Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı verib

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza başsağlığı verib

24.10.2024 [15:07]

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 24-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ə.Əsədov Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib.

Azərbaycanın Baş naziri bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

Siyasət

Sülh imzalansa...

05 Dekabr 09:01

Analitik

NATO müəmması...

05 Dekabr 08:58

Dünya

Dünya

Sosial

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31