qəbul etməyən qüvvələrin – Ermənistan, Fransa və onların digər havadarlarının BMT müstəvisində belə müzakirəyə çıxardığı məsələ isə nəticəsiz qalıb. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində atdığı addımla məsələ kökündən həll olunub. Şahramanyan Ermənistan xorunun yaxın tarixi fiaskosunu – 16 avqustu yəqin unudub.
Təzə “başçının” “tezisləri” “Fəryad” filmindəki başsız xoreni yada saldı. O, arvadının yuxusuna gəlib “Qarabağ - dərdim mənim” bağırırdı. Şahramanyan bu gün “başçı” kimi “bağırsa” da, başsız halı ilə yalnız yuxulara gələcəyi gün uzaqda deyil.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

