Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xətai rayonunda küt alətlə zərbələrə məruz qalan şəxsin ölümü ilə bağlı istintaq aparılır

Xətai rayonunda küt alətlə zərbələrə məruz qalan şəxsin ölümü ilə bağlı istintaq aparılır

24.10.2024 [20:52]

Oktyabrın 24-də saat 8:00 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
Baxılıb: 171 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Siyasət

Sülh imzalansa...

05 Dekabr 09:01

Analitik

NATO müəmması...

05 Dekabr 08:58

Dünya

Dünya

Sosial

Dünya

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31