Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Konstitusiya hüquqi dövlətin təməlidir

Konstitusiya hüquqi dövlətin təməlidir

12.11.2025 [15:11]

Azərbaycan xalqı hər il 12 noyabr tarixində dövlətçiliyimizin ən önəmli sütunlarından biri olan Konstitusiya Gününü qürur və iftixar hissi ilə qeyd edir. Bu gün yalnız hüquqi sənədin qəbulunun deyil, eyni zamanda xalqın azadlıq, müstəqillik vəmilli iradəsinin təntənəsidir. XX əsrin sonlarında SSRİ-nin süqutu ilə Azərbaycanın qarşısında yenidən müstəqil dövlət qurmaq imkanı yarandı. Lakin azadlıq təkcə siyasi sərhədlərlə məhdudlaşmırdı – azad cəmiyyətin və hüquqi dövlətin əsasını yaradan sənəd – Konstitusiya zəruri idi. 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Aktın qəbulundan sonra ölkədə yeni hüquqi sistemə ehtiyac yaranmışdı. Keçmiş sovet qanunları artıq müstəqil Azərbaycanın maraqlarını əks etdirmirdi. Məhz bu mərhələdə Ulu Öndər Heydər Əliyev xalqın iradəsinə əsaslanaraq müstəqil dövlətin gələcəyini müəyyən edən Konstitusiya konsepsiyasını hazırlamağı qarşıya məqsəd qoydu. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi iləKonstitusiya Komissiyası yaradıldı. Sənəd layihəsi ümumxalq müzakirəsinə təqdimedildi. İctimaiyyətin minlərlə təklifi və rəyinin nəzərə alınması iləformalaşan bu sənəd 12 noyabr 1995-ci ildə keçirilən referendum vasitəsilə qəbul edildi.Beləliklə, Azərbaycanxalqı tarixində ilk dəfə olaraq öz müstəqil dövlətinin Əsas Qanununu özü qəbuletdi. Bu, həm hüquqi, həm də mənəvi baxımdan xalqın suverenliyinin, milli iradəsinin və dövlətçilik ənənələrinin rəsmi təntənəsi idi.Azərbaycan Respublikasının Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də xalqın dövlətə, ədalətə və azadlığa olan münasibətinin ifadəsidir.Konstitusiyanın əsas prinsipləri Azərbaycanı müasir, dünyəvi, çoxmillətli və tolerant dövlətəçevirmiş, ölkənin inkişaf modelinin ideoloji və hüquqi təməlini formalaşdırmışdır.Azərbaycanın Konstitusiyası dinamik sənəddir. O, zamanın tələblərinə uyğun şəkildə inkişaf edir. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Əsas Qanuna mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər - Dövlət idarəçiliyini daha çevik etmiş, insan hüquqlarının təminat mexanizmini gücləndirmiş, qanunvericivə icra hakimiyyəti arasında balansı daha səmərəli etmişdir. Bu islahatlar Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilərək Azərbaycanı müasir hüquqi dövlət modelinə çevirmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, dövlətimizin hüquqi və siyasi inkişafına verilən yüksək qiymətin göstəricisidir. “Konstitusiya və Suverenlik İli” həm də müstəqil Azərbaycan dövlətinin suverenlik yolunun təntənəsidir. Bu yol çətin, lakin şərəflibir yoldur – 1990-cı illərin mürəkkəb siyasi proseslərindən 2020-ci ilin ZəfərQələbəsinə, oradan da bu gün qüdrətli, sabit və inkişaf edən Azərbaycan Respublikasına qədər.Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin həyatının hüquqi əsaslarını təmin edən, xalqın iradəsini əks etdirən sənəddir. Onun qorunması hər bir vətəndaşın şərəfli vəzifəsidir.” Azərbaycan dövləti var olduqca, onun Əsas Qanunu – xalqın azad iradəsini əks etdirən Konstitusiya da daim yaşayacaq və gələcək nəsillərə suverenlik məktəbi olacaq.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30