Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gələcəyimizin “Şahinlər”i...

Gələcəyimizin “Şahinlər”i...

24.10.2024 [09:06]

Fiziki və mənəvi olaraq hərtərəfli yetişdirilən gənclərimiz

Dövlətimiz uşaq və gənclərin istər mənəvi, istərsə də fiziki inkişafı üçün hərtərəfli tədbirlər həyata keçirir. Bu tədbirlər ilk növbədə gənclərimizin mənəvi aləmini zənginləşdirməyə xidmət edir. Ölkəmizdə bu sahədə bir çox dövlət proqramları və müvafiq qanunlar qəbul edilir. Təsadüfi deyil ki, dövlət başçısı da çıxışlarında dəfələrlə Azərbaycan gənclərinin mənəvi dəyərlərimiz əsasında tərbiyə almalı olduqlarını vurğulayıb.

Uşaqların fiziki və mənəvi inkişafından danışarkən orta məktəblərdə həyata keçirilən proqramları xüsusilə qeyd etmək lazımdır. Məlum olduğu kimi, gənclərin mənəvi inkişafında hərbi vətənpərvərlik tərbiyəsi mühüm əhəmiyyətə malikdir. Bununla bağlı zaman-zaman orta məktəblərdə və hərbi liseylərdə bəzi hərbi-idman oyunlarının təşkil olunduğunu qeyd edə bilərik. Bu sırada “Şahinlər” hərbi-idman oyunlarının adını xüsusilə vurğulamaq yerinə düşər.

Məktəblilərin həm fiziki, həm də mənəvi inkişafını vəhdət şəklində özündə birləşdirən bu oyun pedaqoji prosesin tərkib hissələrindəndir. Belə ki, “Şahinlər” hərbi-idman yarışı şagirdlərə Vətəni sevənlərin güclü olmasını aşılayır. Bu yarışda onların fiziki hazırlığı sınanır, vətənpərvər gənclərin həm də savadlı olmaları, intellektual səviyyələrinin yüksək olması vurğulanır. İldə bir dəfə keçirilən “Şahinlər” hərbi-idman oyunları eyni zamanda şagirdlərin özünəinam hissini də formalaşdırır.

Mənəvi inkişaf qədər fiziki inkişaf da vacibdir

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, vətənpərvərlik Vətəni sevmək, Vətəni sevdirməkdir. Ona görə də bu gün uşaqlarımızın mənəvi inkişafı onların ilk növbədə vətənpərvər bir şəxsiyyət kimi yetişməsi deməkdir: “Ancaq uşaqların mənəvi inkişafı qədər fiziki inkişafı da olduqca mühüm xarakter daşıyır. Sevindirici haldır ki, bu proses ölkəmizdə paralel olaraq gedir. Belə ki, Prezidentin İlham Əliyevin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.5-ci bəndinin icrası ilə əlaqədar olaraq “Şahin” hərbi-idman oyunu hər il ənənəvi olaraq ölkə üzrə məktəbli gənclər arasında keçirilir. “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir. Hərbi-idman oyunları zamanı məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayırlar”.

Yeniyetmələrin xarakterini formalaşdırır

Ə.Verdiyev qeyd edib ki, “Şahinlər” hərbi-idman oyunları yeniyetmələrin xarakterini formalaşdırmaqla, onların hərbi xidmətə marağını da artırır, onları bu xidmətə hazırlayır. Ekspertin sözlərinə görə, sağlam rəqabət inkişaf deməkdir, ona görə də bu oyunda komandalar rəqiblərinin qabiliyyətlərini, bacarıqlarını görür, nələrisə mənimsəyirlər: “İldə bir dəfə olmaqla baş tutan “Şahinlər” hərbi-idman oyunlarının təşkilində və keçirilməsi ilə gənc nəslin fiziki və mənəvi formalaşma prosesinin şahidi oluruq. Gənclərin, yeniyetmələrin, məktəblilərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında “Şahinlər” hərbi-idman oyunlarının böyük əhəmiyyəti var. Bu kimi tədbirlərin keçirilməsinə həmişə böyük məsuliyyət və böyük istəklərlə yanaşırıq”.

Şagirdləri hərbi xidmətə hazırlayır...

Ekspertin sözlərinə görə, “Şahinlər” hərbi-idman oyunları iştirakçıların həm fiziki, həm də mənəvi hazırlığını artırır, onların xarakterində mətinlik yaradır, malik olduğu mətinliyi daha yüksək səviyyədə formalaşdırır: “Eyni zamanda bu oyunları hərbi xidmətə hazırlığın pedaqoji əsaslarla təlimi adlandıra bilərik. Yarışın ən maraqlı mərhələlərindən biri də intellektual müsabiqə olan mərhələsidir. Buna biliklərin yarışı da deyə bilərik. Hər komandadan bir nəfər yarışır. Belə yarışlarda dərsliklərdən öyrənilənlər azlıq edir, əlavə ədəbiyyatlardan, internet məlumatlarından əldə olunan bilik də gərəkli olur. İştirakçının biliklər sistemi yarışın gedişində əsaslı dəyişiklik yaradır, komandaya uğur gətirir. Ümumiyyətlə, yarışın hər mərhələsi münsiflər heyəti tərəfindən ayrılıqda qiymətləndirilir və qaliblər müəyyənləşdirilir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Siyasət

Sülh imzalansa...

05 Dekabr 09:01

Analitik

NATO müəmması...

05 Dekabr 08:58

Dünya

Dünya

Sosial

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31